Tərki (Лавров Л. И. // Ученые записки Института истории, языка и литературы ДФ АН СССР", т. 4. 1958. — С. 13—16.), həmçinin Tərqu, Tarku — Dağıstanda şəhər tipli qəsəbə. O, Mahaçqala şəhərinin bir hissəsidir. İnzibati cəhətdən Mahaçqala Sovet Rayon Administrasiyasına tabedir.
Dağıstanın ən qədim yaşayış məntəqələrindən biridir. Bir nəzəriyyəyə görə, Xəzər Xaqanlığının paytaxtı Səməndər şəhəri ilə eyniləşdirilir. Tərki şamxallığının paytaxtı olub. Tarixi Qədim dövr Arxeoloji qazıntılar Tərkinin yerində e.ə. II minilliyə və e.ə. I–III əsrlərə aid edilən məzarlıqlar aşkar etmiş və qəsəbənin e.ə. II minillikdən bəri fasiləsiz mövcud olduğunu sübut etmişdir.М. И. Исаков. Археологическая раскопка Таркинского могильника. «Труды Первой научной сессии Дагестанской базы Академии Наук СССР». Махачкала, 1948; A.M. Твердохлебов. Об археологических работах в Дагестане в 1947—48 гг. Там же; Е. И. Крупнов. Новый памятник древних культур Дагестана. «Материалы и исследования по археологии СССР», N 23. М.. 1951 К. Ш. Смирнов. Археологические исследования в районе дагестанского селения Тарки в 1948—1949 гг. Bəzi tədqiqatçılara görə (L.İ.Lavrov, S.T.Yeremyan, Frityof Nansen), Tərki qədim Xəzər şəhəri Səməndərlə eyniləşdirilirЕремян С. Т. Моисей Каланкатуйский о посольстве албанского князя Вараз Трдата к хазарскому хакану Алп-Илитверу // Записки Института Востоковедения АН СССР. — Т. VII. — М.-Л., 1939. və müvafiq olaraq, onun ilk yazılı xatırlanması VII əsr erməni coğrafiyasında M-s-n-d-r formasında qeyd oluna bilər.К.Патканов. из нового списка географии, прописываемой Моисею Хоренскому. «Журнал Министерства народного просвещения», 18 март, стр. 118 Həmin əsrlərin ərəb və yəhudi müəllifləri Tərki adını çəkmir, yalnız Səməndəri qeyd edirlər. "Dərbəndnamə" xronikası da bu iki adı eyniləşdirir.
Şəhər bugünkü adı ilə ilk dəfə VIII əsrdə erməni tarixçisi Gevond tərəfindən xatırlanır. Gevond xəbər verir ki, 716–717-ci illərdə Şərqi Qafqaz vilayətlərini fəth edərkən ərəb ordusu hunların "Targu" şəhərində dayandı ki, bu da çoxəsrlik yerli paytaxtın kumıkca olan "Tarğu" adı ilə üst-üstə düşür. Dağıstan şəhərlərindən Gevond yalnız Dərbənd və Tərkini qeyd edir ki, bu da şəhərin hələ VIII əsrdə mühüm əhəmiyyət daşıdığından xəbər verir. Lavrov Gevondun mətnləri və orta əsr ərəb mənbələri əsasında ehtimal etmişdir ki, Tərki ərəblər tərəfindən alındıqdan sonra yenidən Xəzər imperiyasının tərkibinə qayıtmışdır.История халифов Вардапета Гевонда, писателя VII века. — СПб., 1862. — С. 28.
Tərki və Səməndər adlarının etimoloji əsasını, tədqiqatçıların fikrincə, fars dilində "qapı" mənasını verən "-dar/-der" ünsürü olan və həmin Dərbəndin ("Dəmir qapı") adında da mövcud olan sözlər təşkil edir. Minorskinin fikrincə, Səməndər şəhərə öz adını vermiş türk tayfalarından birinin adı ola bilər.
