thumb|thumbtime=1|upright=1.1| A Day with Thomas Edison (1922) Tomas Alva Edison () — amerikalı ixtiraçı və sahibkar.

Amerika Birləşmiş Ştatlarında onun adına 1098, xaricdə isə 3 min patent mövcuddur. O teleqrafı, telefonu, kino aparatını təkmilləşdirmiş, elektrik lampasının sənaye üsulu ilə istehsalını təşkil etmişdir. O həmçinin elektrovoz istehsalına başlamış, fonoqraf kəşf etmişdir. Onun təklifi ilə telefon danışığının əvvəlində "alo" deyilməyə başlanmışdır.

Həyatı Tomas Edison orta məktəbdə cəmi 3 ay oxumuşdur. İlk 3 aylıq təlimdə ciddi irəliləyiş göstərə bilmədiyinə görə, müəlliməsi Toması "kütbeyin" adlandırmış və bundan sonra o, evdə anası tərəfindən təhsil almalı olmuşdu. Edison yazırdı: "Anam mənə o qədər inandı, o qədər əmin oldu ki, onun ümidlərini qırmamaq üçün nəsə etməli olduğumu anladım".

Tomas Alva Edison 1876-cı ildə Amerika Birləşmiş Ştatlarında tədqiqat xarakterli ilk laboratoriya açmışdır.

Dünyada sənaye və ictimai məqsədlər üçün işlədiləcək ilk elektrik stansiyası məhz Edisonun rəhbərliyi altında 1882-ci ildə qurulmuşdur.

Heç bir insan həyatında Edison qədər patent almamışdır.

85 yaşında axır saatlarında o öz həyat yoldaşına demişdi: "Əgər ölümdən sonra nəsə varsa, bu yaxşıdır. Yox yoxdursa, bu da yaxşıdır. Mən yaşadığım həyatda mümkün qədər yaxşı işlər görməyə çalışdım…" thumb|200px|Edisonun Menlo Park laboratoriyası Dearbornda Henri Ford Muzeyində nümayış etdirilir

Şəxsi keyfiyyətləri Edison zəhmətkeşliyi və məqsədyönlülüyü ilə fərqlənirdi. Elektrik lampası üçün daxili xətti material axtararkən o, 6 min materialı sınaqdan keçirmişdir. Lampanın kömür zəncirinin xarakteristikasını tərtib edərkən o 45 saat laboratoriyada fasiləsiz işləmişdi. Ömrünün axır günlərinə qədər o gündə 15–16 saat işləyirdi.

thumb|right|200px|Edisonun birinci elektrik lampası Menlo Parkda nümayiş etdirilir (1879, dekabr)

Nikola Tesla, məşhur Amerika ixtiraçısı onun haqqında deyirdi: Əgər Edison ot tayasında iynə itirsəydi mütləq iynəni tapana qədər samanları tək-tək götürüb kənara qoyacaqdı

Edisonun məşhur deyimləri Dahi – bir faiz ilham, 99 faiz isə alın təridir. narahatlıq — razı qalmamaqdır. Razı qalmamaq isə tərəqqinin birinci şərtidir. Mənə tam razı qalan adam göstərin və mən isbat edim ki, o uğursuz adamdır. Sivilizasiyanın birinci vəzifəsi insanı düşünməyi öyrətməkdir. Mən vegeterianam və içki içmirəm, ona görə də ağlımı işlətməyin yolunu tapıram. Mən məğlubiyyəti sevmirəm.

thumb|Tomas Edison fonoqrafın ilk variantı ilə

Tomas Edisonun İxtiraları Fonoqraf (1877) Akkumulyator Telefona müasir görkəm vermişdir Elektriklə işləyən ilk qatarları o qurmuşdur.

Mənbə

En Viki ThomasEdison.com

Xarici keçidlər Edison.me.uk IdeaFinder.com Biografi ThomasEdison.com

Həmçinin bax Elektrik stansiyası

Kateqoriya:ABŞ ixtiraçıları Kateqoriya:Hollandəsilli amerikalılar Kateqoriya:Şəkərli diabetdən ölənlər Kateqoriya:İngilis mənşəli ABŞ şəxsləri Kateqoriya:ABŞ iş adamları Kateqoriya:Maşınqayırma mühəndisləri Kateqoriya:SSRİ Elmlər Akademiyasının fəxri üzvləri