Qaraağac — Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunun Cəbrayıl rayonunun Dağ Tumas kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası Bu adda kəndlər Cəlilabad, Sabirabad, Sədərək rayonlarında var. Qubadlı rayonunda Qarağac kəndi var, və o kəndin digər adı Qaraağaclıdır.
Coğrafiyası Qaraağac kəndi təqribən 939 m hündürlükdə yerləşir.
Tarixi Birinci Qarabağ müharibəsi dövründə Cəbrayıl rayonunun əraziləri 23 avqust 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmişdi. Rayonun Qaraağac kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.
İkinci Qarabağ müharibəsi zamanı, 28 oktyabr 2020-ci ildə kənd Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdi.
İqtisadiyyatı Keçmişdə kəndin əhalisinin əsas məşğuliyyəti heyvandarlıq idi. İşğal vaxtı kənd dağıntılığa məruz qalmışdı.
Həmçinin bax Cəbrayıl rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Cəbrayıl Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Cəbrayıl rayonunun kəndləri