thumb|F1 Əl qumbarası Sovet F-1 əl qumbarası (rusca: Фугасный 1, oxunuşu: Fugasnıy 1, sözbəsöz: 'Partlayıcı, Növ № 1') piyada əleyhinə qəlpəli müdafiə qumbarasıdır.
F-1 əl qumbarası (el arasında "Limonka" da adlandırılır) — SSRİ istehsalı olan piyada əleyhinə müdafiə tipli əl qumbarasıdır.
Əsas Texniki Göstəriciləri
Təyinatı: Piyada əleyhinə müdafiə qumbarası Ümumi çəkisi: 600 qram Partlayıcı maddənin çəkisi: 60 qram (TNT/Trotil) Görvdə materialı: Çuqun Qəlpələrin effektiv zədələmə radiusu: 7–10 metr Qəlpələrin maksimum uçuş məsafəsi: 200 metrədək Partlama müddəti (alovlandırıcı çəkildikdən sonra): 3.2 – 4.2 saniyə Alovlandırıcı mexanizmi: UZRGM (və ya UZRGM-2)
Konstruksiyası və İşləmə Prinsipi F-1 qumbarası üç əsas hissədən ibarətdir:
Gövdə: Çuqundan hazırlanan xarici örtük xüsusi girintili-çıxıntılı (yivli) formaya malikdir. Partlayış zamanı çuqun korpus çoxlu sayda kiçik qəlpələrə bölünür. Partlayıcı yük: Gövdənin daxilində yerləşən trotil (TNT) kütləsi. Alovlandırıcı (Zapal): Təhlükəsizlik halqası çıxarıldıqdan və tutacaq buraxıldıqdan sonra patron mexanizmini işə salan sistem.
Tarixi F-1 qumbarası Birinci Dünya Müharibəsi dövründə istifadə olunan Fransız F1 qumbarası və İngilis Mills qumbarasının dizaynı əsasında 1939-cu ildə Sovet konstruktoru F.İ.Xrameyev tərəfindən təkmilləşdirilərək yaradılmışdır. İkinci Dünya Müharibəsində Sovet Ordusu tərəfindən geniş tətbiq olunub və sonrakı onilliklərdə dünyanın bir çox ölkəsinin silahlanmasında yer alıb. Kateqoriya:Fransa–SSRİ münasibətləri Kateqoriya:SSRİ qumbaraları