Cüneyd xan əsl adı Məhəmməd Qurban Sərdar (; ) — türkmən tayfa başçısı, Mərkəzi Asiyada Basmaçı hərəkatının lideri. O, əvvəlcə Xivə xanlığında Silahlı Qüvvələrin komandanı, daha sonra isə Xivə xanlığının de-fakto və sonuncu hökmdarı olmuşdur.
Türkmənlərin Yomut tayfasında doğulan Məhəmməd Qurban tayfa başçısı Hacıbəyin oğlu idi və atasının ölümündən sonra tayfanın rəhbərliyini öz üzərinə götürmüşdü. 1912–1916-cı illərin türkmən üsyanları zamanı böyük nüfuz qazanan Cüneydə, böyüyən türkmən təhlükəsini azaltmağa çalışan o zamankı Xivə xanı İsfəndiyar xan tərəfindən xanlıq daxilində nəhəng səlahiyyətlər verilmişdi. Lakin qısa müddət sonra Cüneyd İsfəndiyar xanın qətlini təşkil etdi və sonradan öldürülən xanın əmisi Səid Abdulla xanı oyuncaq bir hökmdar kimi taxta çıxardı. Özü isə xanlığın real sahibinə çevrildi.
Sonda yeni bir üsyana səbəb olan səmərəsiz siyasətindən narazı qalan digər türkmən tayfalarının bir sıra nüfuzlu liderləri və özbək əhalisi Oktyabr inqilabından sonra Rusiya Türkistanında möhkəmlənən bolşeviklərə müraciət etdilər. 1919-cu ildə bolşeviklər üsyançılara kömək etmək bəhanəsi ilə xanlığa hücum etdilər və tezliklə onun paytaxtı Xivəni ələ keçirdilər. Cüneyd qoşunlarının qalıqları ilə birlikdə Qaraqum səhrasına qaçdı. Oradan yeni yaranan Sovet hökumətinə qarşı fəal müqavimət təşkil etdi. 1920-1930-cu illərdə bölgədə sovet işğalına qarşı müqavimət göstərən Basmaçı hərəkatının liderlərindən biri oldu.
Həyatı Məhəmməd Qurban Sərdar 1857-ci ildə, digər məlumatlara görə isə 1862-ci ildə anadan olub. Atası Xoca bəy türkmənlərin yomut tayfasının nüfuzlu və varlı şəxslərindən biri idi. Məhəmməd Qurbanın özü də böyük nüfuza malik idi ki, bu da ona əvvəlcə aulun (kəndin) qazısı (hakimi), daha sonra isə su paylayıcısı (mirab) olmağa imkan verdi.
1912-ci ilin əvvəlində Qaraqum səhrasında bir dəstəyə rəhbərlik edərək "sərdar" (fars dilindən «سردار» — «başçı, rəhbər, rəis») ləqəbini aldı. 1912—1913-cü illərdə Xivə xanı İsfəndiyar xan Taxta rayonunun türkmənlərinə qarşı cəza yürüşünə başlayanda, Cüneyd xan müqavimətin rəhbərlərindən biri oldu. Bunun qisasını almaq üçün o, Daşoğuz və İlyali bəyliklərindəki özbək qışlaqlarını qarət etdi.
Xivədə hakimiyyəti ələ keçirməsi
1917-ci ilin sentyabrında, islahatların və xanın hakimiyyətinin məhdudlaşdırılmasının tərəfdarı olan gənc xivəlilər hökuməti devrildikdən sonra Məhəmməd Qurban Sərdar Xivəyə gəlir. Əvvəllər bir-biri ilə düşmənçilik edən türkmən tayfalarını birləşdirərək və Rusiya Müvəqqəti höküməti tərəfindən Xivəyə göndərilən dəstənin rəhbəri, polkovnik İvan Zaytsev ilə yaxın münasibətlər quraraq xanlığın ən nüfuzlu şəxslərindən birinə çevrilir.Rafis Abazov, "Historical Dictionary of Turkmenistan", The Spacecrow Press, Inc, 2005
1918-ci ilin yanvarında Xivə hökmdarı İsfəndiyar xan Məhəmməd Qurbana "sərdar-i kərim" («alicənab rəis») titulunu verərək onu xanlığın silahlı qüvvələrinin komandanı təyin edir. Zaytsevin dəstəsi Daşkəndi bolşeviklərdən və sol eserlərdən geri almaq üçün Xivəni tərk etdikdən sonra, Cüneyd xanın təxminən 1600 süvaridən ibarət dəstəsi xanlığın əsas hərbi qüvvəsinə çevrilir.
