Leonid İoviç Qayday (; ) — sovet kinorejissoru, ssenaristi və aktyoru, SSRİ xalq artisti (1989).
Həyatı Leonid Qayday 1923-cü ildə Amur vilayətində anadan olmuşdur. Onun atası İov İsidoroviç Qayday (1886–1965) dəmiryolunda çalışmışdır. Leonidgil ailədə üç uşaq idilər; ondan başqa qardaşı Aleksandr və bacısı Avqust da var idi. Leonid Qayday ilk təhsilini İrkutskda yerləşən dəmiryol məktəbində almışdır.
Daha sonra o, İkinci Dünya müharibəsində iştirak edir. Müharibədə yaralanan Leonid orduya yararsız hesab olunur. 1947-ci ildə o, İrkutsk vilayətinin dram teatrının teatr studiyasında təhsil alır, işıqçı və aktyor kimi çalışmağa başlayır.
1949–1955-ci illdərdə rejissorluq fakültəsində təhsilini davam etdirmişdir. Filmlərinin ssenarisini demək olar ki, həmişə Qayday özü yazırdı. Bu filmlərdəki bir çox frazalar xalqın dilində zərb-məsələ çevrilmişdi. Onun "Brilyant əl" kinokomediyası prokatda birinci yer tutmuşdur. 1970-ci illərdə daha çox rus klassiklərinin (İlf, Petrov, Bulqakov, Qoqol) əsərlərini ekranlaşdıran Qayday 1981–1988-ci illərdə "Fitil" kinojurnalı üçün müxtəlif maraqlı süjetlər çəkir.
L. İ. Qayday Nina Qrebeşkova ilə ailə həyatı qurmuşdu.
Leonid İoviç Qayday 19 noyabr 1993-cü ildə Moskvada vəfat etmişdir.
Filmoqrafiya İl Film Afişa Rejissor Ssenarist AktyorRol 1955 Lyana 100px Alyoşa 1956 Uzun yol 100px 1958 Külək 100px Naumenko 1958 O dünyadan gəlmiş adaxlı (qısametrajlı) 100px 1960 Üçqat dirilən 100px ixtiraçı 1961 Köpək Barbos və qeyri-adi qaçış (qısametrajlı) 100px 1961 Araq çəkənlər (qısametrajlı) 100px 1962 İşgüzar adamlar 100px 1965 "I" əməliyyatı və Şurikin digər macəraları 100px 1966 Qafqaz əsiri və ya Şurikin yeni macəraları 100px 1968 Brilyant əl 100px sərxoş 1971 12 stul 100px Vorfolomey Korobeynikov 1973 İvan Vasilyeviç peşəsini dəyişir 100px 1975 Ola bilməz! 100px 1977 Peterburqdan anonim adam 100px 1977 Risk — alicənab işdir 100px 1978 Küçələrdə komod sürən 100pxBədii rəhbər 1980 Kibrit ardınca 100px 1982 İdman lotosu-82 100px 1985 Həyat üçün təhlükəlidir! 100px 1989 Xüsusi xəfiyyə və ya "Kooperasiya" əməliyyatı 100px 1992 Deribasovskda hava yaxşıdır və ya Brayton-Biçdə yenə yağışlar yağır 100px Kazinodakı axmaq oyunçu
İzlə Sovet filmləri
İstinadlar
Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:Rusiya kinorejissorları Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:Rusiya ssenaristləri Kateqoriya:SSRİ aktyorları Kateqoriya:Rusiya aktyorları Kateqoriya:Leonid Qaydayın filmləri Kateqoriya:SSRİ xalq artistləri Kateqoriya:Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun məzunları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:İkinci Dünya müharibəsində SSRİ hərbçiləri Kateqoriya:SSRİ Kinematoqrafçılar İttifaqının üzvləri Kateqoriya:"Xalqlar dostluğu" ordeni ilə təltif edilənlər Kateqoriya:"Şərəf nişanı" ordeni ilə təltif edilənlər Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:SSRİ kinorejissorları