Meduza () — Corco Vazarinin Leonardo da Vinçinin həyatı əsərində Leonardonun ən erkən əsərləri sırasında təsvir etdiyi iki rəsmdən birinə verilən addır. Bu rəsmlərin heç biri dövrümüzə gəlib çatmamışdır.

Birinci versiya

Corco Vazari "Leonardo da Vinçinin həyatı" (1568) əsərində bildirir ki, Leonardo hələ çox gənc olarkən atası ser Pyero da Vinçinin xahişi ilə taxta qalxan üzərində Meduzanın başını təsvir etmişdir:

İncəsənət tarixçiləri bu əhvalatın həqiqiliyinə şübhə ilə yanaşsalar da, Leonardonun dövrümüzə gəlib çatmamış qalxanının XVII əsrin əvvəllərində fəaliyyət göstərmiş və onu I Ferdinando de Mediçinin kolleksiyasında görmüş ola biləcək bir sıra rəssamlara ilham verdiyi irəli sürülmüşdür. Rubens və Karavaccionun bu mövzuda öz versiyalarını çəkdikləri məlumdur, lakin onların Leonardonun əsərindən nə dərəcədə təsirləndikləri — əsəri həqiqətən gördükləri fərz edilərsə — qeyri-müəyyəndir və bunu müəyyənləşdirmək, ehtimal ki, mümkün deyil.

Uffitsi qalereyasındakı rəsm thumb|320px|Meduzanın başı, Flamand rəssamın işi, təxm. 1600, Uffitsi qalereyası 1782-ci ildə Leonardo da Vinçinin bioqrafı Luici Lanzi Uffitsi qalereyasında onun əsərlərini axtararkən Meduzanın başının təsvir edildiyi bir rəsm aşkar etdi və Corco Vazarinin Leonardonun bu mövzuda çəkdiyi ikinci versiya haqqında verdiyi təsvirə əsaslanaraq onu səhvən Leonardoya aid etdi:

Lantsi Florensiya qalereyası haqqında təsvirində yeni aşkar edilmiş rəsm barədə fikrini belə ümumiləşdirmişdir:

Romantizm dövründə Leonardoya aid olduğu güman edilən bu əsər böyük şöhrət qazandı. İlk dəfə 1828-ci ildə Florensiyada hazırlanmış tam səhifəlik qravür reproduksiyaları bütün Avropaya yayıldı və rəsm Leonardonun yaradıcılıq irsində ən məşhur əsərlərdən birinə çevrildi. 1851-ci ildə Jan Batist Qüstav Planş yazırdı: "Tərəddüd etmədən deyə bilərəm ki, Uffitsidəki Meduzada Luvrdakı Cokondada heyran olduğumuz xüsusiyyətlərin rüşeymi vardır".

Hələ 1868-ci ildə Uolter Peyter "The Renaissance" əsərində Meduzanı Leonardonun ən təsirli əsərlərindən biri kimi xüsusi qeyd etmişdi. XX əsrdə isə Bernard Berenson və digər nüfuzlu tənqidçilər Uffitsi rəsm əsərinin Leonardoya məxsus olması fikrinə qarşı çıxdılar. Hazırda onun təxminən 1600-cü ildə fəaliyyət göstərmiş anonim flamand rəssamının əsəri olduğu güman edilir.

İstinadlar

Kateqoriya:Leonardo da Vinçinin rəsm əsərləri Kateqoriya:İtirilmiş rəsm əsərləri Kateqoriya:İncəsənətdə Meduza Kateqoriya:Yunan miflərini əks etdirən rəsm əsərləri Kateqoriya:İlanlar incəsənətdə