Bendi — iki komanda arasında buz konkisi geyinərək böyük buz səthində, qapalı və ya açıq məkanda, çubuqlardan istifadə etməklə topu rəqib komandanın qapısına yönəltməyə çalışdığı qış idmanı və top oyunudur. Bendi bəzən buzüstü xokkeyin sələfi hesab olunur; hər iki idman növü xokkey adlandırılan idman ailəsinə daxildir.https://archive.org/details/oxfordcompaniont00arloNinh.co.uk: "The Rules of Bandy — EXPLAINED!" , retrieved 14 October 2017
Oyun səthi bendi meydançası adlanır və ölçüləri təxminən × təşkil edir. Bu, təxminən bir futbol meydançası ölçüsündədir və buzüstü xokkey üçün istifadə olunan adi buz meydançalarından xeyli böyükdür.
Bu idman növünün futbol, buzüstü xokkey, shinty və otüstü xokkeylə ortaq tarixi kökləri var. Bendinin mənşəyi mübahisəlidir, lakin ilk qaydaları 1882-ci ildə İngiltərədə sistemləşdirilərək nəşr edilmişdir.
Beynəlxalq səviyyədə həm kişilər, həm də qadınlar arasında bendidə ən güclü ölkələr uzun müddətdir İsveç və Rusiyadır.THE FIB ANNUAL CONGRESS WITH FOCUS ON THE FUTURE Bu idman növü Finlandiya, Norveç və Qazaxıstan da daxil olmaqla başqa ölkələrdə də təşkilatlanmış liqalara və azarkeşlərə malikdir. Kişilər üçün əsas beynəlxalq yarış Bendi üzrə dünya çempionatı, qadınlar üçün isə Qadınlar arasında bendi üzrə dünya çempionatıdır.
Təşkilatlanmış bendi XIX əsrin sonlarında yaranmışdır. 1955-ci ilin fevralından etibarən idman növü Beynəlxalq Bendi Federasiyası (FIB) tərəfindən idarə olunur. Həm ənənəvi 11 nəfərlik bendi, həm də daha kiçik meydançada oynanılan rink bendi tanınmış növlərdirBandyportföljen magazine, no. 4 2017/18, pp. 12–13
Tarix thumb|Pieter Bruegel the Elder|Brueghelin 1565-ci il tarixli The Hunters in the Snow əsərindən detal thumb|Charles Goodman Tebbutt 1889-cu ildə bendi çubuğu ilə
Mənşə Bu idman növünün ən qədim mənşəyi mübahisəlidir. Bir çox rus öz qədim soydaşlarını bu idman növünün yaradıcıları hesab edir ki, bu da bendinin qeyri-rəsmi "Rus xokkeyi" adında öz əksini tapır. Bununla yanaşı, Rusiya, İsveç, orta əsr İslandiyası, Niderland, İngiltərə və Uelsdə Bando (sport) kimi bendinin sələfi hesab edilə biləcək oyunlar mövcud olmuşdur
İdmanın ilk nəşr olunmuş, təşkilatlanmış qaydaları 1882-ci ildə Bury Fen Bandy Clubun üzvü Charles Goodman Tebbutt tərəfindən kodlaşdırılmışdır. Beynəlxalq federasiya 1955-ci ildə yaradılarkən rus və ingilis qaydaları arasında kompromis əldə edilmiş, nəticədə ingilis qaydaları daha çox üstünlük təşkil etmişdir.
Futbol İngiltərədə artıq populyar olduğundan, sistemləşdirilmiş bendi qaydaları futbol qaydalarının bir çox xüsusiyyətini mənimsəmişdir. Futbolda olduğu kimi, oyunlar adətən hər biri 45 dəqiqə olmaqla iki hissədən ibarət olur və hər tərəfdə 11 oyunçu çıxış edir.