Məsudiyə görə, Səməndər Xəzər xaqanlığının paytaxtı olmuşdur, lakin şəhər ərəblər tərəfindən zəbt edildikdən sonra (VIII əsrdə) paytaxt Volqa çayı üzərindəki İdil şəhərinə köçürülmüşdür.
Sovet etnoqrafı və Qafqaz üzrə mütəxəssis Leonid Lavrov əsərində bu barədə belə yazırdı: "Məsudi deyir ki, hətta onun dövründə də Səməndər xəzərlərlə məskunlaşmışdı. İbn-Hövqələ (X əsr) görə, Səməndər hökmdarı xəzər hökmdarları kimi iudaizm dininə etiqad edir və kaqanla qohumluq münasibətində idi. Məsudinin ərəblərin Səməndəri fəth etməsi haqqındakı məlumatına baxmayaraq, X əsrin digər mənbələri (İbn-Hövqəl, Əl-Müqəddəsi, "Hüxud əl-aləm"in müəllifi, eləcə də "Knyaz İosifin məktubu" adlanan mətnin müəllifi) yekdilliklə onu Xəzər dövlətinin tərkibinə daxil hesab edirlər. Beləliklə, orada ərəblərin mövcudluğu yalnız müvəqqəti ola bilərdi. Xəzərlərə qarşı yürüşü zamanı Kiyev knyazı Svyatoslavın onu dağıtması da bunu sübut edir".
Mənbələr xəbər verir ki, X əsrdə Səməndər bağlar və üzümlüklərlə zəngin böyük bir şəhər idi. Onun tikililəri "qamışla hörülmüş ağacdan düzəldilmişdi. Evlərin damları sivri uclu idi" (Əl-Müqəddəsi). Şəhərdə məscidlər, xristian məbədləri və sinaqoqlar var idi, Çünki əhali müxtəlif dinlərə etiqad edən insanlardan ibarət idi. Şəhərin ticarət əhəmiyyəti "Hüxud əl-aləm"in "Səməndər — bazarları və tacirləri olan zəngin şəhərdir" sözlərindən görünür. 966-cı ildə Tərki knyaz I Svyatoslav tərəfindən dağıdılmışdır. Orta əsrlər 350px|thumb|right|Adam Olearinin səyahətlər kitabı üçün XVII əsr qravüründə Tərki. Növbəti dəfə (X əsrin sonlarında I Svyatoslav tərəfindən dağıdıldıqdan sonra) Tərki şəhəri XIII–XIV əsrlərə aid yazılı mənbələrdən xatırlanır. Teymuri salnamələrində;В. Г. Тизенгаузен. Сборник материалов, относящихся к истории Золотой орды. — Т. II. — М.-Л., 1941. — С. 119, 123, 175 и 185. Covanni Karpininin əsərində monqollar tərəfindən fəth edilmiş şəhər kimi,Плано Карпини И де. История монголов. — СПб., 1911. — С. 36. 1375-ci il Katalan atlasında isə "Saray imperiyasının" (Imperio de Sarra), yəni Qızıl Ordanın tərkib hissəsi kimi qeyd olunmuşdur.
Volqaboyundan Cənubi Qafqaza və İrana gedən ticarət yolunun üzərində yerləşdiyinə görə şəhər strateji əhəmiyyətə malik idi.
1469-cu ilə yaxın şəhəri Afanasi Nikitin ziyarət etmiş və onu "Üç dəniz arxasına səyahət" adlı yol qeydlərində qeyd etmişdir.Хожение за три моря Афанасия Никитина. — Л., 1986. — С. 57. Yeni dövr XVI əsrin sonundan 1867-ci ilə qədər Tərki şəhəri Tərki şamxallığının paytaxtı, İrandan Şimali Qafqaza (Azov və Tamanadək) və Volqaboyuna (Həştərxana) gedən yolların kəsişməsində yerləşən liman və iri ticarət mərkəzi olmuşdur. XVIII əsr – XIX əsrin əvvəllərində Tərkidə Şimal-Şərqi Qafqazın ən böyük qul bazarlarından biri yerləşirdi. Bir neçə dəfə rus qoşunları tərəfindən dağıdılmışdır (1560, 1594, 1604, 1725, 1831).
