Müqəddəs Sava Hersoqluğu Encyclopædia Britannica, t. 15 (1953), p. 756. "Stephen Vukčić established the duchy of St. Sava"

() — Cənub-Şərqi Avropada mövcud olmuş son orta əsr dövlət qurumudur. 1448-ci ildə yaranmış və 1482-ci ildə Osmanlı imperiyası tərəfindən ilhaq edilmişdir. Dövlət Kosaça zadəgan ailəsi tərəfindən yaradılmış və idarə olunmuş, hökmdarları Müqəddəs Sava hersoqu () titulunu daşımışlar. Onların torpaqları müasir Bosniya və Herseqovinanın cənubunu, həmçinin müasir sahilboyu Xorvatiyanın cənub hissələrini, şimal-qərbi Monteneqronu və cənub-qərbi Serbiyanı əhatə edirdi. Dövlətin banisi Stjepan Vukçiç Kosaça (1448-ci ildən hersoq) özünü Müqəddəs Savanın herseqi adlandırırdı. Bu titul sonradan bölgənin yeni adı olan Hersoqovinanın yaranmasına səbəb oldu və Osmanlılar tərəfindən Hersek Sancağı şəklində istifadə edilərək Hersoqovina sancağını ifadə etdi.Mənbələrdə və tarixşünaslıq ənənələrində hersoqluğun adı müxtəlif formalarda qeyd olunur; fərqlər əsasən Müqəddəs Sava adının müxtəlif dillərdə yazılışı ilə bağlıdır: , , .Vogel, Walther (1925): Dan neue Europa und seine historisch-geografischen Grudlagen. Paderborn: Salzwasser Verlag, p. 336.

İngilisdilli tarixşünaslıqda isə "Duchy of Saint Sava" və ya "Dukedom of Saint Sava" formaları artıq XVIII əsrdən istifadə olunmağa başlamışdır.

Tarix right|thumb|265px|Stjepan Vukçiç Kosaçanın, ilk Müqəddəs Sava hersoqunun böyük möhürü ().

right|thumb|265px|Koronellinin 1690-cı il xəritəsi; bölgə “Parte del Ducato di S. Saba” kimi göstərilmişdir.

XIV əsrə qədər sonralar Müqəddəs Sava Hersoqluğuna daxil olan ərazilərin çoxu orta əsr Serbiyasının tərkibində idi, daha sonra isə orta əsr Bosniyasına daxil oldu. XV əsrin əvvəllərində Kosaça ailəsi Bosniya krallığının cənub-şərq hissələrində böyük nüfuz qazandı. 1435-ci ildən ailənin başçısı Bosniyanın qüdrətli feodal hakimi və veliki voyvodası Stjepan Vukçiç Kosaça idi. Onun Bosniya kralları ilə münasibətləri yüksək ambisiyaları səbəbindən gərgin idi. 15 fevral 1444-cü ildə Stjepan Araqonlu V Alfonso (eyni zamanda Neapol kralı) ilə müqavilə bağladı və onun vassalı oldu; əvəzində kral Stjepanın əsas düşmənləri – Bosniya kralı Bosniyalı Stefan Tomaş və Venesiya Respublikasına qarşı ona yardım etməli idi.Feodal mövqeyini gücləndirmək və torpaqlarını möhkəmləndirmək üçün Stjepan yeni titul qəbul etdi. 1448-ci ilin payızından etibarən o, özünü "herseq" (alman Herzog – hersoq sözündən) adlandırmağa başladı.Nakaš, Lejla (2011): Konkordancijski rječnik ćirilskih povelja srednjovjekovne Bosne , p. 113–114, 118–125, 129–132, 135–139.

Əvvəlcə bir sənəddə "Hum və Primorye herseqi" kimi qeyd olunurdu (1448), lakin 1449-cu ilin əvvəlindən etibarən özünü Müqəddəs Savanın (†1236), ilk Serb arxiyepiskopunun şərəfinə "Müqəddəs Sava herseqi" () adlandırdı. Bu titul böyük simvolik əhəmiyyət daşıyırdı, çünki Stjepanın torpaqlarındakı Mileşevo monastırında saxlanılan Müqəddəs Savanın qalıqları bölgədəki bütün xristian icmaları tərəfindən möcüzəyaradan hesab olunurdu.

