Akvitaniyalı Aqnesiya (; ) — Akvitaniya hersoqu VIII Vilyamın qızı, Kastiliya, Qalisiya və Leon kraliçası.
Doğum tarixi bilinməsə d, 1059-cu ildə doğulduğu güman edilir. Atası Akvitaniya hersoqu VIII Vilyam, anası isə onun ikinci xanımı Matildadır. Valideynləri 1068-ci ildə boşandılar. Bu səbəblə bu tarixdən öncə doğulduğu güman edilir. Uşaqlığı ilə bağlı başqa məlumat yoxdur.
1069-cu ildə Leon kralı VI Alfonso ilə evləndirildi. Tamamilə siyasi məqsədlərlə baş tutan bu evlilik formal xarakter daşıyırdı. Belə ki, gəlin namizədinin hələ 10 yaşı olması səbəbilə, 1073-cü ilin sonlarında həqiqi ər-arvad münasibəti yaşadılar. Cütlüyün bu nigahdan övladı olmadı.
Ərinin artan siyasi və hərbi nüfuzu ilə qısa zamanda Kastiliya və Qalisiya kraliçası ünvanlarını da daşımağa başladı. Tarixi mənbələrdə haqqındakı ən son qeyd 22 may 1077-ci ilə aiddir. Bu tarixdə vəfat etdiyi güman edilir.
Mənbə
Ədəbiyyat
Salazar y Acha, Jaime de (1992-1993). «Contribución al estudio del reinado de Alfonso VI de Castilla: algunas aclaraciones sobre su política matrimonial». Anales de la Real Academia Matritense de Heráldica y Genealogía (Madrid: Real Academia Matritense de Heráldica y Genealogía): 299-335. ISSN 1133-1240