Antisosial şəxsiyyət pozuntusu (; ASDP) — digər insanların hüquq və rifahına etinasızlıqla xarakterizə olunan xroniki davranış nümunəsi ilə müəyyən edilən şəxsiyyət pozuntusu. ASDP olan şəxslər çox vaxt sosial normalara zidd davranış nümayiş etdirirlər ki, bu da şəxslərarası münasibətlərdə, əmək fəaliyyətində və hüquqi məsələlərdə problemlərə səbəb olur. Bu vəziyyət, ümumiyyətlə, uşaqlıq və ya erkən yeniyetməlik dövründə özünü göstərir; bununla yanaşı, davranış problemlərinin müşayiət olunma tezliyi yüksək olur və simptomlar gec yeniyetməlik və erkən yetkinlik dövründə ən yüksək səviyyəyə çata bilər.
ASPD-nin proqnozu mürəkkəbdir və nəticələr fərdlər arasında əhəmiyyətli dərəcədə dəyişir. Ağır ASPD simptomları olan şəxslər sabit münasibətlər qurmaqda, işlərini qoruyub saxlamaqda və cinayət xarakterli davranışlardan uzaq durmaqda çətinlik çəkə bilərlər. Bu isə daha yüksək boşanma, işsizlik, evsizlik və həbs hallarına səbəb ola bilər. Ağır hallarda ASPD zorakı və ya cinayət xarakterli davranışlara gətirib çıxara bilər və bu cür davranışlar çox vaxt erkən yetkinlik dövründə daha da güclənir. Tədqiqatlar göstərir ki, ASPD olan şəxslərdə intihar riski daha yüksəkdir; xüsusilə psixoaktiv maddələrdən sui-istifadə edən və ya əvvəllər həbsdə olmuş şəxslərdə bu risk daha çoxdur. Bundan əlavə, ASPD olan valideynlər tərəfindən böyüdülən uşaqlarda delinkvent davranışlara və psixi sağlamlıq problemlərinə meyillilik daha yüksək ola bilər.
ASPD davamlı və çox vaxt ömürboyu davam edən bir vəziyyət olsa da, simptomlar zaman keçdikcə, xüsusilə 40 yaşdan sonra, zəifləyə bilər. Bununla belə, şəxslərin yalnız kiçik bir hissəsində əhəmiyyətli yaxşılaşma müşahidə olunur. ASPD olan bir çox şəxsdə yanaşı gedən pozuntular da mövcuddur. Bunlara psixoaktiv maddələrdən istifadə pozuntuları, əhval pozuntuları və digər şəxsiyyət pozuntuları daxildir. ASPD-nin farmakoloji müalicəsi ilə bağlı tədqiqatlar məhduddur və hazırda bu pozuntu üçün xüsusi olaraq təsdiqlənmiş dərman preparatı yoxdur. Bununla belə, bəzi psixiatrik dərmanlar, o cümlədən antipsixotiklər, antidepressantlar və əhval stabilizatorları, müəyyən hallarda aqressivlik və impulsivlik kimi simptomların idarə olunmasına və ya yanaşı gedən pozuntuların müalicəsinə kömək edə bilər.
ASPD-nin diaqnostik meyarları və bu pozuntuya dair elmi anlayış zaman keçdikcə əhəmiyyətli dərəcədə inkişaf etmişdir. 1952-ci ildə DSM-I kimi ilkin diaqnostik təlimatlarda "sosiopatik şəxsiyyət pozuntusu" cəmiyyət və ətraf mühit amilləri ilə əlaqələndirilən müxtəlif antisosial davranışları əhatə edən vəziyyət kimi təsvir edilirdi. DSM-in sonrakı nəşrlərində diaqnostika daha da dəqiqləşdirildi və nəhayət, DSM-III-də (1980) ASPD müşahidə oluna bilən davranışlardan ibarət daha strukturlaşdırılmış meyarlar sistemi əsasında ayrıca diaqnostik kateqoriya kimi müəyyənləşdirildi. DSM-5-də mövcud təriflər ASPD-ni digər insanların hüquqlarına etinasızlıq nümayiş etdirən davranış nümunəsi kimi xarakterizə edir və bu pozuntu psixopatiya ilə əlaqəli bəzi xüsusiyyətlərlə üst-üstə düşə bilər.
