Dərvişli — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Dərvişli kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Kənd keçmişdə rayonun ərazisindəki Ağdam adlı qala xarabalıqlarının adı ilə Ağdamkənd adlanmışdır. Kəndin ərazisi əvvəllər dərvişbəyli tayfasına məxsus qışlaq olmuşdur. Sonralar həmin tayfaya mənsub ailələr qışlaq yerində məskunlaşaraq buranı daimi yaşayış məntəqəsinə çevirmiş, kəndə də öz adlarını vermişlər. Tədricən Dərvişbəyli adındakı bəy sözü düşmüş və Dərvişli şəklini almışdır.

Tarixi

Tarixi abidələri Dərvişli kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi866Seidallıtəpə kurqanıDəmir dövrüDərvişli kəndiArxeolojiÖlkə

Coğrafiyası və iqlimi Kənd düzənlikdə, rayonun cənub-şərqində yerləşir. Əsgərabad, Aşağı Cürəli, Ağalıkənd, Ovçubərə kəndləri ilə sərhəddir.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar199912886466422009↗1476↗753↗723

İqtisadiyyatı Kənddə 340 təsərrüfat var. "Modul" tipli sudurulducü qurğu fəaliyyət göstərir.

Mədəniyyəti Kənddə Dərvişli kənd kitabxana filialı, Dərvişli kənd Mədəniyyət Evi və Dərvişli Poçt Şöbəsi (AZ1323) fəaliyyət göstərir.

Təhsil Kənddə Dərvişli kənd tam orta məktəbi fəaliyyət göstərir.

Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə Kənddə səhiyyə müəssisəsi mövcud deyil.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Biləsuvar rayonunun kəndləri Kateqoriya:Dərvişli kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri