Türkiyə Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1975-ci ildə qoşulmuş və ümumilikdə 34 dəfə müsabiqədə iştirak etmişdir. 2004-cü ildə Avroviziyada yarımfinal mərhələsinin tətbiqindən sonra Türkiyə hər il müsabiqənin finalına vəsiqə qazansa da, ilk dəfə 2011-ci ildə ölkə təmsilçiləri yarımfinalda məğlub olmuşdur.
1975-ci ildə Semiha Yankının ifa etdiyi "Seninle Bir Dakika" mahnısı ilə Avroviziyaya qoşulan Türkiyə müsabiqədə sonuncu yeri tutmuşdur. Daha sonra 1976 və 1977-ci illərdə müsabiqədə iştirak etməmiş, 1978-ci ildə yenidən Avroviziyaya geri dönmüşdür. Həmin müsabiqədə də məyusedici nəticə əldə edən ölkə 1979-cu ildə yenidən iştirak etməyi planlaşdırsa da, ərəb ölkələrinin basqısı ilə Türkiyə Radio Televiziya Qurumu İsrailin paytaxtı Qüdsdə keçirilən müsabiqədə iştirakdan imtina etmişdir.O'Connor, John Kennedy. The Eurovision Song Contest: The Official History. Carlton Books, UK. 2007 Lakin Türkiyə 20 il sonra 1999-cu ildə Qüdsdə keçirilən Avroviziyada iştirak etmişdir.
Ölkənin Avroviziyada 80-ci illərdə iştirakı ərzində əldə etdiyi ən yüksək nəticə 1986-cı ildə Klips ve Onlar qrupunun ifa etdiyi "Halley" mahnısı ilə tutduqları 9-cu yer olmuşdur. Həmin dövrdə Türkiyə eyni zamanda iki dəfə sonuncu yeri də tutmuşdur. 80-ci illərdə Türkiyəni Avroviziyada Ajda Pekkan, MFÖ qrupu və Candan Erçetin (Klips ve Onlar qrupunun üzvü) kimi ölkənin tanınmış sənətçiləri təmsil etmişdir.
1990-cı ildə Türkiyəni müsabiqədə ölkənin tanınmış sənətçilərindən biri olan Kayahan təmsil etmiş, lakin 22 ölkə təmsilçisi arasında 17-ci yeri tutaraq, ölkəyə gözlənilən yüksək nəticəni qazandıra bilməmişdir. Müsabiqədə son illərdə əldə edilən zəif nəticələr səbəbindən Türkiyə 1994-cü ildə Avropa Yayım İttifaqı tərəfindən bir illik Avroviziyadan kənarlaşdırılmışdır. 90-cı illərin sonunda dil qaydasının aradan qaldırılması və eyni zamanda SMS səsverməsinin tətbiqindən sonra Türkiyə müsabiqədə yüksək nəticələr əldə etməyə başlamışdır. 1997-ci ildə Türkiyə Şəbnəm Paker və Etnik qrupunun ifa etdiyi "Dinle" mahnısı ilə müsabiqədə üçüncü yeri qazandırmışdır. Bu Türkiyənin həmin ilədək Avroviziyada əldə etdiyi ən yüksək nəticə idi.
2003-cü ildə Türkiyə Sertab Erenerin ifa etdiyi "Everyway That I Can" mahnısı ilə Avroviziyada ilk dəfə birincilik qazanmış və 2004-cü ildə müsabiqəyə ev sahibliyi etmişdir. Daha sonra Türkiyə 2004-cü ildə Athena qrupunun, 2007-ci ildə Kənan Doğulunun və 2009-cu ildə Hadisənin təmsilində Avroviziyada ilk beşlikdə yer almışdır. 2010-cu ildə ölkəni müsabiqədə təmsil edən rok qrupu MaNga ifa etdikləri "We Could Be The Same" mahnısı ilə ikinci yeri qazanmışdır. Türkiyə müsabiqədə əldə etdiyi uğurlu nəticələrə baxmayaraq 2013-cü ildə Avroviziyadan kənarlaşmışdır.