1448-ci ildə qəbul edilən hersoq titulu Avropa orta əsr iyerarxiyasında kral titulundan dərhal sonra gəlirdi. Beləliklə, hersoq Stjepan feodal iyerarxiyasında daha yüksək mövqe qazandı və Bosniya kralından daha çox müstəqillik əldə etməyə çalışdı. Onun torpaqları şərqdə Lim çayı, qərbdə Neretva çayı, şimalda isə yuxarı Drina hövzəsinə qədər uzanırdı və Hum, Primorye, Travuniya, Onoqoşt, Drina, Polimlye kimi bir sıra tarixi bölgələri əhatə edirdi. Ən geniş sərhədlərinə (təqribən 1465-ci ildə) hersoq Stjepanın hakimiyyəti dövründə çatmışdı və müasir Bosniya və Herseqovinanın cənubunu, sahilboyu Xorvatiyanın bir hissəsini, şimal-qərbi Monteneqronu və cənub-şərqi Serbiyanı əhatə edirdi. Ən qüdrətli dövründə hersoqluq Bosniya krallığının cənub yarısını təşkil edirdi.

Stjepan həmçinin Serb despotu Curac Brankoviç ilə münasibətlərini yaxşılaşdırdı və 1448–1449-cu illərdə birlikdə Vişegrad və Srebrenitsanı Bosniya tacından aldılar. 1450-ci ildə Venesiya Respublikası ilə Neapol krallığı arasında sülh bağlandıqda, hersoq Stjepan müqavilə tərəflərindən biri kimi Neapol kralı Alfonso tərəfində, Bosniya kralı isə Venesiyanın müttəfiqi kimi göstərilmişdi.

1451-ci ildə Stjepan Konavleni əldə etmək məqsədilə Raquza Respublikasına hücum etdi və Dubrovniki mühasirəyə aldı. O, əvvəllər Raquza zadəganı elan edilmişdi, buna görə də Raquza hökuməti onu xain adlandırdı. Onu öldürən şəxsə 15.000 dukat, Dubrovnikdə 2.000 dukat dəyərində saray, illik 300 dukat gəlir və irsi Raquza zadəganlığı vəd edildi. Eyni zamanda Stjepanın düşmənləri onun torpaqlarını 50.000 dukata Osmanlılara satmağa çalışırdılar. Bundan əlavə, böyük oğlu Vladislav Herseqoviç də Hum bölgəsində öz hakimiyyətini qurmağa cəhd edirdi. Ata ilə oğul 1453-cü ildə barışdı, Dubrovniklə sülh isə 1454-cü ildə bağlandı.

Həmin il (1454) hersoq Stjepan Neapol kralı Alfonso ilə ittifaqı yenilədi və kral 1 iyun tarixli fərmanla Stjepanın bütün hersoq torpaqlarını və qarşılıqlı öhdəlikləri təsdiqlədi. Fərmanda o belə adlandırılırdı: illustris Stephani ducis Sancte Save Domini terre Hulminis maritimarum partium ac comiti Drine et magni vayvode Regni Boccine.

Stjepanın torpaqlarında dini vəziyyət mürəkkəb idi, çünki əhali üç xristian məzhəbinə – Şərqi pravoslavlıq, Roma katolikliyi və Bosniya kilsəsinə mənsub idi. Onun sarayında Mileşevo metropoliti David ( Peç Serb patriarxlığından ) və Bosniya kilsəsinin nümayəndəsi qost Radin mühüm yer tuturdular. Əhalinin etnik tərkibi də müxtəlif idi: yerli Cənubi slavyanlarla yanaşı roman mənşəli Vlaxlar da yaşayırdı.

1463-cü ildə Osmanlılar Bosniya krallığını fəth etdilər, bu isə Müqəddəs Sava Hersoqluğunu da təhlükə altına saldı. 1465-ci ildə Osmanlılar Stjepanın torpaqlarının şərq hissəsinin böyük hissəsini ələ keçirərək onları əvvəlcə Bosniya sancağı daxilində Vilayet-i Hersek, sonra isə (təqribən 1470-ci ildə) ayrıca Hersoqovina sancağı kimi təşkil etdilər.

