Suntribe () — Estoniyanın qadınlardan ibarət rok musiqi qrupu.

Tarixi Qrup "Let’s Get Loud" mahnısı ilə Avroviziya üçün keçirilən Estoniya milli seçim turunda ("Eurolaul") 10 583 səs toplayaraq birinci yeri tutub. Qrupun üzvlərindən biri olan Laura Pıldvere eyni zamanda fərdi şəkildə də seçim turunda iştirak edib; onun ifa etdiyi "Moonwalk" mahnısı 9 906 səs toplayaraq ikinci qərarlaşıb.

"Let’s Get Loud" mahnısını, vaxtilə "Vanilla Ninja" qrupunun "Eurolaul-2003" müsabiqəsində iştirak etdiyi "Club Kung-Fu" mahnısının da müəllifi olan Sven Lıhmus yazıb. Lakin "Let’s Get Loud" mahnısı müsabiqənin final mərhələsinə keçə bilməyib.

Müsabiqədən qısa müddət sonra qrup dağılıb vər onun keçmiş üzvləri hazırda solo layihələrlə məşğul olurlar.

Qrupun heyəti "Suntribe" qrupu 2005-ci ildə 16–20 yaşlarında olan beş ifaçıdan ibarət olub: Rebekka Kontus (18 yaş) Laura Pıldvere (16 yaş) Yaanika Vilipo (20 yaş) Mari-Leen Kaselaan (16 yaş) 8 Daana Ots (17 yaş) — (qrupa ən son qoşulan üzv olub)

Qrupun hər beş üzvü məktəb və ya universitetdə təhsil alıb və diqqətlərini əsasən musiqiyə yönəldiblər. Musiqidən başqa, onların əsas hobiləri motosiklet sürmək, modellik, üzmək, xalq rəqsləri və yemək bişirmək olub. Musiqi tərcihləri arasında isə Ella Fitscerald, Nina Simone, Madonna, Anuk və başqaları yer alıb.

Qrup üzvü Laura qrupla bərabər, həm də solo ifaçı kimi də "EuroLaul"da yarışaraq özünün "MoonWalk" mahnısını ifa edib və ikinci yeri tutub (qrupun topladığı 10 583 səsə qarşı 9 906

Sinqlları 2005 — Let’s Get Loud 2005 — Ei Tunne Mind

İstinadlar

Xarici keçidlər

Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:2005-ci ildə yaranan musiqi qrupları Kateqoriya:Estoniyanın "Avroviziya" təmsilçiləri