"La det swinge" () – Hanne Kroq və Elizabet Andreassen tərəfindən təşkil olunmuş "Bobbysocks!" pop dueti tərəfindən ifa edilmiş və musiqisi Rolf Lövland tərəfindən Norveç dilində bəstələnmiş mahnıdır. Bu kompozisiya 1985-ci ildə Göteborq şəhərində keçirilən Avroviziya Mahnı Müsabiqəsində Norveçi təmsil etmiş və ölkəyə bu müsabiqədə ilk qələbəni qazandırmışdır.
Mahnı eyni sinqldan ibarət albomda onun "Let It Swing" adlı ingilisdilli versiyası ilə birlikdə işıq üzü görmüşdür. Qələbədən sonra bu musiqi əsəri Norveç və Belçika sinql hit-paradlarında birinci pilləyə yüksəlmiş, həmçinin Danimarka, İsveç, İsveçrə, Avstriya, İrlandiya və Böyük Britaniya da daxil olmaqla müxtəlif ölkələrin hit-paradlarına daxil olmuşdur.
Yaradılması "La det swinge" mahnısının musiqisi və norveç dilindəki mətni Rolf Lövland tərəfindən qələmə alınmışdır.Vem e de´du vill ha entry at Svensk mediadatabas, retrieved 11 July 2010 Bu əsər radioda səslənən köhnə rok-n-rol sədaları altında rəqs etmək ənənəsinə bir ehtiram nümunəsidir. Mövzuya uyğun olaraq, mahnının özü də klassik üslubda bəstələnmiş və onun başlanğıcında yaddaqalan saksofon melodiyasından istifadə edilmişdir. Melodiyanın aranjimanı retro üslubda yerinə yetirilsə də, özündə 1980-ci illərin müasir musiqi elementlərini və 1950-ci illərin musiqi meyllərinə istinadları birləşdirir. Mahnının ingilisdilli versiyası üçün "Let It Swing" adlı mətn yazılmışdır.Let it swing entry at Svensk mediadatabas, retrieved 11 July 2010
"Bobbysocks!" pop dueti – Hanne Kroq və Elizabet Andreassen mahnının hər iki versiyasını lentə almış və ilkin olaraq onları eyni sinqlda təqdim etmişdilər.
Avroviziyada 30 mart 1985-ci il tarixində "Bobbysocks!" qrupunun ifasında "La det swinge" mahnısı "Melodi Grand Prix" müsabiqəsində ifa edilmişdir. Bu yarışma 30-cu Avroviziya Mahnı Müsabiqəsində Norveçi təmsil edəcək mahnı və ifaçını seçmək üçün "Norsk Rikskringkasting" (NRK) tərəfindən təşkil olunmuş milli final mərhələsi idi. Səhnə çıxışı zamanı ifaçıların hər ikisi ağ-qara rəngli geyimlərin üzərindən parıltılı, parlaq bənövşəyi rəngli gödəkçələr geyinmişdilər. Kroq yerə qədər uzanan zolaqlı ağ-qara libasda idi. Mahnı müsabiqənin qalibi olmuş və Norveçin "Avroviziya"dakı rəsmi təmsilçisinə çevrilmişdir.
4 may 1985-ci il tarixində Göteborq şəhərindəki "Scandinavium" arenasında "Sveriges Television" (SVT) teleradio şirkətinin təşkilatçılığı ilə Avroviziya Mahnı Müsabiqəsi keçirilmiş və bütün qitədə canlı yayımlanmışdır. "Bobbysocks!" dueti həmin gecə Al Bano və Romina Pauerin ifasındakı İtaliyanın "Magic Oh Magic" mahnısından sonra və Vikki Vatsonun ifasındakı Böyük Britaniyanın "Love Is" mahnısından əvvəl on üçüncü nömrə altında səhnəyə çıxmışdır. Tədbirdə Norveç təmsilçilərinin çıxışı zamanı canlı orkestrə Terye Fyern dirijorluq etmişdir.
Bu çıxış Andreassen və Kroqun Avroviziyada ikinci dəfə iştirakı olmuşdur: 1982-ci ildə Andreassen "Chips" duetində Kikki Danielsson ilə birlikdə "Dag efter dag" mahnısı ilə İsveçi təmsil etmiş. 1971-ci ildə Kroq "Lykken er" mahnısı ilə müsabiqədə sondan əvvəlki – 17-ci yeri tutmuşdur. Səsvermənin yekunlarına əsasən, kompozisiya 123 xal toplayaraq on doqquz iştirakçı arasında birinci yeri tutmuş və müsabiqənin qalibi olmuşdur. Bu nailiyyət Norveçin sözügedən müsabiqədəki ilk qələbəsi olaraq tarixə düşmüşdür.
İstinadlar