Qosmalıan — Azərbaycan Respublikasının Lerik rayonunun Qosmalıan kənd inzibati ərazi dairəsində kənd.Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.

Əhalisi Əhalisi 403 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.

Toponimiyası Yerli əhali kəndi Qosmihiyon adlandırır. Bu coğrafi ad ğosmaliyon (ğosmalioıi) sözünün təhrif edilmiş formasıdır. Oykonim Ğosm (talış dilində Qasım şəxsi adının dəyişmiş şəkli), hi (əkin yeri) və -o/ı (cəmlik bildirən şəkilçi) komponentlərindən düzəlib, "Qasımın əkin yerləri” mənasındadır. Digər mülahizəyə görə, Qosmalyon Ğosm (Qasım sözünün fonetik dəyişmiş şəkli), Hi (Əli ş.a.), -yonl-on (cəmlik bildirən şəkilçidir) komponetlərindən düzəlib. Bu oykonim nəsil adı əsasında yaranmış, mənası “qasıməlilər” deməkdir. Başqa mülahizəyə görə, oykonim “Qasıməlinin zəmisi” mənasındadır (hion talış dilində “zəmi” deməkdir).”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 236.

Tarixi 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Qosmalyan kənd inzibati ərazi dairəsi tərkibindəki Qosmalyan kəndi Qosmalıan kəndi adlandırılsın, Qosmalyan kənd inzibati ərazi dairəsi Qosmalıan kənd inzibati ərazi dairəsi adlandırılsın. adlandırılmışdır.Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 29 mart 2005-ci il tarixli 871-IIQ saylı Qanunu — e-qanun.az saytı

Din Kənddə Qosmalian kənd məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR - 2017-ci ildə qeydiyyatdan keçənlər . scwra.gov.az

İstinadlar

Kateqoriya:Lerik rayonunun kəndləri