Axmaxi kurqanları — Azərbaycan Respublikasının Ağdərə rayonu ərazisində Xaçınçayın sahilində Xocalı-Gədəbəy mədəniyyətinə aid arxeoloji abidə..
Araçadzor və Ballıqaya arasında yerləşən Axmaxi kurqanları kiçik həcmli olması ilə fərqlənir. Onların kurqanaltı qəbirləri daş qutularla təmsil olunmuşdur. Axmaxidəki 1 №-li kurqanda dörd skelet aşkar olunmuşdur. Onların biri uzanmış, üçü isə oturmuş vəziyyətdə olmuşdur. Axmaxidəki 3 №-li kurqanın qəbir kamerasında 9 insan skeleti aşkar olunmuşdur. Onların biri uzadılmış, səkkizi isə oturmuş vəziyyətdə olmuşdur. Oturmuş vəziyyətdə aşkar olunmuş skeletlərdə zorla öldürmə əlamətlərinə rast gəlinmişdir.
Mənbə
Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). I cild. Bakı: Elm, 2007 İstinadlar Kateqoriya:Arxeologiya Kateqoriya:Ağdərə rayonunun abidələri