Vüsal Nuru (Vüsal Quliyev) — Azərbaycan yazıçısı, ssenaristi, rejissoru və publisistidir. O, müasir Azərbaycan ədəbiyyatında fantastika, mistika, psixoloji roman və tarixi mövzulu əsərlərin müəllifi kimi tanınır.
Həyatı Vüsal Quliyev 7 iyul 1981-ci ildə Ağdam şəhərində anadan olmuşdur.
Orta təhsilini Bakı şəhərində bitirmişdir.
Ali təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində almışdır. Təhsil illərində kino və televiziya sahəsinə maraq göstərmiş, sonrakı fəaliyyətində yazıçılıqla yanaşı ssenarist və rejissor kimi də çalışmışdır.
Orta məktəb illərdən etibarən bədii yaradıcılıqla məşğul olmuş, müxtəlif mətbuat orqanlarında hekayələri, esseləri, publisistik yazıları və müsahibələri dərc edilmişdir.
Ədəbi fəaliyyəti Vüsal Nurunun ilk şeir, hekayə, esse və publisistik yazıları 2000-ci illərdən etibarən Azərbaycan dövri mətbuatında dərc edilmişdir. Sonrakı illərdə əsasən roman janrında fəaliyyət göstərmiş, müxtəlif mövzuları əhatə edən bədii əsərlərin müəllifi kimi tanınmışdır.
Yazıçının yaradıcılığı əsasən psixoloji nəsr, mistika, fantastika, tarixi mövzular, müharibə mövzulu romanları və hekayələri, esseləri əhatə edir. Əsərlərində Azərbaycan-Türk mifologiyası, folkloru, milli yaddaş, insan psixologiyası və mənəvi dəyərlərlə bağlı motivlər geniş yer tutur.
Ədəbi tənqidçi Mətanət Vahid Vüsal Nurunun yaradıcılığını təhlil edərək onun romanlarında klassik realist nəsrlə yanaşı mistik və fantastik elementlərin sintezindən istifadə olunduğunu, müəllifin bədii eksperimentlərə üstünlük verdiyini qeyd etmişdir.
Vüsal Nurunun əsərləri haqqında müxtəlif mətbuat orqanlarında resenziyalar və tənqidi məqalələr dərc olunmuşdur. Onun yaradıcılığı "Ədəbiyyat qəzeti", "525-ci qəzet", "Kulis.az", "AZƏRTAC" və digər mətbuat orqanlarında işıqlandırılmışdır.
2008-ci ildə yaradılmış "Turan" Ədəbi Birliyinin yaradıcısı olmuşdur. Birliyin fəaliyyəti çərçivəsində kitab təqdimatları, ədəbi müzakirələr və oxucu görüşləri təşkil edilmişdir.
2014–2018-ci illərdə "Ulduz" jurnalında nəsr və poeziya şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2018-ci ildən "Azərbaycan" jurnalın məsul katibi vəzifəsində çalışır.
Əsərləri Vüsal Nuru müxtəlif janrlarda bədii əsərlərin müəllifidir. Yaradıcılığında roman janrı üstünlük təşkil edir. Əsərlərində psixoloji nəsr, mistika, fantastika, tarixi mövzular və Qarabağ müharibəsi ilə bağlı motivlər geniş yer tutur.
Romanları İl Əsər Qeyd2011Eybəcərlər adasıPsixoloji-fantastik roman.2012999Fantastik roman.2014Prezidentin qızıFantastik-triller roman.2015DorantağTarixi-fantastik roman. Əsər Azərbaycan Yazıçılar Birliyinin "Müzakirə klubu" layihəsində müzakirə edilmişdir.2020QaraqaşlıQarabağ müharibəsinə həsr olunmuş romandır.2022İlğımda çimən atlarAntiutopiya roman.2023Çəhrayı buludun adamlarıFantastik-kuryoz roman.2025Ölü yuxusuQotik roman.
Digər kitabları Yağış damlasıyam (ilk şeirlər və hekayələr, 2007).
Xarici ölkələrdə nəşrləri Vüsal Nurunun bəzi əsərləri Türkiyədə də nəşr olunmuşdur. Onun "Qaraqaşlı" romanı Türkiyə nəşriyyatlarından biri tərəfindən Karakaşlı adı ilə türk dilində nəşr edilmişdir.
