"Cek" xalçaları və ya "Cək" xalçaları — Quba xalçalarının ən parlaq kompozisiyalarından biri.Azərbaycanda xalçaçılıq sənətinin inkişafı. www.mct.gov.az Quba rayonu İLMƏ–İLMƏ TOXUNDUQ, DİYAR–DİYAR DOLAŞDIQ Quba xalçalarının 35 çeşnisindən biri.
İstehsalı Quba xalçalarının ən parlaq kompozisiyalarından biri olan "Cek" xalçalarının mərkəzləşmiş məntəqəsi Cek kəndi hesab olunur. "Cek" xalçaları Azərbaycan xalçalarının Quba-Şirvan tipinin Quba qrupunun dağlıq hissəsinə aid edilir. Əsasən ceklilər tərəfindən toxunmuşdur.
"Cek" xalçaları Quba şəhərindən 35 km qərb istiqamətində yerləşən Cek kəndinin adını daşıyır. "Cek" xalçaları həm də Qrız, Xınalıq, Söhüb, Buduq və Qalayxudat kəndlərində də istehsal olunmuşdur.
Xüsusiyyətləri
Bədii xüsusiyyətləri "Cek" xalçaları həm bədii, həm də texniki nöqteyi nəzərdən "Qrız" xalçalarına bənzəyir, lakin "Cek" xalçasının kompozisiyası daha sadədir. Ənənəyə zidd olaraq, ara sahənin və ara haşiyənin fonu eyni rəngdədir. Onun koloriti ciddidir, ara sahənin fonu sürməyi və ya qırmızı olur.
Texniki xüsusiyyətləri "Cek" xalçaları əsasən uzunsov formada olur. Belə xalçaların ölçüsü 100 x 250 sm-dən 110 x 350 sm-ə qədərdir. Bəzən isə uzunsov formada olmayan "Cek" xalçalarına da rast gəlmək olur.
İlmələrin sıxlığı 50 x 50 ilmədən 55 x 55 ilməyə qədərdir. Bu da bir kvadrat metrdə 250000 ilmədən 30000 ilməyə qədər edir. Xovun hündürlüyü isə 4–5 mm-dir. 500px|thumbnail|center|XX əsrin 60-cı illərində toxunmuş Cek xalçası (müəllifi: Xanımqız Muradova)
Mənbə Лятиф Керимов, "Азербайджанский ковер" (Том II), Баку, "Гянджлик", 1983, ст. 189–190, табл. 28. Quba qrupu, Cək xalçası. carpet.intangible.az
İstinadlar
Həmçinin bax Quba xalçaçılıq məktəbi
Xarici keçidlər
Kateqoriya:Cek Kateqoriya:Azərbaycan xalçaları Kateqoriya:Quba xalçaçılıq məktəbi