1918-ci ilin sentyabr ayının ortalarına qədər Xivə xanlığındakı əsas düşmənlərini — türkmən başçıları Qoşməmməd xan, Qulaməli və Şamurad baxşını darmadağın edib qovaraq, Məhəmməd Qurban faktiki olaraq Xivənin hökmdarı olur.
1918-ci ilin martında Cüneyd xanın oğlu Eşi xan, atasının əmri ilə İsfəndiyar xanın Nurillabay sarayında qətlini təşkil edir, taxta isə öldürülən xanın əmisi Seyid Abdulla xan keçir. Bununla da Məhəmməd Qurban, nominal olaraq hökmranlıq edən Seyid Abdulla xanı tamamilə kölgədə qoyaraq Xivə xanlığının faktiki olaraq təkbaşına xanına çevrilir.
Türküstanda sovet hakimiyyətinə qarşı birinci müharibə 280px|thumb|left|Türküstan Mərkəzi İcraiyyə Komitəsinin fövqəladə missiyasının 1919-cu ilin aprelində Cüneyd xanla sülh danışıqları. Birinci sırada soldan dördüncü Cüneyd xandır Bununla eyni vaxtda Cüneyd xan Türküstan Muxtar Sovet Sosialist Respublikasına qarşı müharibəyə hazırlaşır. Sentyabrın 20-də o, verdiyi vədlərin əksinə olaraq, Ürgənc şəhərini ələ keçirib qarət edir və orada rus fəhlə-qulluqçularından ibarət 50 ailəni həbs edir. Sırdərya vilayətinin Amudərya şöbəsinin mərkəzi olan Petroaleksandrovsk (indiki Turtkul) şəhərinin Sovet İcraiyyə Komitəsi həbs olunanların azad edilməsini və qarət olunmuş əmlakın qaytarılmasını tələb edir. Sentyabrın 30-da, müharibə hazırlıqlarını hələ tam başa çatdırmayan Cüneyd xan, qəsb edilmiş əmlakı qaytarmadan həbs olunanları azad edir.
Noyabrın 24-də Cüneyd xan 4000-ə qədər süvari və 6000 nəfər "olçun" (qənimətçi) toplamağı bacararaq Petroaleksandrovsku mühasirəyə alır. Mühasirə 11 gün davam edir. Dekabrın 3-də 7 hücumu dəf edən şəhər müdafiəçiləri Çarconun köməyi ilə (180 dəmiryolu fəhləsi və 90 beynəlmiləlçidən ibarət dəstələr) əks-hücuma keçirlər. Cüneyd xanın qoşunları Şabbaza (indiki Türkmənabad) tərəf geri çəkilir. Mühasirə və geriçəkilmə zamanı onlar təkcə ölənlərlə 1 700 nəfər itki verirlər.
Eyni zamanda, Xivə dəstələri çar ordusunun ştabs-kapitanı, sol eser V.P.Konoplyovun kazak yüzlüklərinin köməyi ilə Amudərya şöbəsinin Çimbay və Nukus şəhərlərini (indiki Özbəkistanın tərkibindəki Qaraqalpaqıstan Respublikasının şəhərləri) ələ keçirməyə müvəffəq olurlar. Xivəlilər və kazaklar birgə səylərlə qırmızıorduçuların hücumunu dayandıra bilsələr də, bu, müvəqqəti xarakter daşıyır.
Məhəmməd Qurbanın uğursuz müharibəsindən narazı qalan türkmən qurbaşıları (dəstə rəhbərləri) onu tərk etməyə başlayırlar. Üstəlik, onun köhnə düşməni Qoşməmməd xan da geri qayıdır, mübarizəni yenidən alovlandırır və Sovet hakimiyyətinin dəstəyini qazanır. Bundan sonra Cüneyd xan müharibəni dayandırmaq qərarına gəlir.
