Tatlı — Azərbaycan Respublikasının Ağstafa rayonunun Tatlı kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Ermənistanla sərhədə yaxın yerləşən Tatlı kəndinə Ermənistan silahlı qüvvələri bir neçə dəfə hücuma keçiblər. Həmin hücumların tarixi xronologiyası aşağıdakı kimidir.
10 may 1991-ci ildə Ağstafa rayonunun Tatlı kəndində xidmət aparan hərbi naryad (31747 saylı hərbi hissə) Ermənistanın Şəmşəddin rayonunun Pravakar kəndi istiqamətindən erməni silahlı qüvvələri tərəfindən qumbaraatan və avtomat silahlardan atəşə tutulmuş, nəticədə mayor V.Saqaydak və 8 əsgər ağır yaralanmış, 2 ədəd “ZİL-131” markalı avtomaşın yanmışdır 20 iyul 1992-ci ildə Ermənistanın Şəmşəddin rayonu istiqamətindən Ağstafa rayonunun Tatlı kəndi atəşə tutulmuş, nəticədə 1 vətəndaş həlak olmuş, 2 nəfər yaralanmışdır 29 dekabr 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Ağstafa rayonunun Tatlı kəndi atəşə tutulmuş, nəticədə Milli Ordunun 2 əsgəri həlak olmuş, 2 əsgəri yaralanmışdır. 5 yanvar 1993-cü ildə Ermənistanın Silahlı Qüvvələri tərəfindən Ağstafa rayonunun Böyük Qışlaq və Tatlı kəndləri “Qrad” qurğularından atəşə tutulmuş, nəticədə Milli Ordunun 2 əsgəri həlak olmuş, 3 əsgəri yaralanmışdır. 13 yanvar 1993-cü ildə Ermənistanın Berd rayonu istiqamətindən Ağstafa rayonunun Tatlı kəndi müxtəlif növ silahlardan atəşə tutulmuş, nəticədə Milli Ordunun 1 əsgəri həlak olmuş, 6 əsgəri yaralanmışdır.Dağlıq Qarabağ: hadisələrin xronikası
İqtisadiyyatı Kəndin əsas iqtisadiyyatı kənd təsərrüfatı və das karxanalarıdır. Kənddə maldarlıq və əkincilik geniş yayılmışdır. Bununla yanaşı həmçinin kənddə olan tikinti daşı ehtiyatları əsasında daş karxanaları fəaliyyət göstərir.Daşı ilə məşhur olan Azərbaycan kəndi
İstinadlar
Kateqoriya:Ağstafa rayonunun kəndləri