XVII əsrin holland coğrafişünası Vitsenin məlumatlarına görə: "Tərki şəhəri Dağıstan diyarının ən böyüyüdür və onun baş şəhəridir... Tərkidə evlər gildən tikilir, şəhərin yaxınlığında taxta qala var... Onların evləri gil və əhəngdən inşa edilmiş, yastı və dördbucaqlıdır... Tərkidəki qala çox böyükdür. Rəvayətə görə, orada ilin günləri qədər pəncərə və qapı var... ora aparan yollar o qədər dik və dardır ki, bir piyada qoşun dəstəsinə sinə gerə bilər. Onun ölçüləri demək olar ki, Amsterdamdakı ratuşanın qarşısındakı bazarla eynidir. Qalanın qarşısında toplar dayanır... onu musketlər, osmanlı tüfəngləri və oxlarla silahlanmış bir neçə yüz piyada və atlı əsgər qoruyur".Noord en oost Tartarye. — Амстердам, 1692
I Pyotrun Xəzər yürüşü dövründə onun silahdaşı Yakov Brüs şamxallığın paytaxtı haqqında xəbər verirdi: "Dağıstanın baş şəhəri olan bu Tərki şəhəri üç mindən çox evə malikdir və sakinlərlə doludur".Рукопись русского перевода с немецкого книги Брюса. Из воспоминаний участника похода Петра I // РФ ИИАЭ ДНЦ РАН. — Ф. 1. — Оп. 1. — Д. 58.
Pyotr Butkovun 1796-cı ilə aid təsvirinə görə, "Tərki şəhəri gözəl mövqeyə malikdir. Onu təşkil edən 1500 ev təxminən 3 verst məsafədə yamac boyunca səpələnmişdir".Бутков П. Г. Выдержки из «Проекта отчёта о персидской экспедиции в виде писем». 1796 г. // ИГЭД. — М., 1958.
Tərki haqqında daha ətraflı məlumatlara XVIII əsrdə aşağıdakı təsviri saxlamış akademik İohann Anton Güldenştedtdə rast gəlinir: "Şamхаl və ya Şemхаl adlanan hökmdarı birbaşa Tərkinin özündə yerləşən kiçik qumuq mülkiyyətçisidir. Tərki özündə, bəzi məlumatlara görə, 1200-ə qədər həyət və ailə saxlayır".Гильденштедт И. А. Географическое и статистическое описание Грузии и Кавказа из «Путешествия Г-на Академика Гильденштедта через Россию и по Кавказским горам в 1770, 71, 72 и 73 гг.». — СПб., 1809.
"Bu Tarki kəndi, — A.İ.Axverdov 1804-cü ilə aid "Dağıstanın təsviri" əsərində qeyd edir, — dəniz sahilindən üç verst məsafədən uzaqda deyil və yarımqövs şəklində çıxmış Daş dağın yamacında yerləşmişdir".Ахвердов А. И. Описание Дагестана. 1804 г. // ИГЭД. — М., 1958.
Qafqaz müharibəsi 1831-ci il mayın 26–31-də üsyan qaldırmış qumuqların rus qoşunları tərəfindən məğlub edildiyi Tərki döyüşü baş verdi. Aul tamamilə dağıdıldı.
