Rokkadaspide (Kampaniya dialektində A Rokka) — İtaliyanın Kampaniya regionunda, Salerno əyalətində yerləşən şəhər və bələdiyyədir.

Tarixi Ərazidə ilk yaşayış məskənlərinin Yunanıstan və Etrusk sivilizasiyalarının dövrünə aid olduğu hesab edilir.

Coğrafiyası

Rokkadaspide Çilentonun şimal-qərb hissəsində, Paestum yaxınlığında və Kalore çayı vadisində yerləşir. Bələdiyyənin ərazisinin dağlıq və dağətəyi hissəsi Çilento və Vallo di Diano Milli Parknın ərazisinə daxildir.Rokkadaspide, Kapaççio, Trentinara, Kastel San Lorenso, Aquara, Kastelçivita, Felitto, Monteforte Çilento və Albanella bələdiyyələri ilə həmsərhəddir.

Rokkadaspidenin ərazisinin sahəsi təxminən 64,16 km²-dir. Ərazi dəniz səviyyəsindən 47 metr yüksəklikdə yerləşən Fonte yaşayış məntəqəsindən Monte Vezolenin 1.201 metr yüksəklikdəki zirvəsinə qədər uzanır.

İstinadlar

Xarici keçidlər

Official website

Kateqoriya:İtaliya şəhərləri Kateqoriya:İtaliya kommunaları Kateqoriya:Kampaniya regionunun kommunaları Kateqoriya:Kommunalar Kateqoriya:Kampaniya regionunun şəhər və qəsəbələri Kateqoriya:Salerno əyalətinin kommunaları