Blanka Staykov (; ) — Blanka adı ilə tanınan Polşalı müğənni və model. O, bolqar mənşəlidir. Blanka 2023-cü ildə Avroviziya Mahnı Müsabiqəsində Polşanı "Solo" mahnısı ilə təmsil edib və 19-cu yeri tutub. Həyatı Blanka Staykov Şeçində keçmiş model olan polşalı ana və iş adamı olan bolqarıstanlı atanın ailəsində anadan olub. Staykovun sözlərinə görə, valideynlərinin heç birinin musiqi sahəsi ilə bağlılığı olmayıb. Erkən yaşlarından anası onu müxtəlif fəaliyyətlərlə məşğul olmağa, o cümlədən disko rəqs qruplarına qoşulmağa və musiqi məktəblərinə getməyə həvəsləndirib. O, həmçinin bildirib ki, səhərlər anası televizorda ya "MTV", ya da "Trace Urban" kanallarını açarmış və bu, onda musiqi sənayesində karyera qurmaq istəyi yaradıb.

13 yaşında o, özünün ilk "Strong Enough" adlı mahnısını ərsəyə gətirib və buraxıb.

"Top Model" və "Warner Music Poland" (2021–2022) 2021-ci ildə Staykov "America's Next Top Model" şousunun Polşa versiyası olan "Top Model" realiti-şousunun 10-cu mövsümündə iştirak edib. Şouda olduğu müddətdə o, özünün ilk rəsmi sinqlı olan "Better" mahnısını təqdim edib. Növbəti il "Warner Music Poland" səsyazma şirkəti ilə müqavilə imzalayıb və ikinci sinqlı olan "Solo" mahnısını buraxıb. O, həmçinin həmin dövrdə görüşdüyü Smolastının "Pijemy za lepszy czas" mahnısının klipində də çəkilib.

Avroviziya Mahnı Müsabiqəsi (2023) 15 fevral 2023-cü ildə Blankanın "Solo" mahnısı ilə 2023 Avroviziya Mahnı Müsabiqəsi üçün Polşanın milli seçim turu olan "Tu bije serce Europy! Wybieramy hit na Eurowizję" yarışmasının on iştirakçısından biri olduğu elan edilib. O, münsiflər heyətindən maksimum xal alaraq və ictimai səsvermədə ikinci yeri tutaraq müsabiqənin qalibi olub. Nəticədə, 2023 Avroviziya Mahnı Müsabiqəsində Polşanın təmsilçisinə çevrilib. Onun "Tu bije serce Europy! Wybieramy hit na Eurowizję" yarışmasındakı qələbəsi, milli seçimin münsiflər heyəti daxilində səslərin saxtalaşdırılması və korrupsiya iddiaları səbəbindən Polşada böyük mübahisələrə yol açıb.

Avroviziyada Blanka ikinci yarımfinalda çıxış edərək üçüncü yeri tutub və böyük finala vəsiqə qazanıb. Finalda isə o, 93 xalla 19-cu yerdə qərarlaşıb. "Solo" mahnısı Avropa miqyasında hit-paradlara daxil olub və Polşada Almaz sertifikat alıb.

Avroviziya sonrası (2023–hazırda) Avroviziyada iştirakından sonra Blanka 2023-cü ildə "Boys Like Toys" və "Rodeo", 2024-cü ildə isə "Cara mia", "If U Want Me" və "Asereje (Airplane Mode)" sinqllərini işıq üzü çıxarıb. "Rodeo" Polşa hit-paradlarında dördüncü pilləyə yüksəlib, "Boys Like Toys", "Cara mia" və "If U Want Me" isə ölkənin ilk 20-liyində yer alıb. "Asereje (Airplane Mode)" mahnısı HBO Max platformasının "The Sex Lives of College Girls" serialının üçüncü mövsümündə istifadə olunub. 2024-cü ilin fevralında Blanka "The Kolors" qrupunun "Un ragazzo una ragazza" mahnısının klipində çəkilib. 2024-cü ilin aprelində o, Ceyson Derulonun dünya turnesi çərçivəsində ("Nu King World Tour") Polşada keçirilən konsertinin açılışını edib.

2025-ci ildə Blanka "Dancing with the Stars" rəqs şousunun Polşa versiyasının 29-cu mövsümündə iştirakçı olub. Rəqs tərəfdaşı Myeşko Maslovski ilə birlikdə o, yarışmanı beşinci sırada tamamlayıb. 2026-cı ildə isə o, Kleo və Tribbs ilə yanaşı Polşanın "The Voice Kids" müsabiqəsinin doqquzuncu mövsümündə məşqçi (münsif) kimi debüt edib. Diskoqrafiya Sinqllar + Əsas sənətçi kimi sinqlların siyahısı, seçilmiş siyahı mövqeləri və sertifikatları ilə birlikdə, buraxılış ili və albomun adı göstərilir Adı İl Çartlarda yüksək mövqeyi Satış Albom Peak chart positions for singles in Polish Airplay: "Solo": "Boys Like Toys": "Rodeo": "Cara mia": "If U Want Me": "Guilty": Peak chart positions for singles in Poland: "Solo": "Boys Like Toys": "Wracam": "Niewinna": Peak chart positions for singles on Billboard Poland Songs chart: "Solo": Peak chart positions for singles in Czech Republic Airplay: "Solo": "Rodeo": FIN ICEPeak chart positions for singles in Iceland: "Solo": IRE LTU Peak chart positions for singles in Ukrainian Airplay: "Solo": "Guilty": UK "Better" 2021 — colspan="2" — — — — — — — rowspan="14" Albom olmayan sinql "Solo" 2022 4 1 3 12 24 11 85 1 166 56 ZPAV: 2× Diamond 2023 19 45 — — — — — — — — ZPAV: Gold "Rodeo (Blanka song)" 4 — — 2 —"Rodeo" mahnısı Finlandiya Radiosunun Rəsmi Sinqlları Cədvəlinə daxil olmasa da, Finlandiya Radiosunun Rəsmi Cədvəlində 5-ci yerə yüksəlib. — — — — ZPAV: Platinum "Cara mia (song)" 2024 11 — — — — — — — — "If U Want Me (song)" 15 — — — — — — — — "Asereje (Airplane Mode)" — — — — — — — — — — "Key to My Heart" 2025 — — — — — — — — — — "Guilty" 21 — — — — — — —"Guilty" did not enter the AGATA but peaked at No. 156 on the :en:TopHit Lithuanian Airplay chart. 10 — "Wracam" — 23 — — — — — — — — "Memories" 2026 — — — — — — — — — — "I'm Just a Human" — — — — — — — — — — "Niewinna" — 96 — — — — — — — — "Dance to This" — — — — — — — — — — "—" siyahıya daxil olmayan və ya həmin ərazidə yayımlanmamış sinqlı bildirir."*" qrafikin o dövrdə mövcud olmadığını göstərir.

Təqdimat sinqlları + Buraxılış ili və albom adını göstərən tanıtım sinqllarının siyahısı Adı İl Albom ":en:All I Want for Christmas Is You" 2022 Alboma daxil olmayan sinqllar

İstinadlar

Xarici keçidlər

Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:Polşanın "Avroviziya" təmsilçiləri