Aleksandr Bestujev-Marlinski bu haqda belə yazırdı: "Bu arada inadlı döyüş səngimirdi, on dəfədən çox qəzəblənmiş qumuqlar və çeçenlər şaşkaya əl atırdılar, ölməyə and içmiş insanların zərbəsindən daha dəhşətli heç nə ola bilməz; lakin burada da daş qayaya rast gəldi: qorxmazlıq qorxmazlığı əzdi, zirxli döyüşçülər geri çəkilmədən süngülər üstündə ölürdülər; əsgərlərimiz yeddi-on nəfərlik dəstələrlə iyirmi-otuz düşmənin tutduğu səngərlərə atılır və onları məğlub edirdilər. Mərkəzdəki döyüş ən qanlısı idi. Orada evlərin divarlarını dağıdan, düşmənlərə atəş açmaq üçün deşiklər açan top yerindən həmin an tüfənglər uzadılır və sərrast atəşlərlə ölüm saçılırdı. General tərəfindən şəhərin hər iki hissəsinə nəzarət edən kurqanı batareya üçün tutmaq məqsədilə sağ tənzimə göndərilən Kürəkən (Kurin) alayının komandiri, podpolkovnik fon Disterlo 2-ci* bunu uğurla yerinə yetirdi və atıcılarımızın evbəev hücum etdiyi mərkəzə gəldi. Cəsarətinə qapılaraq onları şəxsən süngü hücumuna apardı, bir səngəri düşmənən təmizlədi və ələ keçirdiyi bayrağı əlində tutaraq: "Uşaqlar! İrəli! Ura!" – qışqırığı ilə binanın üzərinə atıldı; lakin sinəsindən dəyən ölümcül güllə qorxmaz komandiri yerə sərdi. Sevimli komandirlərinin ölümü ilə qəzəblənmiş əsgərlər atəş açılan evi ələ keçirərək qanlı qisas aldılar. Bundan sonra onları əsir götürməyə razı salmaq qeyri-mümkün idi".Бестужев-Марлинский А. А. Кавказские повести. Диркетмедиа. 2014. С.173
Tərki sakinləri 1843-cü il Şamxal üsyanında fəal iştirak etmişlər.
Müasir dövr 1931–1932-ci illərdə Mahaçqala rayonunun inzibati mərkəzi olmuşdur.
1944-cü ildə kəndin əsas sakinləri olan qumuqların qismən deportasiyası olub. Tərki ("1 May" kolxozu), Alburikənd və Kaxulay kəndlərinin kolxozlarından ümumi sayı min nəfərdən çox olan qumuqlar Xasavyurd rayonunun keçmiş çeçen kəndləri olan Bayramul, Bammatyurt və Osmanyurta köçürülmüşdülər, həmin kəndlərdən isə çeçenlər deportasiya edilmişdilər. Qumuqların köçürülməsi "Mahaçqala şəhərinin hüdudlarına bitişik kolxozların əhəmiyyətli torpaq sahələrinin neft daşıyan sahələr kimi, həmçinin neft, sənaye və nəqliyyat müəssisələrinin kollektiv fərdi bostanlarının və köməkçi təsərrüfatlarının təşkili üçün özgəninkiləşdirilməsi zərurəti" ilə əsaslandırılmışdı.
1957-ci ildə rəsmi qərarları gözləmədən qumuqlar müstəqil şəkildə öz kəndlərinə qayıtdılar. Lakin Mahaçqala şəhər şurasına və dağlıların qışlaq təsərrüfatlarına verilmiş kolxoz torpaqları əvvəlki sahiblərinə qaytarılmadı.
1958-ci ildən şəhər tipli qəsəbə statusuna malikdir.
Coğrafi yerləşmə Mahaçqalanın mərkəzindən 4 km məsafədə, Tarki-Tau dağının şərq yamacında yerləşir. Əhalisi Ümumrusiya Əhali Siyahıyaalınmasının (2020-2021) məlumatlarına görə qəsəbədə 18 233 adam yaşayır. Onlardan da 17 611 nəfəri qumuqdur.
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Kateqoriya:Mahaçqala Kateqoriya:Dağıstan qəsəbələri Kateqoriya:Qumuqlar Kateqoriya:Xəzərlər Kateqoriya:Şimali Qafqaz