Mirzə Cəbiyev () — İkinci dünya müharibəsi iştirakçısı, Sovet İttifaqı Qəhrəmanı adını almış ən gənc azərbaycanlı.
Həyatı Mirzə Cəbiyev Astara rayonunun Hamoşam kəndində doğulmuş və 1943-cü ildə orduda xidmətə könüllü getmişdir. 1944-cü ildə kiçik leytenant rütbəsi alaraq 43-cü Ordu tərkibində cəbhəyə (III Belarus cəbhəsi) göndərilmişdir. Belorusiya, Litva, Polşa uğrunda döyüşlərdə iştirak etmiş, Almaniyada döyüşmüşdür.
Baş leytenant Mirzə Cəbiyev 1945-ci ilin 6 aprelində Köniqsberq şəhəri ətrafındakı döyüşlərdə komandir olduğu bölmənin önündə kanalı keçərək 5 Fortu zəbt etmiş və qələbə bayrağını sancmışdır. Bu döyüşdə o şəxsən düşməndən 13 nəfər əsir götürmüş, döyüşdə yaralansa da, öz vəzifəsini qələbəyə qədər icra etmişdir.
19 aprel 1945-ci il tarixində Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Bununla da o, eyni zamanda "Sovet İttifaqı Qəhrəmanı" adlı ən gənc azərbaycanlı olub.
İstinadlar
Kateqoriya:Azərbaycan talışları Kateqoriya:Sovet İttifaqı Qəhrəmanları Kateqoriya:İkinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:"Əmək veteranı" medalı ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:"Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:"Əmək veteranı" medalı ilə təltif edilənlər Kateqoriya:"Qırmızı ulduz" ordeni ilə təltif edilənlər Kateqoriya:"Qırmızı bayraq" ordeni ilə təltif edilənlər Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:SSRİ kapitanları