Lidiçe — Çexiya şəhəri.
Lidiçe 1942-ci ildə Alman faşistləri tərəfindən yerlə yeksan edilmiş, əhalisi terora məruz qalmışdır. Xocalı və Lidiçe faciələrinin oxşarlığı məhz ona səbəb olmuşdur ki, 2007-ci ildə Lidiçe Muzeyi və Xatirə Kompleksində Xocalı faciəsinin 15 illiyinə həsr olunmuş 3 ay davam edən silsilə tədbirlər keçirilmişdir.
26 Fevral 2010 tarixində Azərbaycan-Çexiya Cəmiyyətinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin və Çexiyadakı Səfirliyinin dəstəyi ilə Lidiçe Xatirə Kompleksində Xocalı faciəsinin 18-ci ildönümü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə çıxış edən Lidiçe şəhəri İcra başçısı Yosef Klima bildirmişdir ki, qəsəbədə yeni tikiləcək olan küçələrdən birinə Xocalı adı veriləcəkdir. Xocalı və Çexiyanın Lidiçe şəhərlərinin qardaşlığı haqqında protokol imzalanıb.
Mənbə
Xocalı və Çexiyanın Lidiçe şəhəri qardaş şəhərlər oldular
İstinadlar
Kateqoriya:Çexiya şəhərləri Kateqoriya:İkinci Dünya müharibəsi Kateqoriya:İnsanlıq əleyhinə cinayətlər