Hazırəhmədli — Azərbaycan Respublikasının Goranboy rayonunun Hazırəhmədli kənd inzibati ərazi dairəsində kənd.

Tarixi

Toponimikası Hazırəhmədli kəndi Gəncə-Qazax düzənliyindədir. Oykonim qızılbaşların zülqədər tayfasının hazırlı qolunun və həmin qolun əhmədli tirəsinin adını əks etdirir. Etnotoponimdir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1056 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax Goranboy rayonu

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti

Kateqoriya:Goranboy rayonunun kəndləri