Kiçik Asiya və ya Anadolu — Qərbi Asiyada yerləşən, Qara dəniz, Mərmərə dənizi, Egey dənizi və Aralıq dənizlərinin əhatə etdikləri yarımada. Avropadan Bosfor və Dardanel boğazları ilə ayrılır. Türkiyənin Asiya hissəsi burada yerləşir.

Kiçik Asiya termini fransızların Minor Asia sözündən götürülüb. Türkiyədə və Yaxın Şərqdə Anadolu adlanır.

Tarixi Romalılar Kiçik Asiyanı fəth etdikdən sonra burada Asiya əyalətini qurmuşlar. Eramızdan əvvəl 133-cü ildə kral III Attalın vəsiyyəti ilə Perqamın Romaya birləşdirilməsindən sonra keçmiş Perqam çarlığının ərazisində formalaşmışdır. Eramızdan əvvəl I əsrdə – eramızın I əsrində ərazisi genişləndirilmişdir. Əyalət əmri eramızdan əvvəl 126-cı ildə qəbul edildi. Eramızdan əvvəl 27-ci ildən senator əyaləti, Diokletian dövründən (297-ci ildən) 7 ayrı əyalətə bölünmüşdür.Энциклопедический словарь. 2009. АЗИЯ (провинция).

Çayları Kiçik Asiya yarımadasının çayları Qara, Aralıq, Egey və Mərmərə dənizlərinə tökülür. Ən böyük çaylarından Qara dənizə Qızıl İrmak (950 km), Yaşıl İrmak (400 km, Kilkit qolu ilə), Çorox (360 km), Səkəriyə (690 km); Egey dənizinə Kiçik Məndərəs, İldiz, Böyük Məndərəs; Aralıq dənizinə isə Seyhan (450 km) və Ceyhan (350 km) çayları tökülür. Mesepatomiyanın böyük çaylarından Fərat öz mənbəyini və yuxarı axarında yerləşən qollarını Şərqi Anadoludan alır.

Kateqoriya:Türkiyə yarımadaları Kateqoriya:Asiya yarımadaları Kateqoriya:Anadolu Kateqoriya:Qədim Yaxın Şərq Kateqoriya:Tarixi vilayətlər Kateqoriya:Asiya regionları Kateqoriya:Qədim Yunanıstan coğrafiyası