Nalvari burulğan modeli qanad ətrafında hava axınında mövcud olan burulğan sisteminin sadələşdirilmiş təsviridir. Bu burulğan sistemi qanada bağlı olan burulğan və iki ardıcıl axın burulğanı ilə modelləşdirilir, bu səbəbdən forması qeyri-müəyyən dərəcədə at nalını xatırladır.Millikan, Clark B., Aerodynamics of the Airplane, Figure 1.35McCormick, Barnes W., Aerodynamics, Aeronautics, and Flight Mechanics, Chapter 3 Qanad maye daxilində hərəkət etməyə başladıqda başlanğıc burulğan ayrılır. Bu burulğan özlülüyün təsiri ilə yox olur, eynilə təyyarənin çox gerisində tədricən itən ardıcıl axın burulğanları kimi.
Aşağı yönəlmiş hava axını induktiv müqavimətlə bağlıdır və ardıcıl axın burulğanları sisteminin bir tərkib hissəsidir.McCormick, Barnes W., Aerodynamics, Aeronautics, and Flight Mechanics, Chapter 4
Nalvari burulğan modeli onunla reallıqdan uzaqdır ki, bütün qanad qulacı boyunca yeknəsəq sirkulyasiyanı (və beləliklə, Kutta–Jukovski teoreminə əsasən, yeknəsəq qaldırıcı qüvvəni) nəzərdə tutur. Daha real model olan qaldırıcı xətt nəzəriyyəsində burulğanın intensivliyi qanad qulacı boyunca dəyişir və burulğan intensivliyinin itkisi qanad uclarında tək bir iz kimi deyil, bütün arxa kənar boyunca burulğan təbəqəsi şəklində ayrılır.McCormick, Barnes W., Aerodynamics, Aeronautics, and Flight Mechanics, Figure 4.21 Buna baxmayaraq, azaltmış effektiv qanad qulacı, lakin eyni orta müstəvi sirkulyasiyası ilə istifadə olunan daha sadə nalvari burulğan modeli təyyarədən uzaqda yaranan axınlar üçün kifayət qədər uyğun bir model təmin edir.
"Nalvari burulğan" termini külək mühəndisliyində uca binanın ətrafında, özül hissədə güclü küləklərin yaratdığı axın strukturunu təsvir etmək üçün də istifadə olunur. Bu effekt külək istiqamətində bilavasitə qarşıda yerləşən alçaqırtifalı binanın mövcudluğu ilə daha da güclənir. Bu efekt 1963–1973-cü illər arasında Böyük Britaniyanın Tikinti Tədqiqatları Təşkilatında öyrənilmişdir və effektin yaranma səbəbi müasir külək mühəndisliyi dərsliklərində izah edilir.Penwarden, AD. Wise, AFE. Wind environment around buildings, cover illustrationCook, NJ. The designer's guide to wind loading of building structures, Part 1, Figure 8.7
Hidrodinamikada axar suda olan küt cisimlərin, məsələn, körpü dayaqlaranın ətrafında nalvari burulğanın bir növü formalaşır. Bu burulğanlar dayağın həm yuxarı, həm də aşağı axın tərəfindən dib materiallarının yuyulub aparılmasına səbəb ola bilər.
Təbiətdə nalvari burulğan nalvari buludun yaranmasına səbəb ola bilər.
İstinadlar