İlk dövrlər
XIX əsr: idman növünün rəsmiləşdirilməsi Bendi buz üzərində konkisürmə idmanı kimi ilk dəfə İngiltərədə inkişaf etmişdir. O, Şərqi İngiltərənin The Fens bölgəsində qış idmanı kimi formalaşmışdır. Soyuq qışlarda su basmış çəmənliklərdə və dayaz ərazilərdə geniş buz sahələri yaranırdı. Bandinin erkən dövrə aid sənədləşdirilmiş modernləşmə mərhələsi 1813-cü ilə qədər gedib çixir.
thumb|right|Tarixi bendi topunun hazırlanmasının mərhələləri: soldakı ilkin mantardan qırmızı rəngə boyanmış son topa qədər; ən sağda isə müasir bendi topu
Bury Fen Bandy Clubun üzvləri 1882-ci ildə oyunun qaydalarını nəşr etdilər və onu digər Avropa ölkələrinə yaydılar. Buz üzərində konkisürmə ilə oynanılan müxtəlif çubuq və top oyunları 1800-cü illərdə Şimali Amerikaya gətirilsə də, təşkilatlanıb ümumi qaydalar sistemi formalaşdıra bilmədi. Bununla belə, həmin çubuq və top oyunları müasir buzüstü xokkeyin sələflərindən birinə çevrildi.
İlk beynəlxalq bendi oyunu 1891-ci ildə Bury Fen ilə Niderlandın Haarlemsche Hockey & Bandy Club klubu arasında keçirilmişdir. Elə həmin il İngiltərədə bu idman növünün idarəedici orqanı kimi National Bandy Associatio yaradılmışdır.
İlk milli bendi liqası Müasir tarixdə ilk milli bendi liqası 1902-ci ildə İsveçdə yaradılmışdır.
Bendi Nordic Games yarışlarında Bendi 1901, 1903, 1905, 1909, 1913, 1917, 1922 və 1926-cı illərdə keçirilən Nordic Games yarışlarının proqramına daxil edilmişdir.https://www-finbandy-fi.translate.goog/fi/yhteystiedot/the-finnish-bandy-federation-in-english/?_x_tr_sl=en&_x_tr_tl=tr&_x_tr_hl=tr&_x_tr_pto=tc
Bendi Qış Spartakiadasında Spartakiada 1920 və 1930-cu illərdə fəhlə idman klubları tərəfindən təşkil olunan beynəlxalq çoxnövlü idman yarışı idi. 1928-ci ildə Norveçin Oslo şəhərində keçirilən ilk Qış Spartakiadasında Norveç, Sovet İttifaqı və İsveç komandaları arasında bendi oynanılmışdır.https://worldbandy.com/fib-history/
1952-ci il Olimpiya Oyunlarında bendi Bendi 1952-ci il Oslo Olimpiadasında nümayiş idmanı kimi keçirilmişdir. Norveç, Finlandiya və İsveç iştirak etmişdir.https://worldbandy.com/fib-history/
Etimologiya Bu idman növünün ingiliscə adı olan bandy sözü "qarşılıqlı vurmaq" mənasını verən və orta fransız dili olan bander sözündən yaranan "to bandy" felindən götürülmüşdür. Əyri çubuq da "bandy" adlandırılırdı.
Bendinin köhnə adlarından biri hockey on the ice idi. XX əsrin əvvəllərindən etibarən buzüstü xokkeylə qarışıqlığın qarşısını almaq üçün adətən "bendi" termini üstün tutulmuşdur.
Bendi bir çox dillərdə "bandy" adı ilə tanınır. Rusiyada bu idman növü "Rus xokkeyi" və ya "topla xokkey" adlandırılır. Futbolla oxşarlıqlarına görə bendi "qış futbolu" kimi də tanınır.
Digər idman növləri ilə tarixi əlaqə
Bendi və futbol Futbol və "buz üzərində xokkey", yəni bendi təxminən 1900-cü illərdə Avropanın bəzi bölgələrində populyar idman növləri olduğundan, bendi futboldan güclü şəkildə təsirlənmiş və onun əsas qaydalarının bir çoxunu mənimsəmişdir: meydançanın təxminən eyni ölçüdə olması, hər komandada eyni sayda oyunçunun iştirak etməsi və oyun vaxtının 2×45 dəqiqə təşkil etməsi. Buna görə bendinin "qış futbolu" ləqəbini alması təbiidir.
