Göycəli — Azərbaycan Respublikasının Ağstafa rayonunun Göycəli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Ağstafa rayonunun Göycəli kəndi Kalininkənd qəsəbə Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Göycəli kənd Soveti yaradılmışdır. 8 iyun 1999-cu il tarixli 680-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Ağstafa rayonunun Göyçəli kəndi Xətai kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Göyçəli kənd inzibati-ərazi vahidi yaradılmışdır.
Toponimikası Toponim Göyçə hidronimindəndir.
Tarixi Kəndin qədim adı Bəyazatlı kəndi idi. Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2458 nəfər əhali yaşayır.Общегосударственная перепись населения Азербайджана. 2009, Баку. Tanınmış şəxsləri Tofiq Hüseynoğlu — Azərbaycan ədəbiyyatşünası. Vidadi Əliyev — Azərbaycan aktyoru.
Din Kənddə Əbülfəzlil Abbas məscidi dini icması fəaliyyət göstərir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Ağstafa rayonunun kəndləri