Anastasiya Mixailovna (; ; ) — rus çarı I Nikolayın nəvəsi, Böyük Meklenburq-Şverin hersoginyası.
Həyatı 28 iyul 1860-cı ildə Peterhof sarayında dünyaya gəldi. Atası rus çarı I Nikolayın oğlu böyük knyaz Mixail Romanov, anası isə Böyük Baden hersoqu I Leopoldun qızı Şahzadə Sesilyadır. Atasının vəzifəsi səbəbilə uşaqlıq illəri Tiflisdə və Borjomidə keçdi. Alman və rus dilləriylə yanaşı, fransız və ingilis dillərini öyrəndi.
1878-ci ildə anası və əmisioğlu Vladimir Romanovun xanımı Mariya Pavlovnanın vastiəçiliyi ilə Böyük Meklenburq-Şverin hersoqu II Fridrix Fransiskin oğlu vəliəhd-şahzadə Fridrixlə evləndirilməsi təklif olundu. Həmin ilin baharında bəy namizədi Anastasiya ilə tanış olmaq üçün Tiflisə gəldi. Cütlük bir-birinə uyğun olmasa da, həmin ilin oktyabrında nişanlandıqları elan olundu. 24 yanvar 1879-cu ildə Sankt-Peterburqdakı Qış sarayında evlənən cütlüyün bu nigahdan 3 övladı doğuldu.
Aleksandrina Avqusta (1879-1952) IV Fridrix Fransisk Sesilya Avqusta Mariya (1886-1954)
Ertəsi il Şverinə gələn cütlük Nyuştadt sarayında məskunlaşdılar. Ərinin 1883-cü ildə taxta çıxmasından sonra övladlarıyla birgə Şverindəki Ludviqslust sarayında məskunlaşdılar. Beləcə, Böyük Meklenburq-Şverin hersoginyası ünvanını qazandı.
Ancaq əri III Fridrix Fransiskin səhhəti həssas idi və uşaqlığından bəri bronxial xəstəliklərdən əziyyət çəkirdi. Bu səbəblə, ailə vaxtının çoxunu Cenevrə gölü ətrafında, eləcə də Palermo, Baden-Baden və Kann şəhərlərindəki mülklərində keçirirdi. Olduqca bədxərc olan Anastasiya qumar oynadığı Kann və Monte-Karloda şöhrət qazanmışdı. Ərinin ölümü və azyaşlı oğlunun taxta çıxarılmasından sonra daha azad həyat yaşamağa başladı. 15 yaşında taxta çıxan oğlu IV Fridrix Fransisk isə əmisi Con Albertin naibliyində səltənətini davam etdirdi. Anastasiya isə vaxtını Sankt-Peterburq, Paris və Londona səyahət edərək keçirdi.
Şəxsi köməkçisi Vladimir Aleksandroviç Paltovla eşq yaşamaqda idi və bu münasibətdən 1902-ci ildə bir oğlu dünyaya gəldi. Aleksis Lüdovik de Venden adı verilən bu uşağın doğumu isə skandala səbəb oldu.
Birinci Dünya müharibəsinin başlaması isə onu çətin vəziyyətə saldı. Belə ki, oğulları Alman ordusunda, qardaşları isə rus ordusunda döyüşürdü. Alman əsilli olması səbəbilə, Fransa hökuməti onu ölkəni tərk etməyə məcbur etdi. Beləcə, bitərəf İsveçrədə məskunlaşan Anastasiya Kanndakı malikanəsi rus əsgərlər üçün hospitala çevirdi.
Rusiyadakı Oktyabr inqilabı əsnasında 3 qardaşı (Qeorqi, Sergey və Nikolay) bolşeviklər tərəfindən güllələndi. Müharibənin ardından oğlu IV Fridrix Fransisk taxtdan əl çəkməyə və sürgünə getməyə məcbur oldu. Nitsada məskunlaşan Anastasiya 11 mart 1922-ci ildə burada vəfat etdi.
Qalereya
Mənbə
Ədəbiyyat
Alexander, Grand Duke of Russia. Once a Grand Duke. Cassell, London, 1932. Domin, Marie-Agnes. Anastasia Mikailovna Romanova, Editions Atlantica, 2002. . Cockfield, Jamie H. White Crow. Praeger, 2002. Mateos Sainz de Medrano. Ricardo. A Child of The Caucasus. Royalty Digest, Vol 3, N 1. July 1993. Michael, Prince of Greece. Jewels of the Tsars. The Vedome Press, 2006. Yussupov, Felix. Lost Splendor, 1952. Zeepvat, Charlotte. The Camera and the Tsars. Sutton Publishing, 2004, . Zeepvat, Charlotte. The other Anastasia: A woman who loved and who lived. Royalty Digest Quarterly. N2 2006. ISSN 1653-5219.
İstinadlar
Kateqoriya:Meklenburq-Şverin sülaləsi