4 aprel 1919-cu ildə Taxta (indiki Göroğlu) qalasındakı qərargahında aparılan ikigünlük danışıqlardan sonra Məhəmməd Qurban sülh müqaviləsi imzalayır. May ayında bu müqavilə Xivə xanı Səyid Abdulla xan və Türküstan Mərkəzi İcraiyyə Komitəsi (TürCİK) tərəfindən ratifikasiya olunur. Müqaviləyə əsasən, tərəflər hərbi əməliyyatları dayandırır, Türküstan hökuməti isə Xivənin müstəqilliyini tanıyırdı.
Sovet hakimiyyətinə qarşı ikinci müharibə Sülh müqaviləsinə baxmayaraq, Cüneyd xan Türküstandakı sovet hakimiyyəti ilə müharibəni dayandırmaq fikrində deyildi. 1919-cu ilin iyununda o, Amudərya şöbəsində sovet əleyhinə üsyan qaldırmış Ural kazaklarına və qaraqalpaqlara hərbi yardım göstərdi. Zair kazaklarının atamanı Filçev, dəstəsi basmaçıların dəstəyi ilə Amudərya şöbəsinin bütün şimal hissəsini — Çimbay, Nukus, Zair və Muynak adasını ələ keçirmişdi, dərhal Xivə tərəfindən tanınan bir hökumət qurdu.
1919-cu ilin sentyabrında Cüneyd xan Aleksandr Kolçak hökuməti ilə birbaşa əlaqə yaradır. Məhəmməd Qurban Amudərya şöbəsini tamamilə ələ keçirmək məqsədilə Buxara əmiri və Filçevlə birgə yürüş hazırlamağa başlayır. 1919-cu ilin oktyabrında polkovnik Xudyakovun rəhbərliyi altında kolçakçıların hərbi missiyası Xivəyə çatır. Cüneyd xanın köməyinə özləri ilə birlikdə 1 500 ədəd üçxəttli tüfəng, bir sürətliatıcı top, 500 mərmi, 9 pulemyot və 1 milyondan çox patron gətirən 130 kazak və 8 zabit gəlir. 1919-cu ilin noyabrına qədər Cüneyd xan azı 15 min silahlı süvari toplamağa nail olur ki, onlara ataman Filçev və qurbaşı Xan-Məsumun dəstələri də qoşulmalı idi.
1919-cu ilin noyabr ayının əvvəlində Filçev və Xan-Məsumun dəstələri xivəlilərin dəstəyi ilə Nukusu ələ keçirirlər. Eyni vaxtda Cüneyd xan Amudəryanın sol sahilində, Petroaleksandrovska hücum etmək üçün çayın sağ sahilinə keçməyə hazır olan 1000 süvarilik dəstə cəmləşdirir. Həmin vaxt bəzi türkmən qəbilə başçıları Cüneyd xana qarşı mübarizəni yenidən başladırlar, Xivədə isə radikal gənc xivəlilər tərəfindən təşkil olunmuş üsyan baş qaldırır. Lakin üsyan tezliklə yatırılır. 25 dekabrda Amudərya qrupu qoşunlarının Cənub dəstəsi atəş altında Amudəryanı keçərək Ürgənci tutur. İki günlük döyüşlərdən sonra şəhəri geri qaytara bilməyən və böyük itkilər verən Cüneyd xanın qoşunları geri çəkilir. Eyni zamanda Şimal dəstəsi Nukus rayonunda uğurlu hücuma başlayır. Qırmızı Ordu Ürgənci tutduqdan dərhal sonra 500 türkmən süvarisindən ibarət dəstəsi ilə onlara qoşulan Qoşməmməd xan da kömək edir. Bundan əlavə, Qoşməmməd xan Yaqşı-Gəldi, Şamurad baxşı və digər nüfuzlu rəhbərlər başda olmaqla 8 türkmən nəslini bolşeviklərin tərəfinə çəkməyi bacarır. Sonradan, ilkin olaraq gözləmə mövqeyi tutan Qulam-Əli də onlara qoşulur.
14 yanvar 1920-ci ildə Şimal dəstəsi Porsu şəhərini ələ keçirir. Yanvarın 16-da İlyalı, 18-də isə Daşoğuz tutulur. Eyni vaxtda Cənub dəstəsi Qazavat rayonunda Cüneyd xanın böyük bir dəstəsini darmadağın edərək 23 yanvarda Bədirkəndi tutur. 1 fevral 1920-ci ildə Səyid Abdulla xan taxtdan imtina edir və Xivəni Qırmızı Ordu dəstələrinə təslim edir. Məhəmməd-Qurban isə Konurat şəhərinə qaçır.