İdman klublarının həm bendi, həm də futbol bölməsinə malik olması və idmançıların ilin müxtəlif vaxtlarında hər iki idman növü ilə məşğul olması geniş yayılmışdı. Buna İngiltərədəki Nottingham Forest Football and Bandy Club — hazırda sadəcə Nottingham Forest F. C. — və bendi bölməsi olan Norveçin Strømsgodset IF və Mjøndalen IF klubları nümunədir.
İsveçdə XX əsrin birinci yarısında fəaliyyət göstərən futbol klublarının əksəriyyəti bendi də oynayırdı. İsveçli Orvar Bergmark 1950-ci illərdə hər iki idman növü üzrə dünya çempionatlarında gümüş medal qazanmışdır. Sonralar hər bir idman növünün mövsümü daha uzun çəkdiyindən oyunçuların hər ikisində iştirak etməsi çətinləşdi və bəzi klublar yalnız birinə üstünlük verməyə başladı. Bir çox köhnə klubun proqramında hələ də hər iki idman növü var. Sten-Ove Ramberg hər iki İsveç milli komandasında çıxış etmiş son kişi oyunçudur: 1978-ci ildə bendi, 1979–1984-cü illərdə isə futbol üzrə.
Bendi və buzüstü xokkey 1920-ci illərə qədər bendi və buzüstü xokkey arasında aydın fərq qoyulmurdu. Bendi müəyyən mənada buzüstü xokkeyin sələfi hesab oluna bilər və xüsusilə Avropa və keçmiş Sovet ölkələrində buzüstü xokkeyin inkişafına və tarixinə təsir göstərmişdir. Müasir buzüstü xokkey Kanadada yaransa da, Britaniya əsgərlərinin XIX əsrin sonlarında bendini gətirməsindən sonra Kanadada əvvəlcə bendiyə daha çox bənzəyən müxtəlif oyunlar oynanılırdı.
Müasir buzüstü xokkey qaydalarının Britaniya Şimali Amerikasında, yəni müasir Kanadada formalaşdırıldığı dövrdə Avropada da bendi qaydaları müəyyənləşdirilirdi. Son nəticədə ingilis və rus bendi qaydalarının qarışığından ibarət sistem yarandı. Futboldan təsirlənmiş ingilis qaydaları üstünlük təşkil etdi; rus qaydalarından isə meydançanın iki uzun kənarı boyunca aşağı bortların olması qəbul edildi və bu xüsusiyyət 1950-ci illərdən etibarən qorunub saxlanılmışdır.
Kanadalılar XX əsrin əvvəllərində buzüstü xokkeyi Avropaya gətirməzdən əvvəl "xokkey" bendinin digər adı idi və Rusiyanın, eləcə də Qazaxıstanın bəzi bölgələrində bu istifadə indi də qalmaqdadır.
Bendi və buzüstü xokkey XX əsr boyunca Avropada, xüsusilə İsveç, Finlandiya və Norveçdə oynanılırdı. Buzüstü xokkey Avropanın əksər hissəsində bendidən daha populyarlaşdı, əsasən də Olimpiya idman növü olduğu halda bendinin olmaması səbəbindən. Bendi oynamış bir çox avropalı idmançı 1920-ci illərdə Olimpiadada iştirak etmək üçün buzüstü xokkeyə keçmişdi.
Buzüstü xokkey üçün tələb olunan daha kiçik buz sahələri, xüsusilə qışı qısa olan ölkələrdə meydançaların saxlanmasını asanlaşdırırdı. Digər tərəfdən, buzüstü xokkey Sovet İttifaqında 1950-ci illərə qədər oynanılmamışdır; həmin dövrdə Sovet İttifaqı beynəlxalq səviyyədə rəqabət aparmaq istəyirdi. Daha axıcı və fiziki təmasın az olduğu tipik Avropa buzüstü xokkey üslubu bendinin irsini əks etdirir.
