Konsulluq hüququ — konsulların fəaliyyətini tənzimləyən prinsiplər və normaların (həm dövlətin daxili qanunvericiliyinin, həm də beynəlxalq hüququn) məcmusudur. Hər bir dövlət olduğu ölkənin qanunvericiliyini nəzərə almaqla öz konsulluq nümayəndələrinin funksiyalarının həcmini müəyyən edir.
Mənbələr Konsulluq hüququnun əsas mənbəyini ayrı-ayrı dövlətlər tərəfindən bağlanan və konsulların hüquqi vəziyyətini, habelə onların öz funksiyalarını həyata keçirməsinin əsas qaydalarını müəyyən edən çoxsaylı konsulluq konvensiyaları təşkil edir. Konsulların fəaliyyətini tənzimləyən müddəalar ticarət və gəmiçilik, hüquqi yardım göstərilməsi, sosial təminat və digər məsələlər haqqında müqavilələrdə də mövcuddur. XX əsrdə konsulluq məsələləri üzrə müxtəlif dövlətlərin müqavilə praktikasının bir növ kodifikasiyası olan bir neçə çoxtərəfli konvensiya bağlanmışdır (məsələn, 1911-ci il Konsulluq funksiyaları haqqında Karakas Konvensiyası, 1928-ci il Konsulluq məmurları haqqında Havana Konvensiyası). Konsulluq hüququnun "Məcəlləsi" konsulluq əlaqələri haqqında 1963-cü il Vyana Konvensiyasıdır. Bu Konvensiya ştatlı konsulların imtiyazlarını, immunitetlərini və əsas funksiyalarını, habelə ştatdankənar konsulların hüquqi vəziyyətini müəyyən edir.
Xarici əlaqələr orqanlarının fəaliyyəti milli qanunvericiliyin hüquqi aktları ilə də tənzimlənir. Onların arasında ən mühümləri aşağıdakılardır:
3 aprel 2026-cı il tarixli AR Prezidentinin fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə;Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə
3 aprel 2026-cı il tarixli AR Prezidentinin fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə;Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə
3 aprel 2026-cı il tarixli AR Prezidentinin fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə
Konsulluğun funksiyaları AR Prezidentinin fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnaməyə görə, konsulluğun funksiyaları aşağıdakılardır:
konsul dairəsində Azərbaycan Respublikasının konsul əlaqələrini həyata keçirmək; konsul dairəsində Azərbaycan Respublikasının milli maraqlarını qorumaq və təmin etmək; konsul dairəsində Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək; qəbul edən dövlətlə Azərbaycan Respublikasının dostluq münasibətlərinin inkişafına, iqtisadi, elmi-texniki, mədəni, ticarət, idman, turizm və digər sahələrdə əlaqələrinin genişlənməsinə yardım göstərmək; konsul dairəsində yaşayan soydaşlarla bağlı dövlət siyasətinin həyata keçirilməsinə və əlaqələrin inkişafına dəstək vermək; qəbul edən dövlətə Azərbaycan Respublikası rəsmi nümayəndə heyətlərinin səfərlərinin hazırlanmasına və həyata keçirilməsinə kömək göstərmək; konsul dairəsində Azərbaycan Respublikasının adından konsul funksiyalarını həyata keçirmək; Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.
İstinadlar Kateqoriya:Diplomatiya
Kateqoriya:Beynəlxalq hüquq