Kəndaxan — Azərbaycan Respublikasının Ağsu rayonunun Xanbulaq kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Dağətəyi düzənlikdədir. Keçmışdə Kəndüvan da adlanmışdır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Kəndaxan adlı bir Şəxs saldığı üçün kəndə onun adı qoyulmuşdur. Əslində, istər yaşayış məntəqəsinin keçmiş adı, istərsə də indiki adı "kənd yeri" mənasındadır”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 394. .
İstinadlar
Kateqoriya:Ağsu rayonunun kəndləri