Stjepan Vukçiç 1466-cı ildə öldü və yerinə oğulları Vladislav Herseqoviç və Vlatko Herseqoviç keçdilər. Böyük qardaş qərb bölgələrini, kiçik qardaş isə mərkəzi Herseq-Novi olmaqla cənub-şərq torpaqlarını idarə edirdi. 1467-ci ilə qədər hersoqluğun böyük hissəsi Bosniya sancağının hakimi İsa bəy İshakoviç tərəfindən işğal edildi. Nəticədə Vladislav Macarıstan krallığına köçərək Slavoniyada mülk aldı. 1470-ci ildə Vlatko sultanla müqavilə bağladı, Osmanlı vassalı oldu və əvvəllər itirdiyi Trebinye və Popovo polyeni geri aldı. Beləliklə, onun hakimiyyəti tədricən yalnız Novi bölgəsi ilə məhdudlaşdı.

Sonrakı illərdə hersoq Vlatko qalan torpaqlarını Venesiya ilə Osmanlılar arasında tarazlıq saxlayaraq qorumağa çalışdı. Bu zaman kiçik qardaşı Stjepan Herseqoviç (təqribən 1474-cü ildə) İslamı qəbul etdi və Osmanlı xidmətində yüksək mövqeyə yüksələrək Əhməd Paşa Hersekzadə kimi tanındı.

Hersoqluğun süqutu Osmanlı–Venesiya müharibəsi başa çatdıqdan sonra Vlatko əsas müttəfiqi olan Venesiya Respublikasının dəstəyindən məhrum oldu. Osmanlıların ardıcıl genişlənməsi nəticəsində vaxtilə geniş olan Müqəddəs Sava Hersoqluğu yalnız Novi ətrafındakı cənub-şərq bölgələri ilə məhdudlaşmışdı. Osmanlılara qarşı yardım qazanmaq üçün Vlatko Macarıstan krallığı və Neapol krallığı ilə əlaqələri gücləndirməyə çalışdı, bu isə yeni sultan II Bəyazidi (1481–1512) qəzəbləndirdi.

1481-ci ilin payızında Osmanlı qoşunları hersoqluğa daxil oldu və Novi şəhərini mühasirəyə aldı. Şəhəri hersoq Vlatko Macarıstan kralının göndərdiyi köməkçi qüvvələrlə birlikdə müdafiə edirdi. Sayca üstün Osmanlı ordusuna baxmayaraq müdafiəçilər 1481-ci ilin dekabrı – 1482-ci ilin yanvarına qədər müqavimət göstərdilər. Nəhayət, Novi Osmanlıların əlinə keçdi və Müqəddəs Sava Hersoqluğunun son qalığı da Hersoqovina sancağına birləşdirildi. Sultan mərhəmət göstərmək məqsədilə Vlatkoya bəzi daxili torpaqları saxladı; o, bir neçə il Osmanlı hakimiyyəti altında yaşadıqdan sonra Venesiya himayəsinə keçərək Rab adasında məskunlaşdı.

İrsi

Müqəddəs Sava hersoqu (herseqi) titulu sonradan Hersoqovina tarixi bölgəsinin adına çevrildi (hercegovina / herceštvo = Herseqin torpağı). Osmanlılar yeni yaradılmış Hersoqovina sancağı üçün Hersek Sancağı terminindən istifadə edirdilər.

Hersoqçuğun süqutuna (1482) baxmayaraq, onunla bağlı ənənələr regional geosiyasətdə mühüm rol oynamaqda davam etdi. Xüsusilə Venesiya və Habsburq monarxiyasının Osmanlılardan bu torpaqları geri almaq planlarında keçmiş hersoqluq tez-tez xatırlanırdı və buna görə XVI–XVIII əsr mənbələrində, eləcə də erkən kartoqrafiya nümunələrində onun adı geniş şəkildə çəkilir.

Sürgündə yaşayan hersoqlar Vladislav və Vlatko, həmçinin onların Macarıstan və Venesiyada məskunlaşmış nəsilləri XVII əsrdə Kosaça ailəsinin nəslinin kəsilməsinə qədər "Müqəddəs Sava hersoqu" titulunu qoruyub saxladılar və istifadə etdilər.

Qeydlər

İstinadlar

Mənbə