thumb|300px
Laz folkloru (Çan şifahi ənənəsi kimi də tanınır) — Laz xalqının geniş şifahi irsini təmsil edir. Laz folklorunun əsas sahəsi müasir Türkiyədə yerləşən tarixi Lazistan bölgəsidir.
Tarixi dəlillər
Bir sıra tarixi məxəzlərdə, o cümlədən bəzi qədim italyan müəlliflərinin əsərlərində ləzgilər və lazlar səhvən eyni xalq kimi qələmə verilmişdir. Buna arxiyepiskop İoann de Qalonifontibusun, Plano Karpininin, Mişel Baların tədqiqatlarında rast gəlmək olar. Mişel Balar bir əsərində “Dağıstan lazları”ndan bəhs edir, əslində isə ləzgilər haqqında məlumat verir. Məşhur türk səyahətçisi Evliya Çələbi də ləzgilər haqqında məlumat verərkən onları “lazlar” adlandırmış, “laz” və “ləzgi” sözlərinin oxşarlığına görə bu iki xalqı qarışdırmışdır. Təəssüf ki, onun səhvini sonralar başqa tədqiqatçılar da davam etdirmişlər.Sədaqət KƏRIMOVA "Samur" qəzeti, 26 yanvar 2024-cü il. LAZLAR KİMDİR? https://ethnoglobus.az/1185-lazlar-kmdr.html N.Marr gürcücə Çaneti adlanan lazların bölgəsinə svanların Lazan adını verdiklərini, bu adın La (bölgə adı) + zan (lazların qədim adı olan “tzan”, “tsan”, “çan”) sözlərindən yarandığını qeyd edir. Gürcülər lazları həm də “çanlar” adlandırırlar. Lazlar tarixən Türkiyənin və Gürcüstanın ərazisində yaşamış qədim xalqdır. Türkiyədə yaşayan lazlar özlərini lazepe, Gürcüstanda yaşayanlar lazebi adlandırırlar. Öz tarixi vətənlərini Lazika, Lazeti, Çaneti adlandırırlar.
Qədim yunanlar lazların ölkəsini Kolxida adlandırırdılar. VI əsr Vizantiya müəllifi Aqafi Sxolastik yazır: “Lazlar qədimdə kolxi adlanırdılar, buna Fasis, Qafqaz və ətraf yerlərin sakinləri ilə tanış olan heç kəs şübhə edə bilməzdi”. Müəllif qeyd edir ki, antik dövr alimlərindən Herodotun, Ksenofontun, Strabonun və Ptolemeyin məlumatlarına əsasən bütün Qərbi Gürcüstan Kolxida adlandırılırdı və həmin ölkənin yaradılmasında kolxlar nə cür mühüm rol oynamışdılarsa, tarixin sonrakı mərhələlərində eyni rolu lazlar oynamışlar. VI əsrin digər Vizantiya müəllifi İoann Lid isə yazır: "Kolxida bu gün ona görə Lazika adlanır ki, bu ölkədə rəhbər rolu lazlar oynayır".
Folkloru
Laz folklorunun ən erkən yazılı qeydi eramızdan əvvəl IV əsrə aiddir. Ksenofont özünün "Anabasis" əsərində Çan tayfaları arasında məşhur olan müharibə mahnılarını və rəqslərini təsvir edir. Laz şifahi ənənəsinin ilk qeydə alınmış nümunəsi 17-ci əsrdə "Səyahətlər Kitabı"nda xalq nağıllarını qeyd edən türk səyyahı Övliya Çələbinin sayəsində ortaya çıxmışdır.
Sonrakı dövrlərdə Laz folkloruna maraq lazların etnoqrafiyasını, tarixini və dilini öyrənən tədqiqatçılar arasında artmışdır. 20-ci əsrdə Laz şifahi materiallarının toplanması və öyrənilməsi sistemli hala gəlmişdir. 1910-cu ildə Nikolay Marr "Türk Lazistanına səyahətdən" və "Antologiya və lüğətlə Çan (Laz) dilinin qrammatikası" əsərlərini nəşr etdirmişdir. 1917-ci ildə İosif Kipşidze xeyli miqdarda folklor materialı toplamış və bu material 1939-cu ildə Arnold Çikobava tərəfindən "Çan mətnləri" adı altında nəşr edilmişdir.
Digər mühüm nəşrlərə Arnold Çikobavanın ("Çan mətnləri", 1929; "Çan dilinin qrammatik təhlili", 1936), Sergey Jqentinin ("Çan mətnləri", 1938) və 1937 və 1967-ci illərdə Parisdə Laz mətnlərinin iki antologiyasını nəşr etdirən fransız alimi Jorj Dumezilin əsərləri daxildir.
