Zəki Paşa və ya Hələbli Zəki Paşa əsl adı Mehmet Zəki Baraz Kolaç Kılıçoğlu (; ) — Çərkəz əsilli Osmanlı imperiyası hərbçisi.Ekmeleddin İhsanoğlu name, Osmanlı Askerlik Literatürü Tarihi: History of Military Art and Science Literature during the Ottoman Period, İslâm Tarih, Sanat ve Kültür Araştırma Merkezi (IRCICA), 2004, O, Balkan müharibələri və Birinci Dünya müharibəsi zamanı Osmanlı ordusunun feldmarşalı olub.

Həyatı 1883-cü ildə Osmanlı Hərbi Akademiyasını, 1887-ci ildə isə Baş Qərargah Kollecini bitirmişdir.Clive Bigham, "A ride through Western Asia" (1897) p. Bacısı Sultan II Əbdülhəmidin ən sevimli həyat yoldaşlarından biri olduğu üçün Zəki Paşanın Sarayla birbaşa əlaqəsi var idi və Sultan ona çox etibar edirdi. IV Korpusun komandiri kimi o, Anadoluda yaşayan müxtəlif tayfalardan təşkil olunmuş Həmidiyə alaylarına cavabdeh idi.Robert Melson, Revolution and Genocide (1992), p. 60W. Blackwood, "Blackwood's Edinburgh Magazine" (1897), p.21 1894-cü ildə Birinci Sason üsyanının yatırılmasında iştirakına görə təltif edilmişdir.George Shaw/Lefevre Eversley, "The Turkish Empire from 1288 to 1914" (1914), p. 341Arman Dzhonovich Kirakossian, "The Armenian Massacres, 1894–1896" (2004), pp. 63–64 280px|thumb|left|Zəki Paşa (aşağı solda) Rusiya ilə atəşkəs müqaviləsi imzalayan Osmanlı nümayəndə heyətinə rəhbərlik edirdi. 1912–1913-cü illərdə Birinci Balkan müharibəsi zamanı Vardar Ordusunun komandiri olub. Osmanlı Ordusunun Baş Qərargah rəisi Nazim Paşanın əmri ilə Zəki Paşa Serbiya krallığına qarşı Kumanovo döyüşündə komandan olub.Richard C. Hall, "The Balkan Wars, 1912–1913: Prelude to the First World War" (2000), p. 47 Mühüm artilleriya mövqelərini düzgün qura bilməməsi onun komandanlığı altındakı qüvvələrə mane oldu və Kumanovoda məğlubiyyətə gətirib çıxardı.Hall, p. 48 Osmanlıların Kumanovodan təşviş içində geri çəkilməsi zamanı narazı bir Osmanlı əsgəri ona qarşı sui-qəsd cəhdi etdi və bu da panikanı daha da artırdı.Hall, p. 49 Fəthi Paşanın komandanlıq etdiyi VII Korpus, Cavid Paşanın komandanlıq etdiyi VI Korpus və Qara Səid Paşanın komandanlıq etdiyi V Korpusdan ibarət olan və hamısı Zəki Paşanın tabeçiliyində olan Vardar Ordusu Kumanovo məğlubiyyətindən sonra Monastıra (indiki Bitola) geri çəkildi.Hall, p. 51

Zəki Paşa döyüşdən əvvəl Monastırın şimal-qərbindəki Oblakovo yüksəkliklərində güclü müdafiə mövqeyi yaratdı. Lakin Monastır döyüşü zamanı Serbiya artilleriyası və piyadaları osmanlıları məğlub etməyi bacardı. Həlak olanlar arasında Fəthi Paşa da var idi.:tr:İzzettin Çalışlar, On yıllık savaşın günlüğü: Balkan, Birinci Dünya ve İstiklal Savaşları, Yapı Kredi Yayınları, 1997,

21 noyabr 1914-cü ildə o, Kayzer II Vilhelmin yanında Osmanlı əlaqələndirici zabiti təyin edildi və Almaniya imperiyasına göndərildi. Alman generalı Lüdendorf onu “nəcib bir osmanlı və Almaniyanın etibarlı dostu, öz ordusunun heyrətamiz dərəcədə təmkinli və yaxşı müdafiəçisi” kimi təsvir edirdi.Ludendorff: “Meine Kriegserinnerungen”. Berlin, 1919, p. 202 O, 15 dekabr 1917-ci ildə Rusiya ilə atəşkəs sazişini imzalayan Osmanlı nümayəndə heyətinə rəhbərlik etmişdir. Atəşkəsdən sonra İstanbula qayıtmış və 23 oktyabr 1920 - 1 noyabr 1922-ci illər arasında Osmanlı Baş Qərargah rəisi vəzifəsində çalışmışdır. 1923-cü ildə ordudan təqaüdə çıxaraq İstanbulda məskunlaşmışdır.Harp Akademileri Komutanlığı, Harp Akademilerinin 120 Yılı, İstanbul, 1968, p. 45.

İstinadlar

Xarici keçidlər Fotoğrafı turkeyswar.com Zeki Paşa (Kolaç - Kılıçoğlu)

Kateqoriya:Osmanlı marşalları Kateqoriya:Türkiyə çərkəzləri