Kaia Kanepi — estoniyalı peşəkar qadın tennisçidir. 30 iyul 2007-ci ildə dünya sıralamasında 40-cı pilləyə yüksəlmişdir.
Həyatı və ilk illəri Kaia Kanepi 10 iyun 1985-ci ildə Haapsalu şəhərində, həmin dövrdə Estoniya SSR ərazisində anadan olmuşdur. Atası Jaak daşınmaz əmlak brokeri, anası Anne isə evdar qadın olmuşdur. Valideynləri tennis ilə məşğul olublar. Onun Kadri və Karin adlı iki bacısı var. Kadri ABŞ-də tennis təqaüdü qazanaraq təhsil almış, Karin isə atçılıqla məşğul olmuşdur.
Kanepi uşaqlıq yaşlarından ailə üzvlərinin tennis oynamasını izləyib və bu idmana maraq göstərib. O, səkkiz yaşında tennis oynamağa başlamışdır. Ailəsi onun peşəkar tennisçi olmaq istəyini daim dəstəkləmişdir.
Peşəkar karyerasına başlamazdan əvvəl Kanepi Beynəlxalq Tennis Federasiyasının (ITF) yeniyetmələr üzrə dünya reytinqində birinci pilləyə yüksəlmişdir. O, 1999-cu ildə peşəkar tennisə keçmişdir.
İstinadlar
Kateqoriya:Yaşayan insanlar