Bir sıra uğursuzluqlardan sonra Cüneyd xanın kazaklar və qaraqalpaqlardan ibarət müttəfiqləri Sovet hakimiyyəti ilə danışıqlara gedirlər və bu danışıqlar 9 fevral 1920-ci ildə sülh müqaviləsinin bağlanması ilə nəticələnir. Cüneyd xan qəti məğlubiyyətini 29 fevralda Batır-Kənd yaxınlığındakı döyüşdə alır. Onun dəstəsi qismən məhv edilir, qismən isə dağıdılır, xan özü isə Qaraqum səhrasına qaçır.Б. Джабаров. Генерал Сабир Рахимов (материалы к биографии) // Материалы по истории Узбекистана. Т., 1963, с.43
Mühacirətə getməsi, Basmaçı hərəkatının lideri 250px|thumb|right|Qaraqum səhrasında Cüneyd xanın dəstələrinin qalıqlarını məhv etmək əməliyyatı. May-iyun 1928 1920-ci ilin sentyabrında Cüneyd xan 1 mindən çox nəfərdən ibarət dəstə toplayaraq Xarəzm Xalq Sovet Respublikasının ərazisinə soxulur, dərhal Konuratı ələ keçirir və Nukusu mühasirəyə alır. 1921-ci ilin noyabrında Cüneyd xan Xarəzm XSR hökuməti ilə "birlik sazişi" imzalayır. Lakin artıq 1922-ci ilin aprelində Porsu şəhərini ələ keçirərək yenidən müharibəyə başlayır. Tezliklə Cüneyd xanın basmaçıları arasında narazılıq və parçalanma baş verir. Mayın 15-də Məhəmməd Qurbanın döyüşçülərinin bir hissəsi 3-cü sərhəd alayının qərargahı ilə danışıqlara başlayır, mayın 16-da isə 150 basmaçı Qarasaç məntəqəsində sovet hakimiyyətinə təslim olur. Bundan sonra ilkin min nəfərlik qüvvədən Cüneyd xanın yanında cəmi 120 süvari qalır. Məhəmməd Qurban İrana qaçmaq məcburiyyətində qalır.Ali Bademci, 1917-1934 Türkistan Milli İstiklal Hareketi Korbaşılar Ve Enver Paşa, Ötüken Yayınları, İstanbul 2008 p.412
1923-cü ilin dekabrında Cüneyd xan yenidən Xarəzm Xalq Sovet Respublikasının ərazisinə soxulur.Emre Esen, Türkistan’da Basmacılık Hareketi p.62 Yanvarda onun dəstəsi bir-birinin ardınca Daşoğuz, Məngit, Şavat, Qazavat, Xankəndi (Xanki) və Həzarasp şəhərlərini ələ keçirir, bundan sonra Xivə və Ürgənci mühasirəyə almağa başlayır. Məğlubiyyətə uğrayan Cüneyd xan aprel ayında yenidən İrana qayıdır. 1925-ci ilin əvvəlində Məhəmməd Qurban sovet hakimiyyətinə təslim olmaq qərarına gəlir. 1925-ci ilin fevralında Türkmənistan SSR Xalq Komissarları Sovetinin sədri Q.S.Atabayev respublika sovetlərinin 1-ci qurultayında elan edir ki, Cüneyd xan bağışlanıb və ona doğma kəndində (aulunda) yaşamağa icazə verilib. Mart ayında Məhəmməd Qurban bir qrup basmaçı ilə birlikdə SSRİ-yə gəlir. Lakin çox keçmədən o, xaricə qaçır və Sovet hakimiyyətinə qarşı mübarizəni yenidən bərpa edir.Turkestan v Naçale XX Veka p.624 https://books.google.com.tr/books/about/Turkestan_v_nachale_XX_veka.html?id=ieTozgEACAAJ&redir_esc=y In April 12, Junaid Khan attacked the Turkmen tribes of Chavodurs who were close with Soviets and reflected heavy casualties.RGASPI, f.122, op.4, d.59, l.93-94ob