Danimarkalı Kristina (; ) — Danimarka, Norveç və İsveçi özündə birləşdirən Kalmar birliyinin kralı II Kristianın qızı, Milan hersoginyası.

1521-ci ildə Nayborq malikanəsində dünyaya gəldi. Atası Norveç və Danimarka kralı II Kristian, anası isə Kastiliya kraliçası Dəli Yuannanın qızı İzabelladır. Atasının 1523-cü ildə taxtdan endirilməsindən sonra ailəsiylə birlikdə Belçikanın Lierre şəhərində sürgündə yaşadı və dayısı olan Müqəddəs Roma imperatoru V Karlın hərbi dəstəyini gözlədilər. Burada 1526-cı ildə anasının vəfatından sonra xalası Avstriyalı Mariya və anasının bibisi Avstriyalı Marqarita tərəfindən himayə edildi.

1532-ci ildə Milan hersoqu II Françesko Sforza hələ 11 yaşında olan Kristina ilə evlənmək istədi. V Karl bu təklifi dərhal qəbul etdi və toy mərasiminə hazırlıq üçün bacısı Mariyaya təlimat yolladı. Mariya isə qızın hələ həddi-büluğa çatmadığını bəhanə edərək buna qarşı çıxdı. Ardından V Karl Milan hersoquna yazaraq qızın xəstə olduğunu bildirdi. Nəhayət cütlüyün nikahı 28 sentyabr 1532-ci ildə baş tutdu ancaq Mariya bacısı qızının Milana gedişini 1533-cü ilin mart ayına qədər gecikdirdi. Nikah əsnasında bəyin 37, gəlinin isə 11 yaşı vardı. Cütlüyün bu nikahdan övladı olmadı.

Ancaq gedişindən bir neçə ay sonra dul qalan Kristina yenidən xalasının yanına qayıtdı. İngiltərə kralı VIII Henri Kristinanı özünün dördüncü xanımı olaraq almaq istədi və V Karl evliliyin müzakirə edilməsi üçün Mariyanı vəzifələndirdi. Ancaq Mariya İngiltərə kralının bütün Avropanı gəzən evlilik macəraları səbəbiylə bu evliliyə qarşı çıxdı. Çox keçmədən VIII Henri 1539-cu ildə Roma-katolik kilsəsi tərəfindən aforoz edildi və V Karl bu evlilik planını yarım qoymağa məcbur oldu.

10 iyul 1541-ci ildə Lotaringiya hersoqu Antuanın oğlu Fransisklə evləndirildi. Cütlüyün bu nikahdan 3 övladı doğuldu.

III Çarlz (1543–1608) Renata (1544–1602) Doroteya (1545–1621)

Ərinin 1544-cü ildə taxta çıxmasının ardından Lotaringiya hersoginyası ünvanı aldı.

Mənbə

Ədəbiyyat Christina of Denmark in Dansk Kvindebiografisk Leksikon Julia Cartwright: Christina of Denmark. Duchess of Milan and Lorraine. 1522–1590, New York, 1913 Jansen, Sharon L. (2002). The monstrous regiment of women: female rulers in early modern Europe. Palgrave Macmillan. ISBN 0-312-21341-7.