Məlikov — Azərbaycanda istifadə edilən və ümumilikdə tanınmış soyad.

Həsən bəy Məlikov — Azərbaycan jurnalisti, pedaqoqu, maarifçisi və naşiri, islam dünyasının ilk təbiətşünas alimi. Rəhim bəy Məlikov — Azərbaycanın ilk fizika alimi, tanınmış publisist və teatrşünas, milli ali təhsil qurucularından biri. Səfvət bəy Məlikov — Həsən bəy Zərdabinin oğlu, Cümhuriyyət tələbəsi, memar. Pəri xanım Məlikova — Həsən bəy Zərdabinin qızı, Əlimərdan bəy Topçubaşovun həyat yoldaşı. Qüdrət Məlikov — Azərbaycan jurnalisti, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikasının əməkdar jurnalisti (2005). Qəribsoltan Məlikova — Azərbaycanın maarif xadimi, Azərbaycan SSR əməkdar müəllimi (1948). Həsən bəy Zərdabinin qızı. Hənifə Məlikova — Azərbaycanın ilk maarifçi qadınlarından biri. Həsən bəy Zərdabinin həyat yoldaşı. Əvəzağa Məlikov — tibb elmlər namizədi, ali dərəcəli cərrah, Salyan rayon mərkəzi xəstəxanasının baş həkimi. Süleyman Məlikov — jurnalist, tərcüməçi, redaktor. Azərbaycan SSR əməkdar mədəniyyət işçisi. Arif Məlikov — Azərbaycan bəstəkarı və rəssamı, SSRİ xalq artisti, Azərbaycan SSR xalq artisti, professor. Akif Məlikov — Azərbaycan Dövlət Akademik Balet və Opera Teatrının direktoru, Azərbaycanın əməkdar incəsənət xadimi. Asif Məlikov — Azərbaycanı təmsil edən ağır atlet. Aqil Məlikov — Azərbaycan xanəndəsi, Azərbaycan Reapublikasının əməkdar incəsənət xadimi, dosent. Nicat Məlikov — Azərbaycan jurnalisti. Mirzəbala Məlikov — Azərbaycan aktyoru. Niyaz Məlikov — Mingəçevir avarçəkmə yarışçısı. 2024-cü ilin Azərbaycan çempionatının nəticələrində Mingəçevir təmsilçisi kimi qeyd olunub. Əlisəttar Məlikov — Aktyor, rejissor, Azərbaycan SSR əməkdar artisti. Əjdər Məlikov — Hümmət Partiyası qurucularından və Müsavat Partiyasının ilk üzvlərindən biri, Binəqədi Rayon Soveti sədri və Bakı Sovetinin üzvü. Ənvər Məlikov — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR yüngül sənaye naziri, Azərbaycan SSR Ali Sovetinin IX və X çağırış deputatı. Fikrət Məlikov — Azərbaycannın aktyoru və rejissoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti. İsa Məlikov — Azərbaycanlı bəstəkar, prodüser. Azərbaycanın 2021, 2022-ci illər ərzində Avroviziya beynəlxalq mahnı müsabiqəsindəki nümayəndə heyətinin rəhbəri olmuşdur. Firuz Məlikov — Professor, Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyasının həqiqi üzvü. Oqtay Məlikov — Azərbaycanın istedadlı tarixçi-şərqşünas alimi və tərcüməçisi. Ələddin Məlikov — Fəlsəfə elmləri doktoru, Dosent. Ambarsum Məlikov — XIX əsrin sonu — XX əsrin əvvəllərində Bakı və Tiflisdə fəaliyyət göstərmiş sənayeçi. Əslən Vərəndə məliklərinin nəslindəndir. Ağası Məlikov — texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Bakı Mühəndislik Universitetinin prorektoru.

İstinadlar

Kateqoriya:Azərbaycan soyadları