Rüstəmbəyovlar — Azərbaycan xalqının tanınmış soylarından biri.
Soyun yaranması Şuşa şəhərində dörd ailə vardı ki, bunlar Rüstəmbəyov soyadını daşıyırdılar. Bu Rüstəmbəyovlar bir-biriləri ilə sümük qohumu deyildilər. Bu soyun ulu babası Rüstəm bəy Kəbirlidir. Rüstəm bəy Kəbirli elinin Əfətli obasında dövran sürmüşdü. Rüstəm bəyin Qasım bəy adlı oğlu vardı. Qasım bəy Kəbirli mahalının Əfətli obasında anadan olmuşdu. Qasım bəyin Gülməmməd bəy, Şirin bəy, Kazım bəy, Məhəmməd bəy, İskəndər bəy, İsfəndiyar bəy adlı oğlanları vardı. Soyun məşhur nümayəndələri
Ağa bəy Rüstəmbəyov — Qarabağ bəyi, poruçik. Səlim bəy Rüstəmbəyov — Qarabağ bəyi, Çar Rusiyası ordusunun praporşiki. Rüstəm bəy Rüstəmbəyov — Qarabağ bəyi, ştabs-kapitan.\
Mənbə
Ənvər Çingizoğlu, Rüstəmbəyovlar, "Soy" dərgisi, 9 (29), Bakı, 2009. Həmçinin bax
Qarabağ Şuşa
Kateqoriya:Kəbirlilər