Bəxtiyar Əli oğlu Musayev () — SSRİ və Azərbaycan futbolçusu. O, sahənin bütün mövqelərində, əsasən də yarımmüdafiəçi mövqeyində çıxış etmişdir. Azərbaycan milli futbol komandasında oynamışdır. 15 avqust 2025-ci ildə Bəxtiyar Musayev AFFA-nın Texniki departamentin Skautlar şöbəsinə rəisi kimi çalışır.
Həyatı Böyüklər futbolunda debütünü SSRİ çempionatının son mövsümlərində ikinci aşağı liqada çıxış edən Bakının "MÇOP Termist" / "MÇOP Dinamo" komandasında etmişdir. 1991-ci il mövsümünün gedişində Bakının "Neftçi" klubuna keçmiş və SSRİ birinci liqasında 4 oyun keçirmişdir.
SSRİ süqut etdikdən sonra Azərbaycan çempionatında "Neftçi"nin heyətində oynamağa davam etmişdir. 1992-ci il mövsümündə ölkə çempionu, 1994/95-ci illər mövsümündə isə Azərbaycan Kubokunun qalibi olmuşdur. 1990-cı illərin ortalarında Tovuzun "Turan" klubunun heyətində bir oyun keçirmiş və yarım mövsüm ordu klubu OİK-in şərəfini qorumuşdur. 1996-cı ildə Ağdamın "Qarabağ" klubuna transfer olunmuş və iki mövsüm burada çıxış etmişdir. O, 1996/97-ci illər mövsümündə gümüş mükafatçı, 1997/98-ci illər mövsümündə isə ölkə kubokunun finalçısı olmuşdur.
"Qarabağ" avrokuboklarda 1996/97 mövsümündə debüt edib. 1996-cı il avqustun 8-də "MüPA" ilə Bakıdakı qarşılaşmada qonaqlar qalib gəlib (0:1). İlk qola isə Finlandiya təmsilçisi ilə 14 gün sonrakı matçda (1:1, əlavə vaxtda) Bəxtiyar Musayev imza atıb.
1998-ci ildə "Neftçi"yə qayıtmış və dörd il bu komandada çıxış edərək gümüş (2000/01) və iki bürünc medal (1998/99, 1999/00), eləcə də iki ölkə kuboku (1998/99, 2001/02) qazanmışdır.
2003/04-cü illər mövsümündə "Şəmkir" və "Şəfa" klublarında oynamışdır. Növbəti mövsüm Lənkəranın "Xəzər" klubunda çıxış etmiş və çempionatın gümüş mükafatçısı olmuşdur. Karyerasının son mövsümündə yenidən "Neftçi"də oynamış və bürünc medal qazanmışdır.
Ümumilikdə Azərbaycan çempionatında 248 oyun keçirmiş, 42 qol vurmuşdur ki, bunun da 160-dan çox oyunu "Neftçi"nin payına düşür.
Azərbaycan milli futbol komandasında debütünü 4 iyun 1997-ci ildə Estoniyaya qarşı yoldaşlıq oyununda etmişdir. 1999–2000-ci illərdə komandanın əsas heyətinin daimi oyunçusu olmuş, 8 sentyabr 1999-cu ildə Macarıstana qarşı keçirilən bir oyunda isə milli komandanın kapitanı sarğısını daşımışdır. Ümumilikdə 1997–2002-ci illər ərzində milli komandada 20 oyun keçirmişdir (bunlardan 2-si qeyri-rəsmi olmuşdur). Son oyununu 20 fevral 2002-ci ildə Bolqarıstan klublarının yığmasına qarşı keçirmişdir.
Oyunçu karyerasını başa vurduqdan sonra bir neçə il "Neftçi"də seleksiyaçı məşqçi kimi çalışmışdır. O, "Neftçi"nin Avropa Liqasının qrup mərhələsinə yüksəldiyi vaxt klubun məşqçilər korpusunda yer almışdı. Musayevlə birgə klubun vitse-prezidenti Tahir Süleymanov da Braziliyaya səfər etmişdi və həmin ərəfələr "Neftçi" bununla yeni yanaşma tətbiq etmişdi. 2020-ci ildə klub rəhbərliyi ilə yaşanan münaqişədən sonra oradan ayrılmışdır. 2017-ci ilin əvvəlində birinci liqada çıxış edən "Zaqatala" klubunun idman direktoru təyin olunmuşdur. 12 yanvar 2018-ci ildə "Keşlə"də seleksiyaçı-məşqçi təyin edilmişdir.
19 may 2025-ci ildə Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə ölkə futbolunun əfsanələri arasında oyun keçirilib. Milli Gimnastika Arenasında baş tutan "Legends Cup"da "Neftçi 2000-lər" və "Premyer-liqa məşqçiləri" üz-üzə gəliblər. Musayev birinci komandanın heyətində çıxış edib. Əsas vaxtı 1:1 hesabıyla başa çatan oyunun qalibi penaltilər seriyasından sonra müəyyənləşib. Son zərbələrdə daha dəqiq olan "Premyer-liqa məşqçiləri" qələbə qazanıb.
15 avqust 2025-ci ildə Bəxtiyar Musayev AFFA-nın Texniki departamentin Skautlar şöbəsinə rəis təyin olunmuşdur. Musayev fəaliyyəti çərçivəsində 2025/26 mövsümünün ilin son turunda Biləsuvarda təşkil olunan oyunlarda iştirak etmişdir.
Uğurları Azərbaycan çempionu: 1992 Azərbaycan çempionatının gümüş mükafatçısı: 1996/97, 2000/01, 2004/05 Azərbaycan çempionatının bürünc mükafatçısı: 1994/95, 1998/99, 1999/00, 2005/06 Azərbaycan Kubokunun qalibi: 1994/95, 1998/99, 2001/02
İstinadlar
Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Bakı FK futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:MOİK Bakı FK futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Şəfa FK futbolçuları Kateqoriya:Şəmkir FK futbolçuları Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:Turan Tovuz PFK futbolçuları Kateqoriya:Xəzər-Lənkəran FK futbolçuları