Camalxan bəy Hüseyn bəy oğlu Hüseynbəyov () — Qarabağ atlı alayın naibi, mülkədar

Həyatı Camalxan bəy Hüseyn bəy oğlu 1808-ci ildə Dizaq-Cəbrayıllı mahalının Hüseynbəyli obasında dünyaya gəlmişdi. Molla yanında oxumuşdu. Rus ordusunda, Qarabağ atlı alayında, 3-cü yüzlüyün sultanı vəzifəsində xidmət etmişdi. 11 yanvar 1829-cu ildə Prapоrşik rütbəsi almışdı. Müqəddəs Məkkəyi-müşərrəfi ziyarət etmişdi.

Hacı Camalxan bəy Qarabağın böyük mülkədarlarından idi. Qardaşları ilə birgə Hüseynbəyli, Sultanlı adlı obalara, Cilən adlı kəndə yiyələnmişdi.

Hacı Camalxan bəy Hüseynbəyov 15 fevral 1864-cü ildə vəfat edib.

Mükafatları Camalxan bəy Hüseynbəyov 11 yanvar 1829-cu ildə 4-cü dərəcəli Müqəddəs Anna ordeni ilə, 7 fevral 1856-cı ildə Müqəddəs Stanislav ordeni ilə və qılıncla təltif olunmuşdu.

Ailəsi Hacı Camalxan bəyin Məmmədqulu bəy, Mahmud bəy, Həsənəli bəy, Hüseynəli bəy adlı obaları vardı.

Həmçinin Bax Qarabağ atlı alayı Cəbrayıllı eli

İstinadlar