A qrupu streptokok infeksiyası — Streptekokkus piogen bakteriyasının törətdiyi müxtəlif infeksiyalardır. Piogen beta-hemolitik, qram-müsbət bakteriya növüdür və əsasən geniş yayılmış, nisbətən yüngül gedişə malik olan çoxsaylı infeksiyalara səbəb olur. Bakteriya qan dövranına daxil olduqda isə infeksiya ağırlaşaraq həyati təhlükə yarada bilər. Bu vəziyyət invaziv A qrupu streptokok infeksiyası (iQAS) adlanır. QAS infeksiyası selik ifrazatı və ya dəridəki yaralarla birbaşa təmas nəticəsində yayıla bilər. A qrupu streptokok infeksiyaları hər il 500 000-dən çox insanın ölümünə səbəb olur. A qrupu streptokok infeksiyalarının müalicəsində antibiotiklərdən istifadə olunmasına baxmayaraq, xüsusilə Afrika qitəsində invaziv QAS (iQAS) halları getdikcə daha ciddi problemə çevrilir.

Streptococcus cinsinə aid çoxlu digər növlər də mövcuddur. Bunlara B qrupu streptokoku olan Streptokokkus aqalaktia və Streptokokkus pnevmonia daxildir ki, onlar da müxtəlif növ infeksiyalara səbəb olurlar.

M zülalı, hemolizinlər və hüceyrədənkənar fermentlər kimi bir sıra virulentlik amilləriQAS-ın patogenezində mühüm rol oynayır. Kateqoriya:Streptokok infeksiyaları