Sea Breeze Şöhrət xiyabanı — Azərbaycanın Bakı şəhərinin Nardaran sahilində yerləşən, uğurlu aktyorların, müğənnilərin və incəsənət xadimlərinin nailiyyətlərini və uğurlarını qeyd edən Şöhrət Xiyabanıdır. Layihə ABŞ-nin Los-Anceles şəhərində yerləşən Hollywood Walk of Fame-ə bənzəyir. Şöhrət Xiyabanının açılışı 21 iyul 2023-cü ildə azərbaycanlı-rus müğənni və iş adamı Emin Ağalarov tərəfindən həyata keçirilmişdir.
Təltif olunmuş məşhurların siyahısı Maqsud İbrahimbəyov (d. 1935) – 11 may 1935 Engelbert Hamperdink (d. 1936) – 2 may 1936 Nani Breqvadze (d. 1936) – 21 iyul 1936 Vaxtanq Kikabidze (d. 1938) – 19 iyul 1938 Rüstəm İbrahimbəyov (d. 1939) – 5 fevral 1939 Vaqif Mustafazadə (d. 1940) – 16 mart 1940 Müslüm Maqomayev (d. 1942) – 17 avqust 1942 Tamara Sinyavskaya (d. 1943) – 6 iyul 1943 Canni Russo (d. 1943) – 12 dekabr 1943 Fərrux Zakirov (d. 1946) – 16 aprel 1946 Devid Foster (d. 1949) – 1 noyabr 1949 Stiven Siqal (d. 1952) – 10 aprel 1952 Dr. Alban (d. 1957) – 26 avqust 1957 Alessandro Safina (d. 1963) – 14 oktyabr 1963 Tomas Anders (d. 1963) – 1 mart 1963 C. C. Catch (d. 1964) – 26 avqust 1964 Rafet El Roman (d. 1968) – 25 avqust 1968 Uill Smit (d. 1968) – 25 sentyabr 1968 Riki Martin (d. 1971) – 24 dekabr 1971 Nikol Şerzinger (d. 1978) – 29 iyun 1978 Kreyq Devid (d. 1981) – 5 may 1981 Cek Savoretti (d. 1983) – 10 oktyabr 1983 Ketrin Makfi (d. 1984) – 25 mart 1984 Cey Balvin (d. 1985) – 7 may 1985
Təltif olunmuş qrupların siyahısı Enigma OneRepublic The Jackson 5
Həmçinin bax Şöhrət xiyabanları və zallarının siyahısı
İstinadlar
Kateqoriya:2023-cü ildə təsis edilmiş mükafatlar Kateqoriya:Bakının görməli yerləri Kateqoriya:Şöhrət xiyabanları