Təmsilçilər
İlDilMüğənniMahnıFinalYarım-finalYerXalYerXal 1975 Türkcə Semiha Yankı "Seninle Bir Dakika" 19 3Yarımfinal olmayıb 1978 Türkcə Nilüfər və Nazar qrupu "Sevince" 18 2 1980 Türkcə Ajda Pekkan "Petrol" 15 23 1981 Türkcə Modern folk triosu və Ayşəgül Aldinç "Dönme Dolap" 18 9 1982 Türkcə Neco "Hani?" 15 20 1983 Türkcə Çetin Alp və The Short Waves "Opera" 19 0 1984 Türkcə Beş Yıl Önce, On Yıl Sonra "Halay" 12 37 1985 Türkcə MFÖ "Diday Diday Day" 14 36 1986 Türkcə Klips ve Onlar "Halley" 9 53 1987 Türkcə Seyyal Taner və Lokomotif "Şarkım Sevgi Üstüne" 22 0 1988 Türkcə MFÖ "Sufi" 15 37 1989 Türkcə Pan "Bana Bana" 21 5 1990 Türkcə Kayahan "Gözlerinin Hapsindeyim" 17 21 1991 Türkcə İzel, Reyhan və Can "İki Dakika" 12 44 1992 Türkcə Aylin Vatankoş "Yaz Bitti" 19 17 1993 Türkcə Burak Aydos "Esmer Yarim" 21 10 1995 Türkcə Arzu Ece "Sev" 16 21 1996 Türkcə Şəbnəm Paker "Beşinci Mevsim" 12 57 7 69 1997 Türkcə Şəbnəm Paker və Grup Etnik "Dinle" 3 121Yarımfinal olmayıb 1998 Türkcə Tüzmen "Unutamazsın" 14 25 1999 Türkcə Tuba Önal "Dön Artık" 16 21 2000 Türkcə, İngiliscə Pınar Ayhan və SOS qrupu "Yorgunum Anla" 10 59 2001 Türkcə, İngiliscə Sedat Yüce "Sevgiliye Son" 11 41 2002 Türkcə, İngiliscə Buket Bengisu "Leylaklar Soldu Kalbinde" 16 29 2003 İngiliscə Sertab Erener "Everyway That I Can" 1 167 2004 İngiliscə Athena "For Real" 4 195Ev sahibi-ölkə 2005 Türkcə Gülseren "Rimi Rimi Ley" 13 92Birbaşa finalçı 2006 Türkcə, İngiliscə Sibel Tüzün "Süper Star" 11 91 8 91 2007 İngiliscə, Türkcə Kənan Doğulu "Shake It Up Şekerim" 4 1633197 2008 Türkcə Mor ve Ötesi "Deli" 7 137 8 85 2009 İngiliscə Hadisə "Düm Tek Tek" 4 1772172 2010 İngiliscə MaNga "We Could Be The Same" 2 1701118 2011 İngiliscə Yüksek Sadakat "Live It Up"Finala keçməyib 13 47 2012 İngiliscə Can Bonomo "Love Me Back" 7 112 5 80 colspan="8" data-sort-value="zzzzz"
Səsvermə tarixi Türkiyənin ən çox xal verdiyi ölkələr Sıra Ölkə Xal 1 129 2 126 3 119 4 118 5 86
Türkiyənin ən çox xal aldığı ölkələr Sıra Ölkə Xal 1 170 2 151 3 132 4 108 5 104
QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Ev sahibliyi İl Şəhər Arena Aparıcılar 2004 İstanbul Abdi İpekçi Arena Korhan Abay və Məltəm Cumbul
Qalereya
İstinadlar
Xarici keçidlər
Eurovision.tv Türkiyə eurovision-turkey.com Mahnı sözləri Səsvermə tarixi
Kateqoriya:Ölkələr Avroviziya Mahnı Müsabiqəsində
Kateqoriya:Türkiyə mədəniyyəti