Əshabi-Kəhf kompleksi () — müxtəlif inanc və mədəniyyətlərdə özünə yer tapmış Əshabi-Kəhf rəvayətinin cərəyan etdiyi yer kimi qəbul edilən, Qəhrəmanmaraş ilinin Afşin ilşəsi yaxınlığında yerləşən məkan.
Qədim dövrlərdən bəri müqəddəs hesab edilən qayalıq təpənin ətəyindəki mağaranın ətrafında salınıb. Külliyə 466-cı ildə Roma imperatoru II Feodosinin əmri ilə tikilmiş İsa məscidi adlı kilsənin yerində, XIII əsrdən etibarən inşa edilmiş bir sıra tikililərdən ibarətdir. 2015-ci ildən YUNESKO-nun Dünya İrsinə namizəd siyahısındadır. Yeri Qəhrəmanmaraşın Afşin ilçəsi mərkəzindən təxminən 7 km şimal-qərbdə, Bencilüs təpəsində yerləşir. Tarixi Xristian və İslam dini inanclarındakı rəvayətə görə, Roma imperatoru Desi Trayan xristianları özünə və bütlərə sitayiş etməyə məcbur edən zalım hökmdar olub. Rəvayətə görə, Xristianlıq dininə mənsub yeddi gənc zalım hökmdarın təzyiqindən qurtulmaq və ibadətlərini yerinə yetirmək üçün bir çobanın göstərdiyi mağaraya sığınaraq yuxuya getmiş və 309 il yuxuda qaldıqdan sonra imperator II Feodosinin dövründə oyanmışdır. Hekayənin qəhrəmanlarının həyatından təsirlənən imperatorun bölgədə bir kilsə tikilməsini əmr etdiyinə və bu əmr əsasında 466-cı ildə İsa məscidi adlı tikilinin inşa edildiyinə inanılır.
Zamanla xarabalığa çevrilən bu kilsənin üzərində 1215–1234-cü illərdə bir sıra tikinti işləri aparılmışdır. Anadolu Səlcuqlu Dövlətinin Maraş əmiri olan Nüsrətəddin Həsən bəy tərəfindən mağara ilə uyğun şəkildə və kilsənin bəzi materiallarından da istifadə edilərək məscid inşa edilmişdir. Zülqədəroğulları bəyliyi dövründə bir mədrəsə və qadınlar məscidi, Osmanlı dövləti dövründə isə, 1531-ci ildə Paşa Çardağı inşa edilmişdir.
Külliyə 2015-ci ildən YUNESKO-nun Dünya İrsinə namizəd siyahısındadır. İstinadlar
Kateqoriya:Qəhrəmanmaraş ili