Ankilozlaşan spondilit, Bexterev xəstəliyi və ya Mari xəstəliyi — oynaqların xroniki sistem xəstəliyi. Onurğanın fəqərələri arasında oynaqlar iltihablaşır, nəticədə fəqərələr biri-biri ilə bitişir və onurğanın hərəkətliliyi azalır.
Xəstəlik, adətən, 20–40 yaşlar arası kişilərdə inkişaf edir. Qadınlarda bu xəstəliyə nadir hallarda rast gəlinir və kişilərə nisbətən yüngül keçir.
Xəstəliyin dəqiq səbəbi məlum deyil. Autoimmun mənşəli və ya genetik meylliklə əlaqəli olduğu ehtimal olunur.
Əlamətləri
Əvvəlcə, oma və bel oynaqlarında başlayan, tədricən bud, çiyin, diz və digər oynaq və bağlara yayıla bilən ağrı. Xəstələrdə ikincilli ağrıların lokalizasiyası fərqlilik göstərə bilər. Onurğanın hərəkətində məhdudiyyət və sərtlik. Xüsusilə, belin aşağı hissəsində və oma oynaqlarında hərəkət məhdudluğu yaranır. Uzun müddət eyni vəziyyətdə qaldıqda (oturduqda və ya uzandıqda) hərəkət çətinləşir. Xəstələrin təxminən 20–30%-də göz iltihabı (uveit) inkişaf edir. Xroniki yorğunluq Çəki itirilməsi və ümumi halsızlıq Dəri və bağırsaq əlamətləri Əlamətlər xəstələrdə gedişinə və ağırlığına görə müxtəliflik göstərə bilir. Bu əlamətlərin 3 aydan daha uzun müddət müşahidə olunması revmatoloq müayinəsi vacibdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Artrit Kateqoriya:Autoimmun xəstəlikləri Kateqoriya:Birləşdirici toxuma xəstəlikləri Kateqoriya:Genetik xəstəliklər və pozuntular Kateqoriya:İltihablar Kateqoriya:Kəşf edənin adını daşıyan xəstəliklər Kateqoriya:Nadir xəstəliklər Kateqoriya:Onurğa sütunu Kateqoriya:Onurğa xəstəlikləri Kateqoriya:Revmatologiya Kateqoriya:Skelet pozğunluqları