Əliyar bəy Haşımbəyov () — Rusiya imperator ordusunda general-mayor (6.12.1908),"Гашим-Беков Алиар Мехтиевич" — regiment.ru . Retrieved 29 July 2013. Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu illərdə daxili işlər nazirinin müavini, Zaqatalanın 1-ci qubernatoru (1918–1919). Qars vilayəti qubernatorunun köməkçisi.

Həyatı Ailəsi XIX əsrin əvvəllərində Dərbənddən Bakıya köçmüşdür. 1856-cı il, 8 mart tarixində Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini ədadiyə (realnı) məktəbində alan Əliyar bəy 1871-ci ildə Tiflisdəki hərbi-piyada məktəbinə daxil olmuşdur.

Rus ordusunda xidməti 1918-ci ildən artilleriya qoşunlarının piyada hissələrində xidmətə başlamışdır. Hərbi xidmətinin otuzuncu ilində — 1908-ci il dekabrın 6-da general-mayor kimi yüksək rütbəyə layiq görülmüşdür. Həmin il Qars vilayətinin hərbi rəisi təyin olunmuşdur.

Birinci Dünya müharibəsində Əliyar bəy Birinci Dünya müharibəsində üçüncü Qafqaz araba-kravan briqadasının komandiri olmuşdur. 1917-ci ildə istefaya çıxmışdır.

AXC dövründə xidməti 1918-ci ildə Əliyar bəy Azərbaycan Milli ordusunda könüllü xidmətə başlamış, bir müddət Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirinin müavini vəzifəsində işləmişdir. O, 1919-cu ildə Azərbaycan Xalq Cumhiriyyətinin Hərbi İndendant İdarəsinin rəisi vəzifəsində xidmət göstərmiş, 1919-cu ildə Zaqatala quberniyasının general-qubernatoru olmuşdur.

16 mart 1919-cu il tarixində Azərbaycan hökuməti tərəfindən alınan qərarla Zaqatalanın qubernatoru general Əliyar bəy Haşımbəyov general-qubernator, Kərim xan İrəvanski hərbi, Bəhram xan Naxçıvanski isə mülki işlər üzrə general-qubernatorun müavin təyin edildilər. Hacı Mehdi Bağırov isə vəzifəsindən azad edilmiş sayıldı.

Azərbaycanın 1920-ci il 28 aprel tarixində işğalından sonra təqib olunmuş, sovet hakimiyyətinin əsas cəza orqanlarından biri-XI ordunun Xüsusi şöbəsinin rəisi, cəllad Semyon Andreyeviç Pankratovun rəhbərlik etdiyi Fövqəladə Komissiya (FK-ÇK) tərəfindən həbs olunmuş, istintaq işgəncələrinə məruz qalaraq Azərbaycan Xalq Cumhuriyyətinin bir qrup xadimi sırasında respublika Ali İnqilabi Tribunalının (sədri Teymur Əliyev idi) hökmü ilə 1920-ci il mayın 29-da gecə saat 2-də Nargin adasında güllələnmişdi.Şəmistan Nəzirli — Arxivlərin sirri açılır. Bakı: "Elm" nəşriyyatı, 1999.

Ailəsi Onun babası general Hacı Yusif xan Tahir bəy oğlu Yusifxanov Kürə nahiyəsinin hakimi, atası Mehdiqulu bəy Qərbi Tabasaran naibi olmuşdur.

Mükafatları Ordudakı qüsursuz xidmətinə görə aşağıda qeyd olunan orden və medallarla təltif edilmişdir: 1889-cu ildə üçüncü dərəcəli "Müqəddəs Stanislav" ordeni. 1894-cü ildə üçüncü dərəcəli "Müqəddəs Anna" ordeni. 1895-ci ildə ikinci dərəcəli "Müqəddəs Stanislav" ordeni. 1898-ci ildə ikinci dərəcəli "Müqəddəs Anna" ordeni. 1904-cü ildə “Müqəddəs Vladimir” ordeni.

Mənbə

Ədəbiyyat

İstinadlar

Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Repressiya qurbanları Kateqoriya:Azərbaycan generalları Kateqoriya:Rusiya imperiyası generalları Kateqoriya:Zaqatala qubernatorları Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər nazirlərinin müavinləri Kateqoriya:Cənub-Qərbi Azərbaycan general-qubernatorları Kateqoriya:Rusiya İmperator Ordusunun azərbaycanlı generalları