Televiziya və kino fəaliyyəti Vüsal Nuru televiziya və kino sahəsində ssenarist və rejissor kimi fəaliyyət göstərmişdir. Müxtəlif illərdə Azərbaycan televiziya kanalları üçün bədii serialların ssenarilərini yazmış, sənədli filmlər və layihələri hazırlamışdır.
Televiziya serialları İl Serial Vəzifəsi Televiziya kanalı2012Qaranlıqlar çiçəyiSsenari müəllifiİTV2012MəhkumlarSsenari müəllifiATV2013Tək olanda qorxmaHəmmüəllifSpace TV2015BoyunbağıSsenari müəllifiXəzər TV2016Günəşim olSsenari müəllifiATV
Sənədli filmlər İl Film Vəzifəsi2017Xocalı günüRejissor2023Bir ömrün adamı – Gülxani PənahSsenari müəllifi və rejissor
"Vətən daşı" layihəsi Azərbaycan respublikası Mədəniyyət nazirliyi yanında "Respublika Xatirə Kitabı" ilə birgə layihə. Layihə çərçivəsində 8 şəhid haqqında çəkilmiş filmlər regionların mədəniyyət və Heydər Əliyev adına mərkəzlərində və Bakı, Nizami Kino mərkəsində nümaiş etdirilmmişdir.
2021-ci ildən etibarən Vüsal Nuru Vətən müharibəsi şəhidlərinin və qazilərinin həyatından bəhs edən "Vətən daşı" sənədli film layihəsinin müəllifi və rejissoru olmuşdur.
Layihə çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin şəhid hərbi qulluqçularına və müharibə iştirakçılarına həsr olunmuş çoxsaylı sənədli filmlər hazırlanmışdır.
Televiziya fəaliyyəti Vüsal Nuru müxtəlif dövrlərdə televiziya layihələrinin hazırlanmasında ssenarist, yaradıcı redaktor və rejissor kimi iştirak etmişdir. Onun müəllifi olduğu ssenarilərinə çəkilmiş seriallar və bədii film Azərbaycan televiziya kanallarında nümayiş etdirilmişdir.
Jurnalistika fəaliyyəti Vüsal Nuru müxtəlif illərdə Azərbaycan mətbuatında publisist və köşə yazarı kimi fəaliyyət göstərmişdir. Onun məqalələri, esseləri, ədəbi-tənqidi yazıları və müsahibələri "525-ci qəzet", "Ədəbiyyat qəzeti", "Kulis.az", "Mir.az", "Ovqat.com" və digər mətbuat orqanlarında dərc olunmuşdur.
Publisistik yazılarında ədəbiyyat, mədəniyyət, müharibə, tarixi yaddaş və cəmiyyət mövzularına müraciət etmişdir.
İctimai fəaliyyəti 2008-ci ildə yaradılmış "Turan" Ədəbi Birliyinin yaradıcılarından biri olmuşdur. Birliyin fəaliyyəti çərçivəsində gənc yazarların yaradıcılığının təşviqi, kitab təqdimatları və ədəbi müzakirələrin təşkili istiqamətində fəaliyyət göstərmişdir.
2014–2018-ci illərdə "Ulduz" jurnalında nəsr və poeziya şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2018-ci ildən "Azərbaycan" jurnalının məsul katibi vəzifəsində çalışır. JURNALLAR
Üzvlüyü Azərbaycan Yazıçılar Birliyinin üzvü. Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Yeni Azərbaycan Partiyasının üzvü.
Mükafat və təltifləri Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür. II Beynəlxal Mahmud Kaşğari hekayə müsabiqəsinin II yer qalibi "Mətbuatın 150 illik" yubiley medalına layiq görülmüşdür.
Yaradıcılığı haqqında Vüsal Nurunun yaradıcılığı Azərbaycan ədəbi tənqidində müxtəlif məqalə və resenziyaların mövzusu olmuşdur. Onun əsərləri haqqında "Ədəbiyyat qəzeti", "525-ci qəzet", "Kulis.az", Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları tənqidçi Nərgiz Cabbarlı, tənqidlçi Lalə Həsənova, tənqidçi Vaqif Yusifli və digər müəlliflər tərəfindən təhlillər dərc edilmişdir.
İstinadlar
Xarici keçidlər AMEA — Vüsal Nuru 1000Kitap profili Zengin Yayıncılık Mir.az müəllif səhifəsi