«Ah! ça ira» (və ya «Ça ira»; və ya ) — Böyük Fransa inqilabının ən məşhur mahnılarından biri; «Marselyeza» yaranana qədər inqilabi Fransanın qeyri-rəsmi himni hesab olunurdu. Mahnı 1790-cı ilin yayında Bastiliyanın alınmasının birinci ildönümünə həsr olunmuş Federasiya festivalına hazırlıq günlərində yaranmışdır.

Yaranma tarixi

Orijinal mətnin müəllifi Ladre () adında, dolanışığını küçə müğənnisi kimi qazanan keçmiş əsgərdir. Musiqisi isə Bojole () teatrında çalışan skripkaçısı Bekur () tərəfindən bəstələnmiş «Le Carillon national» adlı məşhur kontrdans havasıdır. Rəvayətə görə, kraliça Mariya Antuanetta bu melodiyanı öz klavesinində tez-tez ifa edərmiş.

Melodiya qısa müddətdə fransız xalqı arasında böyük məşhurluq qazanmışdır. Mahnı 1790-cı ilin yayında, Fransanın bütün əyalətlərindən gəlmiş könüllülərin Mars meydanını tədbirə hazırladığı günlərdə ("Xərəklər günü") kütləvi şəkildə yayılmışdır.

Mahnının melodiyasından müxtəlif musiqi əsərlərində leytmotiv kimi istifadə olunmuşdur. Məsələn, rus bəstəkarı Nikolay Myaskovskinin 6-cı simfoniyasının ekspozisiya hissəsində bu melodiyanı eşitmək mümkündür. Böyük Britaniya rok-musiqiçisi, bəstəkar və şair Rocer Uotersin yazdığı eyniadlı opera da bu mahnının ideyası əsasında ərsəyə gəlmişdir.

Mətnin məzmunu və şərhi

Mahnının fransızca orijinal mətni və onun Azərbaycan dilinə poetik tərcüməsi:

Fransızca orijinal mətn Azərbaycan dilinə poetik tərcüməAh, işlər düzələcək, hər şey yaxşı olacaq! Bugün xalq bir ağızdan bu sözləri hayqırır, Ah, işlər düzələcək, hər şey yaxşı olacaq! Maneələr aşılacaq, haqq zəfər çalacaqdır.

Düşmənlər mat qalıbdır, mat-məəttəl durubdur, Bizlər isə ucadan "Aliluyya!" oxuyuruq, Ah, işlər düzələcək, hər şey yaxşı olacaq! Bualo zamanında din haqqında yazanda Sanki bir peyğəmbər kimi bu günləri duyubmuş. Nəğməmi zümzümə edib Deyəcəyik sevinclə: Ah, işlər düzələcək, hər şey yaxşı olacaq!

İncilin hikmətiylə, müqəddəs kəlamıyla Qanunverən nə desə, hər bir şey reallaşar. Yüksələnlər enəcək, baş əyənlər qalxacaq, Ucalacaq həqiqi zəhmətkeşlər, məzlumlar. Həqiqi təlim bizə yol göstərib öyrədər, Qorxunc fanatizmin də çırağı tez sönəcək. İtaət etmək üçün müqəddəs qanunlara Fransız vətəndaşı hər an hazır olacaq. Ah, işlər düzələcək, hər şey yaxşı olacaq!

Pyerettlə Marqo da meyxanada oxuyur, Şadlanın, dostlar, şadlanın, xoş günlər gələcəkdir! Dünənəcən susdurulan dözümlü fransızlar, "Təqsir məndədir" deyib baş əyir aristokrat. Ruhanilər peşmandır əlindəki var üçün, Ədalət bərqərar olacaq, millət alacaq onu. Ağıllı La Fayetin rəhbərliyi altında Bütün insanlar sakit, rahatlıq tapacaqdır.

Ah, işlər düzələcək, hər şey yaxşı olacaq! Böyük Məclisimizin nur saçan çırağıyla, Ah, işlər düzələcək, hər şey yaxşı olacaq! Silahlanmış bu xalq özünü hifz edəcək. Yalanla həqiqəti hər kəs fərqləndirəcək, Xeyirxah işlər üçün vətəndaş duracaq dik. Ah, işlər düzələcək, hər şey yaxşı olacaq! Aristokrat tayfası etiraz eyləyəndə, Mərd vətəndaş güləcək onun kor sifətinə, Ruhu sarsılmayacaq, sınmayacaq iradə, Ən güclü olan hər an bizim xalq olacaqdır. Böyük-kiçik hər kəsin ruhu əsgər ruhudur, Müharibə olsa əgər, xəyanət etməz heç kəs. Bütün mərd fransızlar vuruşacaq ürəklə, Qaranlıq iş görəni cəsarətlə ifşa edər. La Fayet də söyləyir: "Kim gəlir-gəlsin, gəlsin!" Nə oddan, nə alovdan çəkinməz bu igidlər, Fransız xalqı hər an qələbə çalacaqdır!

Ah, işlər düzələcək, hər şey yaxşı olacaq! Asın aristokratları fənərlər dirəyindən! Ah, işlər düzələcək, hər şey yaxşı olacaq! Dara çəkəcək onları bu qəzəbli, mərd xalq! Ah, işlər düzələcək, hər şey yaxşı olacaq! Asın aristokratları fənərlər dirəyindən! Ah, işlər düzələcək, hər şey yaxşı olacaq! Dara çəkəcək onları bu qəzəbli, mərd xalq! Əgər dar ağacından asılmasalar, Bədənləri təkər üstə qırılacaq. Əgər sümükləri qırılmasa, Ocaq çatılıb yandırılacaq. Ah, işlər düzələcək, hər şey yaxşı olacaq!

Ah, işlər düzələcək, hər şey yaxşı olacaq! Nə zadəgan qaldı indi, nə də ki, bir keşiş, Ah, işlər düzələcək, hər şey yaxşı olacaq! Hər yerdə bərabərlik, ədalət hökm sürəcək. Avstriya köləsi də gedəcək bu yolla, Ah, işlər düzələcək, hər şey yaxşı olacaq! Onların o cəhənnəm dəstəsi də kökündən Cəhənnəmin dibinə, şeytana vasil olacaq.

Ah, işlər düzələcək, hər şey yaxşı olacaq! Asın aristokratları fənərlər dirəyindən; Ah, işlər düzələcək, hər şey yaxşı olacaq! Aristokrat tayfasını asacaqdır bu xalq; Hamısını bir-bir dardan asandan sonra, Kürəyi götürüb arxalarına vuracağıq...

İstinadlar

Xarici keçidlər

"" sung by Edith Piaf, 1954 (mp3) by Gerd Semmer sung by Dieter Süverkrüp, 1962 "", original version (mp3) "" from the Modern History Sourcebook website of Fordham University, includes translation and discussion of lyrics (song title translated as "We Will Win!")

Kateqoriya:Fransız dilində mahnılar Kateqoriya: Fransa hərbi marşları Kateqoriya:Böyük Fransa inqilabı mahnıları