Mamadu Kane () — Azərbaycan Premyer Liqasının "Araz-Naxçıvan" klubunda yarımmüdafiəçi kimi çıxış edən Qvineya peşəkar futbolçusu.
Klub karyerası
Neftçi Kane karyerasına "Qanqan" klubunda başlamış, 1 yanvar 2019-cu il tarixində isə Azərbaycan Premyer Liqasında mübarizə aparan "Neftçi" klubu ilə müqavilə imzalamışdır. O, "Neftçi" heyətində peşəkar debütünü 3 fevral 2019-cu il tarixində "Qarabağ" klubuna qarşı keçirilən və 1:0 hesabı ilə qələbə qazanılan liqa oyununda etmişdir. Kane 2019/2020 mövsümündə "Neftçi"dəki uğurlu çıxışına görə Qana futbolçusu Maykl Esyen tərəfindən Azərbaycanda ilin futbolçusu seçilmişdir.
Olimpiakos 28 avqust 2021-ci il tarixində "Olimpiakos" təxminən 300 000 avro transfer məbləği müqabilində Mamadou Kane ilə 5 illik müqavilə imzaladığını rəsmən elan etmişdir.
Neftçiyə icarə 29 avqust 2021-ci il tarixində "Olimpiakos" Kaneni bir mövsümlük "Neftçi" klubuna icarəyə vermişdir.
Olimpiakosa qayıdış 26 yanvar 2022-ci il tarixində Kane "Neftçi" klubundan ayrılaraq yenidən "Olimpiakos"a qayıtmışdır.
Pafos 23 avqust 2022-ci il tarixində Kane birillik icarə əsasında Kiprin "Pafos" klubuna qoşulmuşdur. 13 iyul 2023-cü il tarixində "Pafos" klubu Kane ilə üçillik tam hüquqlu müqavilə imzalandığını elan etmişdir.
Araz-Naxçıvan 23 iyul 2026-cı il tarixində Azərbaycan Premyer Liqası təmsilçisi "Araz-Naxçıvan" klubu Kane ilə birillik müqavilə bağlandığını elan etmişdir.
İstinadlar
Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Kipr Birinci Diviziyası futbolçuları Kateqoriya:Kiprdə legioner futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Olimpiakos FK futbolçuları Kateqoriya:Qvineya futbolçuları Kateqoriya:Rusiya Milli Futbol Liqası futbolçuları Kateqoriya:Rusiyada legioner futbolçular Kateqoriya:Yunanıstanda legioner futbolçular