Laz folkloru həm nəsr, həm də poeziyanı əhatə edir. Ən çox yayılmış janrlar arasında bunlar var:
Mifologiya və Nağıllar Laz mifologiyasında təbiət güclərinin və qədim Kolxida sivilizasiyasının izləri aydın görünür. Su dəyirmanlarında yaşadığına inanılan "çinka" kimi mifik varlıqlar haqqında əfsanələr çox məşhurdur. Bəşər tarixinin ən qədim simvollarından biri olan müqəddəs ağac motivi müxtəlif mədəniyyətlərdə dərin mənalar daşıyır. Laz folklorunda bu motiv təbiətlə insanlıq arasındakı əlaqəni gücləndirən bir element kimi ön plana çıxır. Ağaclar həyatın davamlılığı, məhsuldarlıq və kainatın nizamı ilə universal şəkildə əlaqələndirilir. Laz mədəniyyətində müqəddəs ağac ümumiyyətlə ətraf mühitin dövri təbiətini və insan həyatındakı yenilənməni təmsil edir. Bu motiv xüsusilə Qara dəniz bölgəsinin coğrafi və ekoloji xüsusiyyətləri ilə formalaşır. Meşəli ərazilərin bolluğu ağacların Laz cəmiyyəti üçün həm maddi, həm də mənəvi əhəmiyyət qazanmasına səbəb olmuşdur. Kollektiv yaddaş baxımından müqəddəs ağac motivi əcdadlar və təbiət arasındakı əlaqəni nəsildən-nəslə ötürmək üçün bir vasitədir. Bu kontekstdə ağaclar təkcə fiziki varlıqlar deyil, həm də icmanın ortaq keçmişini və dəyərlərini qoruyan simvollardır. Məsələn, müəyyən ağac növlərinin müqəddəs adlandırılması icmanın ətraf mühitə olan diqqətini və təbiətə hörmətini əks etdirir. Bu motiv Laz folklorunda rituallar, hekayələr və ənənələr vasitəsilə canlı olaraq qalır.İnsanokur.https://www.insanokur.org/laz-folklorunda-kutsal-agac-motifi-ve-toplumsal-hafiza-baglantisi/
Ailə və təqvim bayramları ilə əlaqəli ritual və məişət mahnıları Sevgi və tarixi balladalar - xalqın həyatından, qəhrəmanlıq keçmişindən və mədəni ənənələrindən epizodları təsvir edir. Nağıllar - Laz narrativ folklorunda mərkəzi yer tutur. Bunların arasında personajların tez-tez ənənəvi Laz həyat tərzi ilə əlaqəli olduğu nağıllar, məişət nağılları və qısa hekayələr də var.
Atalar sözü və tapmacalar
Ətraf mədəniyyətlərin təsirinə baxmayaraq, Laz folkloru özünəməxsus milli ənənələrini qoruyub saxlayır. Laz nağılları və mahnıları süjet və üslub baxımından Meqrel folkloruna bənzəyir ki, bu da onların ortaq mənşəyini göstərir.
Musiqi və Rəqslər Lazların özlərinə məxsus musiqi və rəqs ənənələri var. Onların geniş istifadə etdikləri musiqi alətləri kamança və zurna sayılır. Bundan başqa tülüm aləti də geniş yayılıb. Rəqsləri düz xətt üzrə və ya dairəvi düzülmüş adamlar tərəfindən dinamik şəkildə ifa olunur. Gürcüstanda lazların milli rəqsi olan "Lazuri" məşhurdur. Cəldliyinə və itiliyinə görə çox zaman onu "Lezginka" ilə qarışdırırlar. Əkinçilik və sənətkarlıq işləri zamanı ifa olunan əmək mahnıları - Laz xalqının sosial və iqtisadi vəziyyətini əks etdirir. Laz şifahi ənənəsi musiqi ilə sıx bağlıdır. Bir çox folklor əsərləri ənənəvi musiqi alətlərinin müşayiəti ilə ifa olunurdu. İş proseslərini və toy mərasimlərini müşayiət edən mahnılar Laz mədəni irsinin mühüm hissəsini təşkil edir. "Kemança" (skripkaya bənzər alət) və tuluq zurnası kimi tanınan "guda", həmçinin "doli" (baraban) milli musiqi alətləridir. Bu alətlərin müşayiəti ilə oynanılan sürətli və enerjili "horon" rəqsləri ən əhəmiyyətli mədəni elementlərdəndir. Laz xalq mahnıları əsasən təbiətə, ovçuluğa, dənizə və yaylaq həyatına həsr olunur. Son illərdə qardaş xalqın folklor elementlərini və müasir musiqini birləşdirən mərhum sənətçi Kazım Qoyuncu laz mədəniyyətinin dünyada tanınmasında böyük rol oynamışdır.
Dil faktoru Lazların şifahi ədəbiyyatı və dialektləri Kartvel dilləri ailəsinə daxildir. Folklor əsasən şifahi şəkildə nəsildən-nəslə ötürülərək günümüzə gəlib çatmışdır.
Mövcud vəziyyət Laz mədəniyyəti digər xalqların təsirinə məruz qalsa da onun şifahi irsi qorunub saxlanılmaqdadır. Bu gün tədqiqatçılar Laz folkloru materiallarını toplamağa və nəşr etməyə davam edirlər. Gürcü alimləri G. Kartozia, Z. Tandilava və İ. Asatiani Laz folklorunun öyrənilməsinə əhəmiyyətli töhfələr vermişlər.
İstinadlar
Mənbə
Dr. Şanver Tercuman.Doğu Karadeniz Laz Folkloru. 2025.https://www.ravzakitap.com/dogu-karadeniz-laz-folkloru İrfan Çağatay Aleksiva. Laz Halk İnançları ve Mitolojisi. 2011.https://jinepsgazetesi.com/author/irfancagatay/
Həmçinin bax
AZSAYLI XALQLARIN FOLKLORU II KİTAB
Xarici keçidlər Laz Folk Song - Lazepeşi Duguni ( Laz Wedding) Laz Folk Song: Nanni Laz folk song: Heyamoli Laz Folk Song: Hey Yana Horon - Georgian (Laz-Acharian) Dance
Kateqoriya:Folklor Kateqoriya:Mifologiya Kateqoriya:Qafqaz mədəniyyəti Kateqoriya:Musiqi
