İnqrid Berqman (; ) — İsveç və ABŞ kino və teatr aktrisası.
Həyatı İnqrid Berqman 29 avqust 1915-ci ildə İsveçin Stokholm şəhərində anadan olmuşdur. O, 1934-cü ildə kino fəaliyyətinə başlayır. Daha sonra ABŞ-yə gedərək bir çox filmlərdə rol alır. Xüsusilə ingilis rejissor Alfred Hiçkokun filmlərindəki rolları ilə daha yaddaqalan olur. 1944-cü ildə "Qaz işığı" filmindəki roluna görə "Oskar" qazanan aktrisa 1950-ci ildə italyan rejissoru Rosselininin dəvətilə İtaliyaya gedərək orada yaşamağa başlayır.
İnqrid Berqman 1956-cı ildə teatra qayıdır və elə həmin ildə də "Anastasiya" filmindəki roluna görə ikinci Oskar mükafatını qazandı. Üçüncü və son Oskarını "Şərq ekspressində qətl" filmindəki rolu ilə əldə edən İnqrid Berqman, 1978-ci ildə yenidən İsveçə qayıdır və görkəmli isveçli rejissor İnqmar Berqmanla çoxdan gözlədiyi film layihəsini həyata keçirir.
Böyük isveçli aktrisa İnqrid Berqman 29 avqust 1982-ci ildə Böyük Britaniyanın London şəhərində vəfat etmişdir.
Filmoqrafiya İl Azərbaycanca adı Orijinal adı Rol1932 Beynəlxalq Landskamp Növbədə gözləyən qız1935 Köhnə Qəsəbənin Kontu Munkbrogreven Elsa Edlund1935 Sörf Bränningar Karin Ingman1938 Dollar Dollar Denna Balzar1939 İntermesso Il burbero Anita Hoffman1941 Həkim Cekil və cənab Hayd Dr. Jekyll and Mr. Hyde İvi Peterson1942 Kasablanka Casablanca İlza Lund (Laslo)1943 Zənglər kimin üçün çalınır? For Whom the Bell Tolls Mariya1944 Qaz işığı Gaslight Pola Olkvist1945 Ovsunlanmış Spellbound Konstans Piterson1945 Saratoqa gözəli Saratoga Trunk Klio1945 Müqəddəs Məryəm zəngləri The Bells of Saint Marys Meri Benedikt1946 Axmaq şöhrət Notorious Alisiya Huberman1948 Zəfər abidəsi Arch of Triumph Joan Madu1948 Janna D'Ark Joan of Arc Janna d'Ark1950 Stromboli Stromboli, terra di dio Karin1952 Avropa 51 Europa '51 İren Jirar1953 İtaliyaya səyahət Viaggio in Italia Katerina Coys1954 Qorxu La Paura İren Vaqner1956 Anastasiya Anastasia Anastasiya1956 Yelena və kişilər Elena et les hommes Yelena Sokorovska1958 Əziz cənab Indiscreet Anna Kalman1958 Altıncı dərəcəli xoşbəxtliyin karvansarası The Inn of the Sixth Happiness Qledis Eyluord1961 Brahmsı sevirsinizmi? Aimez-vous Brahms? Paula Tesye1963 Hedda Qabler Hedda Gabler Hedda Qabler1964 Səfər The Visit Karla Zaxanasian1964 Sarı Rolls-Roys The Yellow Rolls-Royce Gerda Millett1969 Kaktus çiçəyi Cactus Flower Stefani Dikinson1974 Şərq ekspressində qətl Murder On The Orient Express Qreta Olsson1978 Payız sonatası Höstsonaten Şarlotta Anderqast
İstinadlar
Xarici keçidlər
Ингрид Бергман peoples.ru saytı Ингрид Бергман на портале "Культура"
Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:İsveç aktrisaları Kateqoriya:Emmi mükafatı laureatları Kateqoriya:BAFTA mükafatı laureatları Kateqoriya:Donaldson mükafatı laureatları Kateqoriya:İllis kvorum medalı ilə təltif edilənlər Kateqoriya:Süd vəzi xərçəngindən ölənlər Kateqoriya:ABŞ vətəndaşlıq hüququnu almış şəxslər Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:İsveç film aktrisaları Kateqoriya:İsveçdən ABŞ-yə mühacirət edənlər Kateqoriya:XX əsr ABŞ aktrisaları