Əlamətlər və simptomlar Ehtiyatsızlıq və impulsivliyə meyillilik səbəbindən,Semple D, Smyth R, Burns J, Darjee R, McIntosh A (2005). The Oxford Handbook of Psychiatry. Oxford, England: Oxford University Press. pp. 448–449. . ASPD olan pasiyentlərdə narkotik vasitələrdən və alkoqoldan sui-istifadə riski daha yüksəkdir. ASPD asılılıqla əlaqələndirilmə ehtimalı ən yüksək olan şəxsiyyət pozuntusudur. ASPD olan şəxslərdə qanunsuz narkotik vasitələrdən istifadə, blood-borne diseaselər, HIV, daha qısa abstinens dövrləri, oral qəbul üsullarından sui-istifadə və kompulsiv qumar oynama halları daha yüksək tezliklə müşahidə olunur. Bu, onların asılılığa meyilliliyi ilə əlaqələndirilir. Bundan əlavə, bu şəxslərin gənc yaşlarda psixoaktiv maddələrdən sui-istifadə etmə və ya asılılıq inkişaf etdirmə ehtimalı daha yüksəkdir.
ASPD daha yüksək impulsivlik səviyyələri ilə əlaqəli olduğundan, intihar meyilliliyi, və məsuliyyətsiz davranış, bu vəziyyət daha yüksək aqressiv davranış səviyyələri, məişət zorakılığı, qanunsuz narkotik vasitələrdən istifadə, davamlı qəzəb və zorakı cinayətlərlə əlaqələndirilir. Bu davranış adətən onların təhsilinə, münasibətlərinə, və məşğulluğuna mənfi təsir göstərir. Bununla yanaşı, qısa müddət ərzində çoxsaylı cinsi partnyorların olması, fahişələrlə cinsi əlaqəyə girmək, narkotik vasitələr müqabilində cinsi əlaqədə olmaq və tez-tez qorunmamış cinsi əlaqəyə girmək kimi riskli cinsi davranışlar da geniş yayılmışdır.
ASPD olan pasiyentlərin emosiyaları ambivalent şəkildə təsvir etdikləri və emosional soyuqluq və uzaqlaşmanın daha yüksək səviyyələrini yaşadıqları sənədləşdirilmişdir. ASPD olan və ya antisosial davranış nümayiş etdirən şəxslər çox vaxt xroniki darıxma hissi yaşaya bilərlər. ASPD olan şəxslərin empatiya qabiliyyəti məhdud ola bilər və başqalarına zərər verməkdən çəkinməkdənsə, özlərinə fayda götürməyə daha çox maraq göstərə bilərlər.McCallum D (2001). Personality and dangerousness: genealogies of antisocial personality disorder. Cambridge, England: Cambridge University Press. . . Onlar əxlaq normalarına, sosial normalara və ya digər insanların hüquqlarına əhəmiyyət verməyə bilərlər. ASPD olan şəxslər münasibətləri başlatmaqda və ya davam etdirməkdə çətinlik çəkə bilərlər. ASPD olan şəxsin şəxslərarası münasibətlərinin başqalarını istismar etmək və onlara qarşı zorakılıq göstərmək ətrafında qurulması geniş yayılmış haldır.Diagnostic and Statistical Manual of Mental Disorders (4th ed.). Washington, DC: American Psychiatric Association. 2000. ASPD olan şəxslər təkəbbür nümayiş etdirə, başqaları haqqında aşağılayıcı və mənfi düşünə, özlərinin zərərverici hərəkətlərinə görə məhdud peşmanlıq hiss edə və zərər verdikləri insanlara qarşı laqeyd münasibət göstərə bilərlər.
