"Persepolis" Futbol Klubu (Farsca; باشگاه فوتبال پرسپولیس) — İranın Tehran şəhərinin futbol komandası. Persepolis 1968-ci ildən bu yana İran futbolunun birinci divizionundadır.

Persepolis adının mənası "Persiya", və ya "Fars şəhəri"dir. Persiya şəhəri dünyanın ən varlı şəhərdən biri idi.

Tarixi thumb|200px|right|Persepolis şəhərinin qədim heykəli komandanın simvoludur

Persepolis FK 1963-cü ildə Əli Abdo tərəfindən qurulmuşdur. 1979-cu ildə İran İslam İnqilabı baş verəndə Klub dağıldı və bir çox köhnə oyunçu geri qayıtmadı. Klubun əmlakı gizlədildi və klub "İran Bədən Tərbiyəsi Departamenti"nin məsuliyyətinə verildi.

1987-ci ildə "Bədən Tərbiyəsi Departamenti" klubun adını Pirouzi olaraq dəyişdirdi, baxmayaraq ki, azarkeşlər komandanı orijinal adı Persepolis ilə çağırırlar. 2012-ci ildən etibarən klub rəsmi olaraq yalnız Persepolis kimi tanınacaq.

Uğurları Fars körfəzi pro-liqası frameless|16x16px Qalib (15) (rekord) — 1971/72, 1973/74, 1975/76, 1995/96, 1996/97, 1998/99, 1999/2000, 2001/02, 2007/08, 2016/17, 2017/18, 2018/19, 2019/20, 2020/21, 2022/23, 2023/24

İran Həzfi Kuboku frameless|16x16px Qalib (6) — 1987/88, 1991/92, 1998/99, 2009/10, 2010/11, 2018/19, 2022/23

İran Superkuboku frameless|16x16px Qalib (4) (rekord) — 2017, 2018, 2019, 2020

AFK Çempionlar Liqası frameless|16x16px Finalçı (2) — 2018, 2020

Həmçinin bax Persepolis İstiqlal FK Traktor FK

İstinadlar

Xarici keçidlər

Official Website Persepolis FK at Iran Football League Organization