DMARDs () – xəstəlik modifikasiya edən antirevmatik preparatlar – revmatik xəstəliklərin müalicəsində istifadə olunan ləng təsirli, remissiya yarada bilən, uzun müddətli bazis terapiyada istifadə olunan dərmanlardır. Bu preparatları təyin etdikdə xəstəliyin ağırlığı, yanaşı patologiyalar, hamiləlik planlaşdırılması nəzərə alınmalıdır. 2 qrupa bölünür: ənənəvi və bioloji agentlər.F. Y. Talıbov, N. T. Zamanov, G. R. Ələkbərova, N. R. Abdullayeva. Revmatologiya (Terminlər, anlayışlar). Bakı, "Elm və təhsil", 2022.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Revmatologiya