ASPD olan şəxslər mentalizasiya etməkdə, yəni digər insanların psixi vəziyyətini şərh etməkdə çətinlik çəkə bilərlər. Alternativ olaraq, onların mentalizasiya qabiliyyəti tamamilə qorunmuş ola bilər; yəni insan özünün psixi vəziyyətini başa düşə bilər, lakin digər fərdin aqressiv hərəkətdən necə təsirlənə biləcəyini anlamaq qabiliyyəti pozulmuş ola bilər. Bu amillər aqressiv və cinayət xarakterli davranışa, eləcə də empatiya çatışmazlığına töhfə verə bilər.Newbury-Helps, John. Are difficulties in mentalizing associated with the severity of Antisocial Personality Disorder? University College London. Buna baxmayaraq, onlar sosial idrak qabiliyyətlərində bacarıqlı ola bilərlər,Newbury-Helps, John. Offenders with Antisocial Personality Disorder Display More Impairments in Mentalizing. St Mary's Hospital, London: University College London. yəni digər insanlar haqqında məlumatları emal etmək və yadda saxlamaq qabiliyyətinə malik ola bilərlər ki, bu da başqalarını manipulyasiya etmək qabiliyyətinin artmasına səbəb ola bilər.
ASPD məhbuslar arasında geniş yayılmışdır. ASPD olan şəxslər daha çox məhkum edilir, daha uzun müddətli cəzalara məruz qalırlar, və demək olar ki, hər hansı cinayət üzrə ittiham olunma ehtimalları daha yüksəkdir."Antisocial personality disorder: MedlinePlus Medical Encyclopedia". medlineplus.gov. Retrieved 4 July 2022. hücum və digər zorakı cinayətlər ən çox rast gəlinən ittihamlardır. Zorakı cinayətlər törətmiş şəxslərdə orta statistik insandan daha yüksək testosteron səviyyələri müşahidə olunmağa meyillidir, bu da kişilərdə ASPD diaqnozunun qoyulma ehtimalının daha yüksək olmasına töhfə verə bilər. Testosteronun təsiri impulsiv meyllərin koqnitiv nəzarətini asanlaşdıran kortizol tərəfindən zəiflədilir.
Mağazalardan oğurluq, qəsdən yanğın törətmə, və digər şəxslərin əmlakının məhv edilməsi də ASPD ilə geniş şəkildə əlaqələndirilən davranışlardır. Digər davranış problemləri ilə yanaşı, ASPD olan bir çox şəxsdə gənclik dövründə davranış pozuntusu müşahidə olunmuşdur; bu pozuntu zorakı, cinayət xarakterli, itaətsiz və antisosial davranışların geniş yayılmış nümunəsi ilə xarakterizə olunur.
Davranışların dərəcəsi fərqli olsa da, bu şəxsiyyət pozuntusu olan şəxslərin şəxsi mənfəət və ya zövq əldə etmək məqsədilə başqalarını zərərli yollarla istismar etdikləri və çox vaxt digər insanları manipulyasiya edib aldatdıqları məlumdur.Regier D, eds. (2013). Diagnostic and Statistical Manual of Mental Disorders (5 ed.). Washington, DC: American Psychiatric Association.. Bəziləri bunu səthi cazibədarlıq görüntüsü altında edir, digərləri isə hədə-qorxu və zorakılıq vasitəsilə həyata keçirir.Hinshaw SP, Lee SS (2003). "Conduct and Oppositional Defiant Disorders" (PDF). In Mash EJ, Barkely RA (eds.). Child Psychopathology (2 ed.). New York City: Guilford Press. pp. 144–198. . Antisosial şəxsiyyət pozuntusu olan şəxslər qəsdən məsuliyyətsiz davrana, öz səhvlərini etiraf etməkdə çətinlik çəkə və ya diqqəti zərərli davranışlardan yayındırmağa cəhd göstərə bilərlər.
İstinadlar
Kateqoriya:Psixopatiya Kateqoriya:Ədli psixologiya Kateqoriya:Şəxsiyyət pozuntuları