Müasir inkişaf thumb|GAIS bendi komandası 2012-ci ildə künc zərbəsi zamanı qapısını qorumağa hazırlaşır
Dünya çempionatları və Rusiyanın nəticələri thumb|Bendi piktoqramı
1950-ci illərdən, Sovet İttifaqı təcrid vəziyyətinə son qoyaraq beynəlxalq idman yarışlarında iştirak etməyə başladıqdan sonra, dünya çempionatlarının keçirilməsi üçün şərait yarandı. Beynəlxalq Bendi Federasiyası 1955-ci ildə yaradıldı və ilk dünya çempionatı 1957-ci ildə keçirildi. Sovet İttifaqı, daha sonra isə 1993-cü ildən onun varisi kimi Rusiya, İsveçlə birlikdə bendidə demək olar ki, davamlı olaraq aparıcı mövqedə olmuşdur. Finlandiya isə 2004-cü ildə bir dəfə dünya çempionu olmuşdur.
Eyni şəkildə, Rusiya İsveçlə birlikdə Qadınlar arasında bendi üzrə dünya çempionatında beynəlxalq səviyyədə dominant olan iki əsas qadın bendi ölkəsindən birinə çevrilmişdir.
Qadın bendisi Qadın bendisində kişilərlə eyni qaydalar tətbiq edilir, lakin qadınlar üçün yarışlar ayrıca keçirilir. Qadınlar bu idman növünün ilk inkişaf dövründən bəri bendi oynayırlar. XIX əsrin əvvəllərində qadın komandaları üçün bendi liqalarının təşkili ilə bağlı bir neçə cəhd olmuşdur, lakin müntəzəm liqalar yalnız 1970-ci illərdə İsveç və Finlandiyada, daha sonra isə 1980-ci illərdə Norveç və Sovet İttifaqında yaranmışdır.
Ən yüksək hündürlük Bendinin oynandığı ən yüksək yer Tacikistanın Dağlıq Bədəxşan muxtar vilayətinin paytaxtı Xoroq şəhəridir. Xoroq Pamir dağlarında dəniz səviyyəsindən yüksəklikdə yerləşir.
Bendinin qapalı arenalara keçidi 1980-ci illərdən başlayaraq və xüsusilə XXI əsrin əvvəllərindən etibarən bendi üçün getdikcə daha çox qapalı arena inşa edilmişdir. Bu arenalar çox vaxt futbol və ya sürətli konkisürmə üçün də istifadə olunan ümumi komplekslər olur. Qapalı arenaların istifadəsi hava şəraitinin oyuna təsirini demək olar ki, əhəmiyyətsiz edir; halbuki əvvəllər bu, komandalar və tamaşaçılar üçün həmişə nəzərə alınmalı amil idi.
Bununla belə, bəzi digər idman növlərindən fərqli olaraq, bendi qapalı və açıq məkanda eyni qaydalarla oynanılır və damın olub-olmamasına görə qaydalarda dəyişiklik edilmir. Ən yüksək liqalarda belə bir çox oyun hələ də açıq havada keçirilir. İsveçdə bütün digər ölkələrin birlikdə malik olduğundan daha çox qapalı bendi arenası var.
Ümumi baxış thumb|2006-cı ilin dekabrında İsveçdə açıq havada keçirilən bendi oyunundan görünüş
Bendi buz üzərində bir ədəd dairəvi bendi topu ilə oynanılır. Hər biri 11 oyunçudan ibarət iki komanda bendi çubuqlarından istifadə edərək topu rəqib qapısına vurmağa və bununla qol vurmağa çalışır. Oyunun sonunda daha çox qol vuran komanda qalib olur. Hər iki komanda eyni sayda qol vurduqda isə bəzi istisnalarla oyun heç-heçə hesab olunur. Oyun futbol meydançası ilə eyni ölçüdə olan və bendi meydançası adlandırılan düzbucaqlı buz səthində oynanmaq üçün nəzərdə tutulmuşdur.
Tipik oyunda oyunçular topa fərdi nəzarət etməklə, məsələn driblinq edərək, topu komanda yoldaşına ötürərək və ya rəqib qapıçının qoruduğu qapıya zərbə vuraraq topu rəqib qapısına yönəltməyə çalışırlar. Rəqib oyunçular ötürmələri kəsməklə və ya topa nəzarət edən rəqibə müdaxilə etməklə topu geri qaytarmağa çalışa bilərlər. Lakin rəqiblər arasında fiziki təmas məhduddur.