Keşişkənd rayonu, Mikoyan rayonu, Yeğeqnadzor rayonu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Dərələyəz mahalı ərazisində rayon. Mərkəzi Keşişkənd şəhəridir.

Tarixi 1931-ci il oktyabrın 15-də yaradılıb. 1935-ci il yanvarın 3-nə kimi Keşişkənd rayonu, həmin tarixdən 1957-ci il dekabrın 6-na kimi Mikoyan rayonu, ondan sonra isə Yeğeqnadzor rayonu adlandırılıb. Ərazisi 1134 kv km-dir. Rayon mərkəzi Keşişkənddir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 122 km-dir.

Keşişkənd rayonunu Göyçə mahalından Səlim kəndi ayırır. Rayon ərazisindən Arpa və Herher çayları axır. Bir tərəfdən Basarkeçər yaylağı, digər tərəfdən isə Dərələyəz dağ silsiləsi ilə əhatələnmişdir.

1905, 1916–1918-i illərdə rayon ərazisi erməni daşnaklarının hücumlarına məruz qalıb. 1918-ci ilin yazında daşnaq Yaponun hücumlarından yaxa qurtarmaq üçün dinc əhali Vedibasar özünümüdafiə dəstələrinin komandanı Abbasqulu bəy Şadlinskinin mühafizəsi ilə müvəqqəti olaraq Güney Azərbaycanda sığınacaq tapdılar və sonradan həmin əhali Naxçıvandan keçərək öz yurdlarına qayıtmışdı. 1920-ci ildə rayon ərazisində 66 sırf azərbaycanlı kəndi olduğu halda 1988-ci ildə bu rəqəm 7-yə endirilmişdi: Ələyəz, Aysəsi, Qovuşuq, Qabaxlı, Gülüdüzü, Qaraqaya, Qoturvan.

1988-ci ilə qədər azərbaycanlıların yaşamaqda davam etdikləri və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Aysəsi, Qovuşuq, Qabaxlı, Gülüdüzü, Qaraqaya, Qoturvan, Ələyəz, Qalasər, Əmağu, Sallı, Hors, Ağkənd, Civə və s.

Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları: Qədim türk adı İndiki adı Dəyişdirilmə tarixiArdarazGöytürk (Qoytur)Getap03.01.1935KeşişkəndMikoyan03.01.1935MikoyanYeğenadzor06.12.1957Keşişkənd rayonuMikoyan rayonu03.01.1935Mikoyan rayonuYeğenadzor rayonu06.12.1957HəsənkəndŞatin03.01.1935QoturvanQoduxvəng…QoduxvəngGadikvəng…AysəsiQızılgül10.09.1946ƏyənzurAxavnadzor10.09.1946ArpaAreni10.09.1946Əyar (Ağyar)Aqarakadzor10.09.1946BaşkəndVarnaşen10.09.1946YengicəQandzak10.09.1946QurdqulaxBolorabed10.09.1946OrtakəndQladzor10.09.1946ErdapinYeğegis10.09.1946AğkəndAğncadazor03.07.1968GülüdüzüVardohovit1987-ci ilQızılgülArates1987-ci il

İstinadlar

Xarici keçidlər Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh. İndiki Ermənistan qədim türk yurdu idi Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı

Həmçinin bax Qərbi Azərbaycan Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası Erməni əhalisinin tarixi miqrasiyası

Xarici keçidlər

Kateqoriya:Dərələyəz mahalı Kateqoriya:Ermənistan SSR-in rayonları Kateqoriya:Yeğeqnadzor rayonu